Ermənistan əhalisinin psixoloji durumu niyə ağırlaşıb?

 
Ermənistan əhalisinin psixoloji durumu niyə ağırlaşıb?

Ermənistanda gənclər arasında dəlilərin sayı sürətlə artır,
həmişə çörəyi tapdalayan xalqın çörək bişirənləri isə xəmiri ayaqla yoğurur.

Ermənistanda 1 milyon ac erməni var, iqtisadiyyatın olmadığını isə hakimiyyət deputatları da dolayısı ilə təsdiqləyirlər, xəmiri isə ayaqla yoğuran ermənilərin sayı 3000-i keçib.

Ermənistanda vəziyyət kifayət qədər ağırlaşır. Bir tərəfdən iqtisadi böhranın içində çabalayan ölkə, digər tərəfdən də erməni gənclərinin dəlilik və ağır xəstəliklərə tutulmasının sayının artması Serj Sarkisyanın yuxusuna haram qatmasa da, yerli ekspertləri narahat etməkdə davam edir. Hadisələrin gedişatı isə belə deməyə əsas verir ki, Ermənistan bir müddət sonra dəhşətli proseslərin poliqonuna çevriləcək və öz məhvinə imza atacaq.

Dəli və hipertoniyalı erməni gəncləri

Ermənistanda ən ağır yük altında qalan gənclərdir. Ermənistan hakimiyyətinin ağızdolusu «Erməni gəncləri ölkənin qarantıdır» sözlərini isə ekspertlər yerdən-yerə vururlar. Təbii ki, faktlarla. Ötən həftə İrəvanda toplantı keçirən erməni həkim və psixoloqları artıq vəziyyətin dözülməz şəkil aldığını bəyan ediblər. Onlar bildiriblər ki, sosial-iqtisadi problemlərin içində boğulan erməni gənclərinin bir qismi dəlilik həddinə çatıb və psixoloji problemlər içində boğulurlar. Onların sözlərinə görə, bununla yanaşı erməni gəncləri arasında son bir ildə dəlilik əlamətlərinin artması halları ötən ilə nisbətdə 20 faiz artıb.

Ancaq həkimlər problemin təkcə bununla bitmədiyini də deyirlər. Məlumatlara görə, son illər Ermənistanda hipertoniya (qan təzyiqi) xəstələrinin sayı durmadan artır. «Diaqnostika» Tibb Mərkəzinin rəhbəri Marina Orduyan bununla bağlı deyib ki, 2008-ci ildə hipertoniyalı xəstələrin ümumi sayı 20903 nəfər təşkil etdiyi halda, 2009-cu ildə bu rəqəm sürətlə artaraq, 50 minə yaxınlaşıb. Bu il üçün isə rəqəmlər daha dəhşətlidir. Onun sözlərinə görə, qan təzyiqindən əziyyət çəkən ermənilərin sayı 2010-cu ildə 50 mini keçəcək.

Orduyan həmçinin onu da deyib ki, belə xəstələr sırasında son illər gənclərin üstünlük təşkil etməsi təhlükəli məqamlardan xəbər verir. O, hesab edir ki, qan təzyiqi xəstələrinin sayının artması birbaşa sosial-iqtisadi problemlərlə bağlıdır.

Erməni ordusunda intiharların sayı çoxalır

Nəzərə alsaq ki, intihar, özünə və başqalarına qəsd etmə halları insanın psixoloji gərginliyinin əlamətləridir, o zaman Ermənistan ordusundakı vəziyyətin hansı dözülməz səviyyədə olduğu başadüşüləndir. Ermənilərin ordusunda intiharlar, əsgərlərin öz aralarındakı münaqişələri, ölüm halları artıq mütəmadi xarakter alıb. Bunun nəticəsi olaraq ölkənin içində baş qaldırmış ciddi narazılıq isə hökumət üçün başağrısına çevrilib. Hətta xeyli sayda erməni Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq Topal Seyrandan hesabat istəyiblər.

Vəziyyətin belə ağırlaşdığını görən Sarkisyan hökuməti isə ictimaiyyəti sakitləşdirmək üçün yalan maşınını işə salıb. Hökumətə yaxın QHT və təşkilatların əliylə həyata keçirilən bu prosesin mərkəzində isə ordudakı ölüm hallarının gizlədilməsi və rəqəmlərin kiçildilməsi dayanır. Belə ki, həmin təşkilatların iddiasına görə, guya, erməni ordusunda intihar hallarının sayı azalmağa başlayıb.

