Dil düz olmasa Qəlb saf olmaz

 
Dil düz olmasa Qəlb saf olmaz

Sizə heç bir əhəmiyyəti və xeyiri olmayan sözlərdən dilinizi saxlayın. Həqiqətdə Adəm övladının xətalarının çoxu dilindən çıxar.

İnsanda dil kimi çox günah baş verən ikinci bir üzv yoxdur. Elə buna görə də susmaq hikmət qapılarındandır.

Sizi cənnətə aparan xeyirli sözlərdən başqasını dilinizə gətirməyin. Hədisdə var ki, mömin bəndənin susduğu vaxtlarını onun üçün savab yazarlar.

Hər kəs hər iki dünyada salamat qalmaq istəyirsə öz dilini qorusun. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

Möminin nicatı dilini qorumaqdadır?. İnsanın cəhənnəmə düşməsinə səbəb onların dillərinin törətdiyi bəlalardan bşaqa bir şey varmı?!?

Bəndənin qəlbi saf olmasa imanı düz olmaz. Dili düz olmasa qəlbi saf olmaz. Çünki mö᾽minin dili qəlbinin arasında olar.

Danışmaqdan qabaq deyəcəyi söz haqda fikirləşər. Münafiqin qəlbi isə dilinin arxasında olar və dilinə gələni deyər, xeyir-şərini fikirləşməz.

Susmaq peşmançılıq gətirməz. Nə çox söz-söhbət var ki, dünyada və axirətdə peşmançılıq gətirər. Kişi öz dilinin altında gizlənib. Ey insan,

danışmaqdan qabaq düşün və onu ağılın süzgəcindən keçir. Əgər Allaha xatir olsa danış, yoxsa sakit ol, sus, dinmə! Nə gözəl deyilib:

Dil çox başları bəlaya salıbdır, o bizimlə birgə doğulmuş düşmənimizdir?. Hədisdə var ki, elə bir bədən üzvü yoxdur ki, deməsin:

Səni Allaha and verirəm, məni əzaba düçar etmə.? Deyiblər ki, əgər danışmaq və susmağın eyiblərin görsətmək istəsək danışmaq gümüşdürsə,

susmaq isə qızıldır. Bəzən müəyyən səbəblərə görə danışmaq qızıl olar, sükut isə heç; Məsələn, əxlaqdan, şəri qaydalardan danışmaq,

yaxud nəsihət etmək. Hətta bəzi hallarda sükut öldürücü zəhər kimidir. Məsələn, əmr be məruf və nəhy əz münkər zamanı susmaq,

düz yola gəlmək istəyənlərə yol göstərməyib susmaq və s. Allah taala sizi bəyəndiyi işlərdə müvəffəq və gələcək günlərinizi isə keçmiş günlərinizdən xeyirli etsin.


Geri dön

mehri22

  • 2 aprel 2011 03:36
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
xowuma geldi bezileri

Ulya

  • 1 noyabr 2010 19:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox maraqli yazidi.twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}