Günün qoroskopu (28.02.2012)

 
Günün qoroskopu (28.02.2012)

Gün yorucu və mürəkkəbdir. Bu ərəfədə başlanılan maraqlı işləri yarımçıq qoymaq lazım gəlir. Çünki başqa, amma nə vacib, nə də maraqlı olan işlərə daha çox diqqət ayırmaq tələb olunur.

Eksperimentlərdən uzaq durun, yoxlanılmış üsullardan istifadə edin. Məsələlər nə qədər qəlizdirsə, köməkçilərinizin sayı bir o qədər az olacaq.
Yaxın insanların münasibətlərində soyuqluq hiss olunur. Amma ciddi narahatlığa əsas yoxdur, bu tendensiya keçicidir.


Qoç - Bəxtiniz gətirmir. Başladığınız işlər, gözlədiyinizin əksinə olaraq mürəkkəbləşir, bir çox vacib məsələlərin həlli qeyri-müəyyən müddətədək təxirə düşür. Rəhbərliklə fikir ayrılıqları mümkündür. Bəzi «bəxtiqara» Qoçlar isə iş yerlərini dəyişmək barədə fikirləşməli olacaqlar.

Yaxınlarınızla münasibətləriniz isə əladır. Evdə sizi anlayır və dəstəkləyirlər. Hətta yaxşı heç nə gözləmədiyiniz insanlar da bu gün gözlənilmədən sizin tərəfinizə keçəcəklər. Amma əslində, bu barədə bir qədər fikirləşsəniz, yaxşı olar: bu adamların niyyəti nədir?

Buğa - Bu gün dünənkindən fərqli olaraq elə də uğurlu deyil. İşgüzar aktivliyiniz azalır, hətta adi işlərinizi yerinə yetirmək sizə çətin gəlir. Yeni layihələr barədə isə heç danışmağa dəyməz. Həmkarlarınızla mübahisələr və fikir ayrılıqları yaranacaq və siz bunlara qədərindən artıq əsəb və həyəcan sərf edəcəksiniz. Sakit olmağa çalışın, həddən artıq əsəbi gərginlik səhhətinizə ciddi təsir edə bilər.

Köhnə dostlarınızla ünsiyyət üçün yaxşı gündür. Onlarla da mübahisələrdən qaçın: özünüzün haqlı olmağınıza sərf etdiyiniz gücü-qüvvəni başqa, daha faydalı bir işə yönəldə bilərsiniz.

Əkizlər - Enerjiniz bir qədər azdır, tez yorulursunuz. Odur ki, vacib və təcili işlərinizi günün birinci yarısına planlaşdırın. Görüşlər üçünsə axşam daha məsləhətlidir, bu dövrdə hətta sizi tanımaq belə istəməyən şəxslərlə dil tapıb razılığa gələ bilərsiniz.

Yaxınlarınızla fikir ayrılıqları mümkündür, ehtimal ki, dəyərsiz xırdalıqlara görə dava-dalaş edəsiniz. Təəssüf ki, yumor hissiniz bu gün kütləşib, söhbəti zarafata çevirmək alınmır.

Xərçəng - Gün gərgin keçsə də, onu uğursuz adlandırmaq olmaz. İstənilən şəraitdən, hətta ən xoşagəlməz olanından da öz xeyrinizə istifadə edə biləcəksiniz. Bəli, hərdən hiyləgərlik etməli lazım gələcək, amma heç kimə zərər vurmamaq üçün çox çalışacaqsınız.

Köhnə dostlarınızla görüşlər üçün əla gündür. Yeri gəlmişkən, öz problemləriniz barədə onlarla söhbət etsəniz, çox güman ki, həm yaxşı məsləhət, həm də real kömək ala bilərsiniz. Enerjiniz çoxdur, aktiv istirahət faydalı olacaq.

Şir - Gün çoxdankı fikir ayrılıqlarını yoluna qoymaq, mürəkkəb münasibətləri düzəltməklə əlamətdar olacaq. Müftə psixoloq rolunu oynamaq lazım gələcək. Bu sizi çox yorsa da, xeyrinizə olacaq. Başqalarının etiraflarını diqqətlə dinləyin, amma öz sirlərinizi bölüşməyə tələsməyin. Çünki bədxahlarınız bundan istifadə edə bilərlər.

Günün ikinci yarısı səhhətiniz pisləşə bilər. Əgər vaxtında öz qeydinizə qalsanız, ağıllı iş görmüş olarsınız. Çox işləməyin, axşam vaxtiı səfərə çıxmayın, xoşagəlməz hadisələr ola bilər.