Lakin erməni mətbuatı hökumətin yalanını çıxaracaq faktları ortalığa qoyduqdan sonra rəsmi qurumlar susmağa məcbur olublar. Qəzetlərin yaydığı məlumatlarda isə vurğulanır ki, təkcə bu ilin ilk 9 ayı ərzində Ermənistan ordusunda intihar edən əsgərlərin sayı 80 nəfərə çatıb. Onların bildirdiyinə görə, əsgərlərin intihara baş vurmasının başlıca səbəbi zabitlərin onlarla vəhşi kimi davranması və ordudakı təminatın kifayət qədər aşağı olmasıdır.

1 milyon ac erməni və 107 faiz artan qiymətlər

Ermənistanda yaşanan dəhşətli iqtisadi problemlər nəticə etibarı ilə ölkə əhalisinin 1 milyonundan artığının yoxsulluq səviyyəsindən aşağı həddə yaşamasına gətirib çıxarıb. Erməni Milli Konqresinin (EMK) üzvü Vaqan Xaçatryan bununla bağlı deyib ki, aclıq içində yaşayan ermənilərin sayının artmasına səbəb Ermənistan hakimiyyətinin apardığı siyasətdir.

Onun sözlərinə görə, təkcə son 9 ay ərzində Ermənistanı tərk edənlərin sayı 70 min nəfəri keçib. O, qeyd edib ki, vəziyyət bu şəkildə davam edərsə, Ermənistanda erməni tapmaq çətin məsələ olacaq.

Ermənistanda bu qədər ac-yalavac varkən inflyasiyanın da qarşısını ala bilməyən hakimiyyət nə edəcəyini bilmir. Yenidən rəqəmlərə əl gəzdirib, onları kiçiltmək üçün çalışan Sarkisyan hökuməti reallığı görərək, baş verənlərlə barışmalı olub.

Erməni iqtisadçılarının apardığı araşdırma nəticəsində məlum olub ki, Ermənistanda bu il inflyasiyanın həddi 107 faizə qədər artacaq. Onların sözlərinə görə, hal-hazırda bahalaşma sürətlə gedir və əsasən ərzaq məhsullarını əhatə etməkdədir.

Onların rəyinə görə, baş verən prosesin fonunda Ermənistanın valyutası olan dramın da dramatik günləri başlayıb. Ekspertlər hesab edirlər ki, Ermənistan Milli Bankı ümumiyyətlə, dəftər-kitabını itirib və nə edəcəyini bilmir. Onların tapdığı optimal yol isə prosesləri təbii axarı ilə buraxmaqdan ibarətdir.

400 dövlət qulluqçusu işdən çıxarıldı

Ermənistanda iqtisadi böhranın sürətlə vüsət aldığını təsdiq edən daha bir fakt açıqlanıb. Məlum olub ki, hökumət öz işçilərini belə dolandırmaq gücündə deyil. Bu səbəbdən də bəzi qurumlarda ixtisarlar aparmaq məcburiyyətində qalıb.

Rəsmi məlumatlara görə, 2011-ci ilə qədər hökumət 440 dövlət qulluqçusunu işdən çıxarmağı qərara alıb. Bunu etməyi zəruri edən başlıca amil isə büdcədə onlara əmək haqqı verilməsi üçün yetərli qədər əlavə vəsaitin olmamasıdır. Amma problem bununla da həll olunmayıb. Ölkənin maliyyə naziri Pavel Safaryan qeyd edib ki, yeni ildən etibarən dövlət qurumlarında çalışan işçilərin əmək haqlarını cəmi 8 dollar artırmaqdan başqa əllərindən heç nə gəlmir. Amma bununla yanaşı, 700 dövlət qulluqçusunun da əmək haqları 50 faiz endiriləcək.

Yeni büdcə təlükəni dərinləşdirir

Ermənistanın qəbul etdiyi yeni büdcənin vəziyyəti də xoş deyil. Artıq hökumətdə təmsil olunan bəzi deputatlar da bununla bağlı etirazlarını dilə gətirməyə başlayıblar. Onlar bəyan edirlər ki, Ermənistan üçün 2011-ci ilə nəzərdə tutulan büdcənin vəziyyəti təhlükənin dərinləşdiyindən xəbər verir.

