28 Sual-Cavab: Sual 26

 
28 Sual-Cavab: Sual 26

SUAL 26: Cənab Ayətullah-üzma Safinin hüzuruna. Salam!
İki ildir sizə məktub yazmaq niyyətim var. Müəyyən səbəblərdən yubandım və nəhayət, bu gün özümü sual zindanından qurtarmaq qərarına gəldim.
Mənim rəssamlığa böyük həvəsim var. Bu yaxınlarda ailə qurmuşam. Həyat yoldaşım bizimlə yaşayır. sualım budur ki, mənim bütün işlərimə nəzarət etməyə onun haqqı vardırmı? İnstitutda mənim rəssamlığı davam etdirməyim üçün şərait var. Ərim mənə rəssamlıqla məşğul olmağı qadağan edib. Mən yenə də bu işlə məşğul ola bilərəmmi? Onun dəlili budur ki, rəssamlıq mənim işimə mane ola bilər. Nə qədər çalışmışamsa da razı olmayıb. Hələ ki, atamın evindəyəm. Mənim məs᾽uliyyətim atamın, yoxsa ərimin öhdəsindədir? Ərim məni təhsildən məhrum edə bilərmi? Mənim keçmişimin ona aidiyyatı varmı? Anadan olandan ailə quranadək həyatımın bütün xırdalıqlarını ona danışmışam. Bəlkə də, özümü ona olduğum kimi tanıtdıra bilməmişəm. Axı özümü tam tanımadığım, daxili çəkişmələr içində olduğum zaman necə tanıtdıra bilərdim? Hər ikimiz şər᾽i, islami qanunlara əməl etmək istəyirik. Nümunəvi qadın olmaq üçün nə etməliyəm? Bilirəm ki, mütaliə etməli, həzrət Zəhranı (s) özümə nümunə götürməliyəm. Bununla belə sizin köməyinizə ehtiyacım var. Mən ərimdən gizli rəssamlığa davam edə bilərəmmi? Gün uzunu baş verən hadisələri ona danışmağım zəruridirmi?
Eyni zamanda, ərim pak və sağlam bir gəncdir. Mən onu özüm üçün Allah hədiyyəsi bilirəm.
Cavabınızın intizarındayam.

CAVAB: Bismillahir-rəhmanir-rəhim. Allahın böyük nişanələrindən, yaranış aləmindəki incəliklərdən, gözaçan
agahlıqlardan biri evlənmək, qadın və kişinin bir-birlərinə munis olmalarıdır. Bu cütlüyü layiqincə ifadə edən bir söz tapa bilmirəm. Qur᾽anda buyurulur: «Onlar sizin libasınızdır, siz də onların» (Bəqərə-187). Başqa bir ayədə buyurulur: «Sizin özünüzdən sizin üçün taylar yaratmışıq ki, onlarla rahatlıq tapasınız» (Rum-21). Özünüzdən özünüz üçün yaratdı. Həmdəm, munis, həmdərd yaratdı. İslam bu izdivac, kamilləşməyə böyük əhəmiyyət verir və fitrətlərdə mövcud ehtiyacı bir daha nəzərə çatdırır. Ailə özülünü möhkəmliyinə, qadın və kişinin vəfadarlığına xüsusi diqqət yetirilir.
Mən öz həyat təcrübəmdə nümunə olası ailələr görmüşəm. Sanki onlar bir-birlərinin ürəyini oxuyur, bir-birinin istəyinə danışıqsız əməl edirdilər. Bizim dövrümüzdə nə pozulmuş hüquqlar uğrunda mübarizə, nə icbari kişi ağalığı vardır.
Demək istəyirəm ki, Allahdan hədiyyə saydığınız yoldaşınızla heç bir probleminiz olmayacaq. Qarşılıqlı istəyiniz bütün işləri yoluna qoyacaq. Siz onun, o, da sizin xatirinizi istəyəcək.
Hər halda ər-arvad münasibətlərinin nizamlanması üçün qanunlar və hüquqlar müəyyənləşdirilmişdir. Bu hüquqlara əsasən nə kişi, nə də arvad evlənərkən öz keçmişlərini danışmağa borclu deyillər.
Ata evində kimin öhdəsində olmağınızla bağlı suala gəldikdə güzəşt və məsləhətlə keçinməyiniz məqsədə uyğundur.
«Mö᾽min kişi ailə və uşağının istəyinə uyğun yemək yeyirsə, münafiq kişi bu işdə yalnız öz rə᾽yini əsas götürür» (Kafi, 2-ci cild). Qadın da ərinin razılığı üçün çalışmalıdır.
Ümid edirəm ki, hərarətli münasibətləriniz bu söhbətdən sonra daha da hərarətlənəcək. Allah aranızda ülfət yaradıb, nəslinizi paklasın.


Geri dön

D_R_E_A_M_ G_I_R_L_

  • 28 fevral 2012 20:04
  • Məqalə: 5
  • Şərh: 31
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
Mən səni dünən sevmədim çünki dünən bitdi.
Mən səni bu gün sevmədim çünki bu gün
bitəcək.
Mən səni sabah sevdim çünki sabahlar heç
bitməyəcək

nar_18

  • 28 fevral 2012 19:24
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

★Adriana★

  • 28 fevral 2012 18:11
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}

--------------------

✿Victoria✿

  • 28 fevral 2012 18:00
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN Allah aranızda ülfət yaradıb, nəslinizi paklasın.

--------------------

Ku-ku

  • 28 fevral 2012 17:55
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

... Deryam ...

  • 28 fevral 2012 17:52
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Çox maraqlı və gözəl məlumatlardı.
Allah her kəsə analaşa biləcəyi insan qismət eləsin.

Allah razı olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}