Qız - Yaxşı olar ki, bu günə heç bir vacib iş planlaşdırmayasınız. Bu gün ulduzlar sizi dəstəkləmir və yalnız öz gücünüzə arxalanmalı olacaqsınız. Həmkarlarınızla fikir ayrılıqları, rəhbərliklə mübahisələr ola bilər. Ağzınızdan çıxanı “bişirin”: tikanlı sözlərinizin və ya yersiz zarafatınızın nəticələri barədə fikirləşmirsiniz.

Qohumlarınızla birmənalı yanaşmadığınız bir məsələni müzakirə etməli olacaqsınız. Sizin ünvanınıza ciddi tənqid səslənir. Amma rəyi sizin üçün çox əhəmiyyətli olan insan sizin tərəfinizdə olacaq.

Tərəzi - Sizi bir neçə xoşagəlməz məqam gözləyir, həyəcanlı xəbərlər ala bilərsiniz. Amma söhbət ciddi problemlərdən getmir. Üstəlik, əgər soyuqqanlılığınızı saxlaya bilsəniz və panikaya düşməsəniz, gününüz çox məhsuldar alınar. İşgüzar görüşlər və gələcək karyeranızla bağlı məsələləri müzakirə etmək üçün münasib gündür. Məvacibinizin artması ehtimalı var.

Yaxınlarınız öz hərəkətləri ilə sizi tez-tez çaş-baş salırlar. Amma onlarla açıq söhbət bir çox qaranlıq mətləblərin üstünü aça bilər. Sadəcə olaraq, çalışın, vaxtından əvvəl özündən çıxaraq tələsik mülahizələr yürütməyəsiniz.

Əqrəb - Dəstəyinə alışdığınız bir insanla aranızda soyuqluq yarana bilər. Emosiyalar sağlam düşüncəyə üstün gəlir və təmkini qoruyub saxlamaq çətin olur. Həmçinin, istənilən əhəmiyyətsiz məsələ mübahisəyə çevrilir.

Amma sövdələşmələrdə bəxtiniz gətirir, iri alış-verişlər çox sərfəli alınır. Çoxdan isti hisslər bəslədiyiniz bir şəxslə görüş könlünüzü açacaq. Əgər məqamdan istifadə edə bilsəniz, onun da rəğbətini qazana bilərsiniz.

Oxatan - Bu gün vacib qərarlar vermək, ciddi sənədlər imzalamaq məsləhət deyil. İş yerini, yaxud iş ortaqlarını dəyişmək də yaxşı olmayacaq. Hər bir hərəkətiniz ikiqat diqqət və ehtiyatlılıq tələb edir. Əgər diqqətli olub, tələsməsəniz, mənfi tendensiyaların təsirini xeyli azalda bilərsiniz.

Görüşlər, eşq macəralarına başlamaq üçün münasib gündür. Cazibədar, məlahətli, şənsiniz, gözəgəlimli insanlara olan rəğbətinizi gizlətmirsiniz. Amma eyni zamanda başınızı da itirmirsiniz. Kimsə bahalı hədiyyənin köməyilə sizin etibarınızı qazanmağa çalışacaq.

Oğlaq - Problemləri görür və qəbul edirsiniz, bu səbəbdən də onların öhdəsindən gəlmək sizin üçün asandır. Yaranan şəraitin və öz gücünüzün düzgün qiymətləndirilməsi gələcək üçün real planlar tərtib etməyinizə yardımçı olur. Şəxsi biznesinizi açmaq, yaxud gəlirli bir layihə üzərində çalışmaq üçün vacib olan məlumatı məhz bu gün əldə edə bilərsiniz.

Axşamı ziyafətlərdə keçirməyə çalışın, dostlarınızın əhatəsində yaxşı əylənə bilərsiniz. Bir vaxtlar zərif duyğular bəslədiyiniz bir insanla təsadüfən rastlaşmağınız romantik görüşə çevrilə bilər.

Dolça - Həyatınızda nəyisə dəyişmək istəyirsiniz, amma hərəkətlərinizin nə ilə nəticələnəcəyi barədə düşünmürsünüz. Həvəslərinizi cilovlaya bilmirsiniz və tez-tez emosiyalarınızın əsirinə çevrilirsiniz. Maliyyə itkisi, gərəksiz xərclərlə üzləşə bilərsiniz.

İdmanla məşğul olmaq və aktiv istirahət faydalıdır: həm əhvalınız yüksələcək, həm də axmaq fikirlər beyninizdən çıxacaq. İstənilən formada yaradıcılıq fəaliyyəti üçün uyğun gündür, fantaziyanız sizi darda qoymayacaq.

Balıqlar - Günün emosional fonu sabit deyil. Əgər dünən səhərdən axşama qədər sevinmək imkanlarınız vardısa, bu gün səbəbsiz yerə kədərlənə, yaxud daha pisi - əsəblərinizi «çölə tökərək» mübahisələr yarada bilərsiniz.