Əksəriyyət bu fikirdədir ki, Ermənistan hakimiyyətinin müəyyənləşdirdiyi büdcə daha çox əhalinin ölməməsi üçün nəzərdə tutulub. Burada inkişaf və ya iqtisadi artıma rəvac verə biləcək heç bir element barədə düşünülməyib. İri layihələrin maliyyələşdirilməsinin azaldılması, sosial sferada bir çox işlərin görülməsi üçün az miqdarda pulun ayrılması, habelə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulan işlərin vəsaitlə təmin edilməməsi Ermənistanda maliyyə çatışmazlığından xəbər verir.

Ermənistan hakimiyyəti gələn il pulu hardan tapacaq?

Erməni ekspertləri hesab edirlər ki, yeni ildə ölkədə növbəti iqtisadi problemlər və sosial partlayışlar baş verəcək. Onlar hesab edirlər ki, bunun qarşısını almaq gücündə olmayan hökumət tam tərkibdə istefa verməlidir.

Erməni müxalifəti isə birmənalı şəkildə isbat edir ki, ölkədə iqtisadiyyat deyilən bir şey yoxdur. EMK-nın nümayəndəsi Vaqan Xaçatryan bununla bağlı bildirir ki, yeni büdcənin vəziyyətindən də aydın görünür ki, Sarkisyan hökuməti Ermənistanı bərbad hala qoyub. «Yeni büdcədə göstərilən rəqəmlər kağız üzərindədir. Mənim üçün də maraqlı odur ki, bu hakimiyyət gələn il pulu haradan tapacaq. Çünki Ermənistanda faktiki olaraq iqtisadiyyat deyilən bir şey yoxdur. Ermənistanda insanların yaşamlarını təmin edəcək bircə sahə belə yoxdur. Hazırda 2-3 faizlik iqtisadi artımdan danışanlar isə yalan deyirlər. Çünki belə bir şey yoxdur. 12 faizlik artım olacağından dəm vuranlar isə özləri də yaxşı bilirlər ki, həmin inkişaf əhalinin həyat səviyyəsində özünü göstərməlidir. Erməni xalqı isə faktiki olaraq səfalət içində yaşayır».

Ermənilər çörək zavodlarında xəmiri ayaqla yoğururlar

Ermənilərin kəsdikləri çörəyi ayaqlaması tarixdə dəfələrlə sübut olunub. Bu xüsusiyyət onların genlərindən gəlir desək, yanılmarıq. Türklərin, azərbaycanlıların, gürcülərin süfrəsində çörək yedikdən sonra onlara xəyanət etmələri ermənilərin nəinki milli-mental xarakterləridir, hətta Ermənistan adlı ölkənin dövlət siyasətidir. Lakin Ermənistanda iş elə gətirib ki, onlar özləri də öz süfrələrinin çörəyinə qiymət, hörmət qoymurlar.

Belə ki, Ermənistandakı ən iri çörəkbişirmə zavodlarında xəmirin ayaqla yoğrulduğu faktı üzə çıxıb. Bu barədə məlumat verən Ermənistan İstehlakçılar Birliyinin sədri Melita Akopyan deyib ki, həmin müəssisələrdə hətta elementar sanitar-gigeyena normalarına belə riyayət olunmur. Onun sözlərinə görə, çörəkbişirən ermənilər istədikləri kimi hərəkət edirlər. «İstənilən müəssisəyə gedin və orada çörəyin bişirilməsinə nəzarət edin. Özünüz görəcəksiniz ki, orada xəmiri ayaqla yoğururlar, siçanlar isə sərbəst şəkildə ora-bura qaçırlar».

Hazırda təkcə İrəvanda 3000 çörəkbişirmə sexinin olduğunu bildirən Akopyanın sözlərinə görə, onlar gün ərzində 10 tonlarla çörək istehsal edirlər. «Hökumət rəsmiləri iddia edirlər ki, vəziyyət normaldır və hər şeyə nəzarət edirlər. Bu, ağ yalandır. Ona görə ki, çörəkbişirmə sexlərində vəziyyət dözülməzdir və satışa çıxarılan çörəyin necə bişirildiyini görən olarsa, insanlar ac qalmağa daha çox üstünlük verərlər». Bunu biz yox, erməni Akopyan deyib.


Geri dön

lider

  • 19 may 2011 11:22
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
tewekkuler

Ulya

  • 10 noyabr 2010 21:13
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
xebere gore twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 57

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 236
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 875
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 77
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}