. Bütün Hallarda Allah Zikri

 
. Bütün Hallarda Allah Zikri

Bütün Hallarda Allah Zikri

Sözümüzü Allah zikrinin bütün hallarda yaxşı olduğunu bəyan edən bir rəvayətlə tamamlayırıq. İnsan maddi və heyvani istəklərə sahib olduğundan bə`zən bu istəklərə uyğun əməl edir. Əvvəlcə insan bu halda Allahı zikr etməyin yaxşı iş olmadığını düşünür. Lakin Allah buyurur: “Bu halda da Allahı unutmayın”. Bəli, bizə göstəriş verilib ki, günah işlər görən zaman üzüqibləyə olmayaq.

İnsanın bütün halları üçün mə`sumlardan nəql olunmuş dualar (ən çox bu duaları onlar özləri oxuyurdu) bəndənin heç bir zaman Allahı unutmamalı olduğunu göstərir.
Peyğəmbər (s) barəsində nəql olunur:
“Allahı zikr etməmiş oturmaz və qalxmazdı.” (Təbərsi, “Məkarimul-əxlaq” səh.14) Hətta həzrətin qalxdığı və ya oturduğu zaman oxuduğu zikrlər nəql olunmuşdur. Hər vaxt yeni paltar geysəydi xüsusi zikr edərdi. Yatdığı zaman xüsusi zikr, bə`zən isə “ayətəl-kürsi” oxuyurdu. Yuxudan qalxan zaman isə əvvəlcə səcdəyə gedib, Allaha sitayiş edirdi.
İmam Baqir (ə) buyurur:
“Allahın rəsulu yuxudan oyanan kimi səcdə edərdi.” (Təbərsi, “Məkarimul-əxlaq”, səh.39)

Həzrət yuxudan ayıldıqdan sonra ayrıca bir zikr deyirdi. Hidayət imamlarından nəql olunmuş başqa xəbərlərdə də mö`minin həmişə Allahı zikr etməli olduğu göstərilir. Bütün hallarda, hər bir iş Allahın zikri ilə başlamalıdır.

Allah Musa ibn İmrana buyurdu: “Ey Musa, heç bir halda Məni unutma və Məni yad etməkdən qafil olma.” Musa ərz etdi: “İlahi, bə`zi hallarda Səni düşünməyə utanıram.”
Xitab olundu: “Hətta o halda da Məni düşünmək yaxşıdır.” (Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar”, 13-cü cild, səh.343, 21-ci rəvayət)

Qur`an nəzərincə də heç bir şey mö`minin Allahı düşünməsinə mane ola bilməz. Sadiq mö`minlərin sifətləri barəsində buyurur:
“(Mö`minlər o kəslərdir ki,) Nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.” (“Nur” surəsi, ayə 37)

Zahirdə iş-güclə məşğul olub, xalqla ünsiyyətdə olmalarına baxmayaraq, onların diqqəti həmişə Allahdadır. Heç bir şey onların Allahdan qafil olmalarına səbəb olmur. Allah me`rac gecəsi peyğəmbərinə mö`minləri vəsf edərək belə buyurdu: «Mö`minlər dünyadan gedən zaman onlardan soruşular ki, dünyanı necə tərk etdiniz? (Dünyadan nə xəbər var?) Belə cavab verərlər: “İlahi, and olsun izzət və cəlalına, mən dünyadan agah deyiləm. (Çünki) Məni yaratdığı gündən Sənin məqamından qorxmuşam”. Bu zaman Allah buyurur: “Düz dedin, ey Mənim bəndəm. Bədənin dünyada idi, lakin ruhun Mənim yanımda!”» (“Biharul-ənvar”, 77-ci cild, səh.21)


Geri dön

leylacan

  • 29 fevral 2012 23:01
  • Məqalə: 0
  • Şərh: 158
  • Bal:
ALLAH RAZI OLSUN

Slatkaya emocka.

  • 29 fevral 2012 21:22
  • Məqalə: 2
  • Şərh: 1391
  • Bal:
{awards}
maraqli xebere gore coxxx coxxxxxx saqolun allah razi olsub cox saqolun....

✿Victoria✿

  • 28 fevral 2012 17:28
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ALLAH HAMINI ALLAHA ZIKR EDEN QULLARINDAN ELESIN AMIN

--------------------

Dalga

  • 28 fevral 2012 16:25
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
{awards}
Allah razi olsun Cox gozel xeberdir

--------------------

_Gül_

  • 28 fevral 2012 16:07
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
{awards}
Cox sagol xebere gore. Allah hamimizi Oz sevdiyi, secdiyi mominlerinden elesin.

--------------------
BİSMİLLAHİR REHMANİR REHİM

s_a_b_r_i_n_a

  • 28 fevral 2012 15:22
  • Məqalə: 25
  • Şərh: 997
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

--------------------

J ♥ S

  • 28 fevral 2012 15:05
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
“İlahi, and olsun izzət və cəlalına, mən dünyadan agah deyiləm. (Çünki) Məni yaratdığı gündən Sənin məqamından qorxmuşam”. Bu zaman Allah buyurur: “Düz dedin, ey Mənim bəndəm. Bədənin dünyada idi, lakin ruhun Mənim yanımda!”» tesekkuurler ALLAH RAZİ OLSUN smile winked

--------------------
J & S ∞♥....

★Miss Love★

  • 28 fevral 2012 14:46
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
deуerli xebere gore cox sagol Allah hamini weутanin werrinden qorusun ve duz уoldan aуirmasin!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 46

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}