Maliyyə vəziyyətiniz də ürəkaçan deyil, xərcə düşə bilərsiniz. Borca pul götürmək məsləhət deyil. Enerjiniz çoxdur, səhhətiniz narahat etməyəcək. İdmanla (komanda növlərində başqa), rəqslə, musiqi ilə məşğul ola bilərsiniz.


Geri dön

Melek Kiz

  • 28 fevral 2012 19:47
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
Tərəzi - Sizi bir neçə xoşagəlməz məqam gözləyir, həyəcanlı xəbərlər ala bilərsiniz. Amma söhbət ciddi problemlərdən getmir. Üstəlik, əgər soyuqqanlılığınızı saxlaya bilsəniz və panikaya düşməsəniz, gününüz çox məhsuldar alınar. İşgüzar görüşlər və gələcək karyeranızla bağlı məsələləri müzakirə etmək üçün münasib gündür. Məvacibinizin artması ehtimalı var.

Yaxınlarınız öz hərəkətləri ilə sizi tez-tez çaş-baş salırlar. Amma onlarla açıq söhbət bir çox qaranlıq mətləblərin üstünü aça bilər. Sadəcə olaraq, çalışın, vaxtından əvvəl özündən çıxaraq tələsik mülahizələr yürütməyəsiniz.

DEMET_AKALIN

  • 28 fevral 2012 18:13
  • Məqalə: 0
  • Şərh: 618
  • Bal:
{awards}
sukur ___________________qoc

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

s_a_b_r_i_n_a

  • 28 fevral 2012 15:45
  • Məqalə: 25
  • Şərh: 997
  • Bal:
{awards}
Balıqlar - Günün emosional fonu sabit deyil. Əgər dünən səhərdən axşama qədər sevinmək imkanlarınız vardısa, bu gün səbəbsiz yerə kədərlənə, yaxud daha pisi - əsəblərinizi «çölə tökərək» mübahisələr yarada bilərsiniz.

Maliyyə vəziyyətiniz də ürəkaçan deyil, xərcə düşə bilərsiniz. Borca pul götürmək məsləhət deyil. Enerjiniz çoxdur, səhhətiniz narahat etməyəcək. İdmanla (komanda növlərində başqa), rəqslə, musiqi ilə məşğul ola bilərsiniz.

recourse recourse recourse

--------------------

enigmatic_girl

  • 28 fevral 2012 14:30
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Əkizlər - Enerjiniz bir qədər azdır, tez yorulursunuz. Odur ki, vacib və təcili işlərinizi günün birinci yarısına planlaşdırın. Görüşlər üçünsə axşam daha məsləhətlidir, bu dövrdə hətta sizi tanımaq belə istəməyən şəxslərlə dil tapıb razılığa gələ bilərsiniz.

Yaxınlarınızla fikir ayrılıqları mümkündür, ehtimal ki, dəyərsiz xırdalıqlara görə dava-dalaş edəsiniz. Təəssüf ki, yumor hissiniz bu gün kütləşib, söhbəti zarafata çevirmək alınmır.

DOGRUDUR BU GUNLERDE LETİFE YAZA BİLMİREM HEC BİLMİREM NİYE... request

--------------------

black cat

  • 28 fevral 2012 14:17
  • Məqalə: 0
  • Şərh: 46
  • Bal:
{awards}
Xərçəng - Gün gərgin keçsə də, onu uğursuz adlandırmaq olmaz. İstənilən şəraitdən, hətta ən xoşagəlməz olanından da öz xeyrinizə istifadə edə biləcəksiniz. Bəli, hərdən hiyləgərlik etməli lazım gələcək, amma heç kimə zərər vurmamaq üçün çox çalışacaqsınız.

Köhnə dostlarınızla görüşlər üçün əla gündür. Yeri gəlmişkən, öz problemləriniz barədə onlarla söhbət etsəniz, çox güman ki, həm yaxşı məsləhət, həm də real kömək ala bilərsiniz. Enerjiniz çoxdur, aktiv istirahət faydalı olacaq.

--------------------
"Biliyorum, imkansız aşk bu!
Ama hükmedemiyorum kendime...
Çünkü, Yüreğim seni çok sevdi!.."

ay seven ulduz

  • 28 fevral 2012 13:20
  • Məqalə: 3
  • Şərh: 1293
  • Bal:
{awards}
Buğa - Bu gün dünənkindən fərqli olaraq elə də uğurlu deyil. İşgüzar aktivliyiniz azalır, hətta adi işlərinizi yerinə yetirmək sizə çətin gəlir. Yeni layihələr barədə isə heç danışmağa dəyməz. Həmkarlarınızla mübahisələr və fikir ayrılıqları yaranacaq və siz bunlara qədərindən artıq əsəb və həyəcan sərf edəcəksiniz. Sakit olmağa çalışın, həddən artıq əsəbi gərginlik səhhətinizə ciddi təsir edə bilər.

