Siçovullar ki, gecələr yatır

 
Siçovullar ki, gecələr yatır

[center]Uçub dağılmış divarın sınıq-salxaq pəncərəsində günəşin solğun şüaları sınıb titrəməkdəydi. Uçuq divardan qalxan toz-torpaq qızılı rəngə boyanmışdı. Xarabalıq mürgü döyürdü. O, gözlərini yummuşdu. Birdən dörd yan qaranlıqlaşdı. Hiss etdi ki, kimsə başının üstünü kəsdirib. Özü də elə gəlib ki, xəbəri olmayıb, "yaxşı yerdə axşamladım", - deyə ürəyindən keçirdi. Başını azacıq qaldırdı, qarşısında nimdaş şalvarda bir cüt qıç gördü. Qıçlar bir-birindən çox aralı idi və o, bunların arasından nəyi istəsə görə bilərdi. Sonra ürəklənib aşağıdan-yuxarı o nimdaş şalvardakı qıçlar uzunu baxdı və gördü ki, qarşısında duran yaşlı bir kişidir. Ucaboylu, nimdaş paltarlı bir adam dayanmışdı. Bir əlində torba, o biri əlində bıçaq vardı. Barmaqlarının ucu toz-torpağa bulaşmışdı.

- Ay uşaq, burda neynirsən, yatıbsan yoxsa? - deyə kişi soruşdu və yuxarıdan aşağı oğlanın çalağan yuvasına oxşayan başına baxdı.

Yurqen kişinin əyri ayaqları arasından batmaqda olan günəşi gördü.

- Yox, yatmıram, - dedi, - keşik çəkirəm.

Kişi başını yırğaladı.

- Belə de... Bu ağac da ondan ötrüdür?

- Hə, - Yurqen bir az ürəkləndi və ağacı bərk-bərk sinəsinə sıxdı.

- Yaxşı, bəs nəyin keşiyini çəkirsən?

- Bunu demərəm! - Yurqen ağacı daha da bərk sıxdı.

- Bəlkə pul gözləyirsən? - Kişi torbanı yerə qoyub bıçağı şalvarına çəkdi.

- Yox, mən pul gözləmirəm, - oğlan acıqh-acıqlı dilləndi. - Tamam başqa şeydi.

- Yəni nə?

- Deyəmmərəm, ayrı şeydi.

- Demirsən heç demə. Onda mən də demərəm bu torbada nə var.

Kişi ayağının ucuyla yavaşca torbaya toxundu və bıçağın ağzını şaqqıltı ilə bağladı.

- Mən bilirəm o torbada nə var, - Yurqen saymazyana dilləndi, - dovşan yemidi.

- Düz tapmısan, - kişi təəccübləndi. - Deyəsən sən qoçaq oğlansan. Neçə yaşın var?

- Doqquz.

- Aha, demək, doqquz yaşın var. Onda de görüm, üç dəfə doqquz neçə eləyir?

Yurqen bir az vaxt qazanmaq üçün aralığa söz qatdı. - Bundan asan nə var. Üç dəfə doqquz? İyirmi yeddi. O dəqiqə bildim.

- Yaşa səni, tapdın. Bax, mənim elə o qədər dovşanım var. Yurqen ağzını büzdü:

- İyirmi yeddi?

- İstəyirsən, gedək bax. Çoxu hələ balacadı. İstəyirsən?

- Mən gedə bilmərəm axı, gərək burda olam. Yurqen tərəddüdlə dilləndi:

- Gecələr də?

- Hə gecələr də! - Oğlanın baxışları əyri ayaqlara dikildi.-Düz şənbə günündən burdayam, - deyə pıçıldadı.

- Evə də getmirsən? Çörəyi bəs harda yeyirsən?

Yurqen yerdən ensiz bir daş parçası qaldırdı. Altında arpa çörəyi vardı. Bir də papiros qutusu.

- Papiros çəkirsən? Qəlyanın da var?

Oğlan əlindəki ağacı daha bərk sıxıb, qorxa-qorxa cavab verdi:

- Özüm bükürəm, qəlyandan xoşum gəlmir.

- Heyif. - Kişi torbasına tərəf əyildi. - Gedib dovşanlara baxsaydın, yaxşı olardı. Bircə o balacaları görəydin. Xoşun gəlsəydi, birini seçib özünə götürərdin. Amma burdan aralana bilməzsən...

- Yox, - Yurqen kədərlə dilləndi, - yox, yox...

Kişi torbanı götürüb belini düzəltdi.

- Yaxşı, madam ki, burda qalmalısan, qal, - deyib döndü.

- Ağzından qaçırmazsan ki... - Yurqen tələsik dilləndi. - Siçovullara görə durmuşam burda.

Əyri ayaqlar bir addım geri çəkildi.

- Siçovullara görə?

- Hə? Axı onlar ölü əti yeyirlər. Ölü adam əti. Bununla dolanırlar...

- Kim deyir onu?

- Müəllimimiz.

