Sual-Cavab: Sual 2

 
Sual-Cavab: Sual 2

Sual 2: İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?

Cavab: Şiə mənbələrindəki rəvayətlərə görə İmam (ə) qeybi biliklərdən xəbərdar idi. Qur`ani-kərimdə bildirilir ki, Allah Peyğəmbərdən (s) başqa heç kəsə öz qeybini əyan etməz.
(“Cinn”, 26, 27)

Demək, Allahın izni ilə mə`sum imamlar həzrət Peyğəmbərdən (s) həmin bilikləri əxz edə bilərlər. Əllamə Təbatəbai bu barədə yazır: “İmam Hüseyn (ə) imamiyyə şiələrinin əqidəsinə görə Peyğəmbərin (s) üçüncü canişini və küllən vilayət sahibidir. İmamın elmi nəqli və əqli dəlillərə əsasən iki qisimdir:

1. İmam (ə) bütün şəraitlərdə Allahın izni ilə varlıq aləminin hissi və fövqəlhissi həqiqətlərindən agahdır. Səmada olanlar, keçmişin və gələcəyin hadisələri ona mə`lumdur.

2. Adi elmlər. Peyğəmbər (s) və imam da bu sahədə başqaları kimi daha layiq bildiklərinə ixtiyari olaraq əməl edirlər.”
Mö`təbər rəvayətlərdə bildirilir ki, həzrət Peyğəmbər (s) və imam Əli (ə) imam Hüseynin (ə) şəhadətini əvvəlcədən xəbər vermişlər.

İmama yaxın adamlar Peyğəmbərin (s) buyuruğundan xəbərdar olduqlarından və Bəni-üməyyənin İslam dünyasına zülmlərini gördüklərindən mə`yus idilər. Kufə əhlinin həzrət Əli və imam Hüseynə qarşı xəyanətkar mövqeyi bir daha sübut edirdi ki, İmam ölümə doğru gedir.

Dəfələrlə öz ölümü haqqında danışan imam Hüseyn (ə) bir dəfə də olsun Yezid hökumətinin süquta uğrayacağını bildirmirdi. İmam (ə) xalqı Yezidə itaətsizliyə çağırır, eyni zamanda, şəhadətə yetiriləcəyini bildirirdi. İmam (ə) onu bu səfərdən saxlamaq istəyənlərə buyururdu: Mən yuxuda Allahın Rəsulunu gördüm və elə bir işə mə`mur oldum ki, o işi görməyim daha yaxşıdır. İmam Səccad (ə) nəql edir ki, hansı mənzilə çatırdıqsa, atam Yəhya ibn Zəkəriyyanın şəhadətindən danışırdı.

Bütün bunlardan aydın olur ki, İmam (ə) hərbi qələbəyə çatmayacağını və şəhadətə yetiriləcəyini qabaqcadan bilirdi. O, öz şəhadəti ilə Bəni-üməyyə xanədanının əsil simasını açdı və düşüncələrdə əbədi inqilab toxumu səpdi.


Geri dön

D_R_E_A_M_ G_I_R_L_

  • 29 fevral 2012 02:47
  • Məqalə: 5
  • Şərh: 31
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
Mən səni dünən sevmədim çünki dünən bitdi.
Mən səni bu gün sevmədim çünki bu gün
bitəcək.
Mən səni sabah sevdim çünki sabahlar heç
bitməyəcək

...BARSA FANATI....

  • 28 fevral 2012 23:01
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
XEBERE GORE TESEKKUR.....

Shokoladka

  • 28 fevral 2012 19:38
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Tesekkurler...

--------------------


nar_18

  • 28 fevral 2012 18:45
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Niqul

  • 28 fevral 2012 18:24
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
COX SAGOL DOSII smile

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

★Miss Love★

  • 28 fevral 2012 18:24
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
deуerli ve maraqli xebere gore sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 61
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 62
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}