Köhnə dostlarınızla ünsiyyət üçün yaxşı gündür. Onlarla da mübahisələrdən qaçın: özünüzün haqlı olmağınıza sərf etdiyiniz gücü-qüvvəni başqa, daha fayd

C.I

  • 28 fevral 2012 13:16
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
Əqrəb - Dəstəyinə alışdığınız bir insanla aranızda soyuqluq yarana bilər. Emosiyalar sağlam düşüncəyə üstün gəlir və təmkini qoruyub saxlamaq çətin olur. Həmçinin, istənilən əhəmiyyətsiz məsələ mübahisəyə çevrilir.

Amma sövdələşmələrdə bəxtiniz gətirir, iri alış-verişlər çox sərfəli alınır. Çoxdan isti hisslər bəslədiyiniz bir şəxslə görüş könlünüzü açacaq. Əgər məqamdan istifadə edə bilsəniz, onun da rəğbətini qazana bilərsiniz.

--------------------

ceko_1990

  • 28 fevral 2012 13:05
  • Məqalə: 0
  • Şərh: 220
  • Bal:
{awards}
Tərəzi - _Məvacibinizin artması ehtimalı var.

--------------------
♥●•٠·˙˙♔♥♥Dost uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir.♥●•٠·˙♔♥♥˙۩۞۩ ۩۞۩ ۩۞۩ ۩۞۩

nar_18

  • 28 fevral 2012 12:55
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
teshekkur qiz burcu ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

★Miss Love★

  • 28 fevral 2012 12:54
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
oz burcumu her gun burdan oxuуuram,muellife тewekkurler smile

J ♥ S

  • 28 fevral 2012 12:26
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
COX WUKUR ALLAHA BU GUNUMUZEDE WUKUR. AMA GUNUM DEYESEN PIS KECECEK recourse

--------------------
J & S ∞♥....

kis masali

  • 28 fevral 2012 11:54
  • Məqalə: 9
  • Şərh: 1280
  • Bal:
{awards}
qoc aman hecde vecime deyil bugun bayramdi ehvalimi hec kes korlayamaz

--------------------
<3

ANGEL LOVE

  • 28 fevral 2012 11:36
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
twk edirem......................

--------------------

Inciciceyi

  • 28 fevral 2012 11:34
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Balıqlar - Günün emosional fonu sabit deyil. Əgər dünən səhərdən axşama qədər sevinmək imkanlarınız vardısa, bu gün səbəbsiz yerə kədərlənə, yaxud daha pisi - əsəblərinizi «çölə tökərək» mübahisələr yarada bilərsiniz.

Maliyyə vəziyyətiniz də ürəkaçan deyil, xərcə düşə bilərsiniz. Borca pul götürmək məsləhət deyil. Enerjiniz çoxdur, səhhətiniz narahat etməyəcək. İdmanla (komanda növlərində başqa), rəqslə, musiqi ilə məşğul ola bilərsiniz.

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

PELIN_ATABAY

  • 28 fevral 2012 11:10
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler kendi burcumu okudum

--------------------

✿Victoria✿

  • 28 fevral 2012 10:08
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
Tərəzi - Sizi bir neçə xoşagəlməz məqam gözləyir, həyəcanlı xəbərlər ala bilərsiniz. Amma söhbət ciddi problemlərdən getmir. Üstəlik, əgər soyuqqanlılığınızı saxlaya bilsəniz və panikaya düşməsəniz, gününüz çox məhsuldar alınar. İşgüzar görüşlər və gələcək karyeranızla bağlı məsələləri müzakirə etmək üçün münasib gündür. Məvacibinizin artması ehtimalı var.

--------------------

Ku-ku

  • 28 fevral 2012 10:02
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
Balıqlar - Günün emosional fonu sabit deyil. Əgər dünən səhərdən axşama qədər sevinmək imkanlarınız vardısa, bu gün səbəbsiz yerə kədərlənə, yaxud daha pisi - əsəblərinizi «çölə tökərək» mübahisələr yarada bilərsiniz.

Maliyyə vəziyyətiniz də ürəkaçan deyil, xərcə düşə bilərsiniz. Borca pul götürmək məsləhət deyil. Enerjiniz çoxdur, səhhətiniz narahat etməyəcək. İdmanla (komanda növlərində başqa), rəqslə, musiqi ilə məşğul ola bilərsiniz.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 40
Cəmi: 82

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 146
 
ραყιȥ
Xəbərləri: 48
Cəmi: 128
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 786
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 28
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}