- Sən indi burda durub siçovulların keşiyini çəkirsən?

- Siçovulların yox ey. - Sonra lap yavaşdan pıçıldadı. - Qardaşım burdadı. Burda, - deyib, əlindəki ağacla uçuq divarı göstərdi. - Evimizə bomba düşdü. İşığımız da o dəqiqə söndü. Qardaşım da işıqla bərabər... Qışqırışdıq. Məndən çox balaca idi, dördcə yaşı vardı. İndi hardasa buralardadı. Məndən çox kiçik idi.

Kişi yenə yuxarıdan aşağı oğlanın çalağan yuvasına oxşayan başına baxdı.

- Yaxşı, bəs müəlliminiz sizə deməyib ki, siçovullar gecələr yatırlar?

- Yox, - dedi və birdən-birə elə yorğun göründü ki...

- Müəllimə bax ha... Belə adi şeyi də bilmir. Siçovullar axı, gecələr yatışır. Qaş qaralan kimi yatırlar. Axşamlar arxayınca evinizə gedə bilərsən.

Yurqen əlindəki ağacların ucu ilə zibillikdə balaca yalaqlar eşirdi. Ürəyində də həmin bu yalaqları balaca uşaq çarpayılarına oxşadırdı. Bu vaxt kişi dilləndi (o əyri ayaqlar qalxıb-düşürdü):

- Bilirsən nə var? Mən indi gedib dovşanları yemləyim, şər qarışanda gəlib səni aparım. Bəlkə özümlə birini də gətirdim. Hə, nə deyirsən, balacasını, yoxsa?

Yurqen hələ də zibilliyi eşirdi. İndi oğlanın gözlərinə balaca dovşanlar görünürdü: boz, ala... Yavaşcadan:

- Bilmirəm, - dedi, - doğrudan da siçovullar gecələr yatırsa...

Kişi uçuq divarın üstündən aşıb küçəyə çıxdı. Ordan dedi:

- Bəs necə, əgər müəlliminiz bunu bilmirsə, onda şələ-küləsini yığışdırsın.

Oğlan ayağa durdu.

- Bəlkə birini gətirəsən mənə? Özü də ağını.

- Baxaram, ancaq sən gərək məni o vaxta qədər gözləyəsən. Sonra mən səninlə evinizə gedərəm. Bilirsən niyə? Gərək atanı başa salam ki, dovşana yeri necə düzəldirlər. Bunu bilməlisiniz.

- Oldu... - Yurqen qışqırdı. - Gözləyərəm. Onsuz da hava qaralana kimi durmalıyam burda. Mütləq gözləyəcəyəm. Nazik taxtamız da var, hələ...

Ancaq kişi bunları eşitmədi.

O əyri ayaqlar günəşə doğru üz qoymuşdu. Qaş qaraldığından günəş qıpqırmızı olmuşdu və kişinin baldırları elə əyri idi ki, Yurqen onların arasından günəşi görürdü. Onun çiynindəki torba atılıb-düşürdü. Dovşan üçün yem var idi onun içində... Yamyaşıl dovşan yemi. Amma xarabalıqlar onu bir azca saraltmışdı...
[/center]


Geri dön

MIRT_AZERI_PISIYI

  • 3 mart 2012 20:40
  • Məqalə: 6
  • Şərh: 220
  • Bal:
sende lap mirtsan eee lap mirt wink

Su Perisi

  • 28 fevral 2012 21:55
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
oxuya bilmedim

--------------------

kis masali

  • 28 fevral 2012 15:11
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
tesekkurler

--------------------
<3

enigmatic_girl

  • 28 fevral 2012 00:25
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
smile hamisini oxuya bilmedim... feel

--------------------

...BARSA FANATI....

  • 27 fevral 2012 22:53
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
twkr ediremmmm....
bully

VIPTOZ

  • 27 fevral 2012 22:07
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
maraqliydi tsk



SENSIZ KECCIRECEYIM SON 33 GUN

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

✰GlaMurKa✰

  • 27 fevral 2012 21:31
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkurlerrr

CLEVER GIRL

  • 27 fevral 2012 21:15
  • Məqalə: 0
  • Şərh: 243
  • Bal:
{awards}
OXUDUM.TESEKKURLER winked

_beyonce_

  • 27 fevral 2012 20:45
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
yaxshidi ama sicovullardan qorxuram ona gorede oxuyabilmedim sorry

✿Victoria✿

  • 27 fevral 2012 20:40
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER MARAQLI IDI

--------------------

_GISELLA_

  • 27 fevral 2012 20:40
  • Məqalə: 17
  • Şərh: 337
  • Bal:
{awards}
tewekkurler....amma sicovullardan zehlem gedir tongue

--------------------
Ağlıma belə gəlmirsən artıq...
O qədər ürəyimdəsən ki...

J ♥ S

  • 27 fevral 2012 20:34
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
bagiwla oxuya bilmedim tewkkur edirem smile

--------------------
J & S ∞♥....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 72
Cəmi: 92

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}