Azərbaycanda böyük maraqla izlənən Türkiyənin “Kurtlar Vadisi” serialının qəhrəmanları bu gün Bakıya gəlib. Filmdə Kənan Çoban (Abdülhey), Osman Vöber (Tuncay Kantarcı), Erhan Ufak (Güllü Erhan) və Polad Alemdarın sürücüsü Cahid obrazını canlandıran aktyorlar hava limanında jurnalistlərin suallarını cavablandırıb. İlk dəfə Azərbaycana gəldiyini bildirən Kənan Çoban Bakıda olduğundan məmnunluğunu bildirib.
Filmin türk dövlətlərindən və türkərin problemlərindən geniş bəhs etdiyini bildirən Osman Vöber qardaş ölkəyə səfər etmələrinin əhəmiyyətini qeyd edib. Serialın istehsalçısı "Panafilm" şirkətinin “Kurtlar Vadisi – Qarabağ” filmini çəkəcəyi ilə bağlı sualın cavabında Erhan Ufak bunu istisna etməsə də, hazırkı səfərlərinin tanışlıq və gəzinti məqsədi ilə olduğunu bildirib.
Bakıya filmin digər iştirakçılarından ayrı səfər edən Necati Şaşmaz (Polad Alemdar) isə jurnalistlərə açıqlama verməyib.