Sual-Cavab: Sual 1

 
Sual-Cavab: Sual 1

Sual 1:
“Höccətin tamamlanması” (itmamü höccət) nə deməkdir?

Cavab:
Höccətin tamamlanması dedikdə hər hansı bir həqiqətin yetərli şəkildə sübuta yetirilməsi, bəhanəyə yer qoyulmaması nəzərdə tutulur. Aşura qiyamında imam Hüseyn (ə) xalqı oyatmaq üçün müxtəlif təbliğat üsullarından istifadə edirdi. Bu təbliğat üsulları həm qiyama əbədilik verib, onu yanlış düşüncələrdən qoruyur, həm də mücahid müsəlmanları ruhlandırıb, Kufə qoşununu tərəddüdə salırdı. Höccətin tamamlanması imamın təbliğat üsullarından biri idi. İmam bu üsul vasitəsi ilə ağı ağ, qaranı qara yerində oturdur, bütün bəhanələrin qarşısını alırdı.

Bu üsulu imam Hüseyn (ə) Əhli-beyt məktəbindən öyrənmişdi. O, görürdü ki, İslamın təbliğində elm və məntiqin yerini kobudluq və zor tutur. Ona görə də imam (ə) öz məntiqi dəlilləri ilə həqiqi İslamın ayinlərini xalqa çatdırırdı.

İmam Hüseyn (ə) Kərbəladakı müraciətlərindən birində buyurur: Məgər mən sizin Peyğəmbərinizin (s) qızının, əmisi oğlu və birinci müsəlman Əlinin oğlu deyiləmmi?! Məgər Həmzə və Cə`fər Təyyar mənim əmilərim deyilmi?! Eşitməmisinizmi Peyğəmbər (s) qardaşımla mənim haqqımda belə buyurub: “Bu iki nəfər behişt cavanlarının ağasıdırlar.?!” Əgər məni yalançı sayırsınızsa, Cabir ibn Əbdullah Ənsari, Əbu Səid Xidri, Səhl ibn Sə`d Saidi, Zeyd ibn Ərqəm, Ənəs ibn Malikdən soruşun! Mən sizlərdən kimi öldürmüşəm ki, qanını almağa gəlmisiniz?! Kimin malına zərər vurmuşam ki, əvəzini istəyirsiniz?! Kimi yaralamışam ki, qisas tələb edirsiniz?! Müraciət edilənlər susdular. İmam (ə) əvvəlcə onu qiyama də`vət edib, sonra düşmənə qoşulanlara üz tutdu: “...Siz yazmamışdınız ki, meyvələr yetişib, bağlar səfalanıb, tələs hazır qoşuna tərəf? Yox, and olsun Allaha, heç vaxt alçaq adamlara bey`ət əlini uzadıb, qullar kimi qaçmaram.”
(“Tarixi Təbəri”, c. 5, s. 424-427)

İmam öz məntiqli cümlələri ilə həqiqətləri işıqlandırır, bütün bəhanələri kəsir və beləcə, höccəti tamamlayırdı.


Geri dön

enigmatic_girl

  • 28 fevral 2012 20:46
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
İmam öz məntiqli cümlələri ilə həqiqətləri işıqlandırır, bütün bəhanələri kəsir və beləcə, höccəti tamamlayırdı.

--------------------

Dalga

  • 28 fevral 2012 19:36
  • Məqalə: 201
  • Şərh: 5399
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

nar_18

  • 28 fevral 2012 19:31
  • Məqalə: 0
  • Şərh: 3337
  • Bal:
{awards}
teshekkurler xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Ku-ku

  • 28 fevral 2012 17:52
  • Məqalə: 267
  • Şərh: 5317
  • Bal:
{awards}
Allah razi olsun tewekkurler

--------------------

✿Victoria✿

  • 28 fevral 2012 17:44
  • Məqalə: 257
  • Şərh: 3405
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN CAVABA GORE TESEKKURLER

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 28
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}