Oğru dünyasının əsilzadələri: cibgirlər

 
Oğru dünyasının əsilzadələri: cibgirlər

Azərbaycanda cinayətkarlıqdan söz düşəndə, cibgirlərdən danışanda, onların tarixini şərti olaraq beş dövrə bölmək mənə daha məqsədəuyğun gəlir. Birinci dövr on doqquzuncu əsrin əvvəllərindən sonlarına kimi olan illəri əhatə edir. Həmin dövrlə əlaqədar əlimizdəki məlumatlar o qədər kasaddır ki, maraqlı bir şey tapmaq çətindir. Cibgirliyin bir peşə kimi formalaşması 1900-1920-ci illəri əhatə edən ikinci dövrə, “çiçəklənməsi” isə 1920-1956-cı illərə, yəni üçüncü dövrə təsadüf edir. Dördüncü dövr həmin vaxtdan başlayıb, 1990-da başa çatır. İndi cibgirlər öz “tarixlərinin” beşinci dövrünü yazırlar...
Diqqət yetirdinizsə, bu dövrlərin hər biri tək cinayətkarların yox, ümumiyyətlə cəmiyyətin həyatında bəlli dönüş nöqtələriylə işarələnib. Birinci dövr feodalizmdən kapitalizmə keçid, ikinci dövr kapitalizmin inkişafı, dərin təbəqələşmə, üçüncüsü Sovet hakimiyyətinin Stalin dönəmini əhatə edir. Dördüncü dövr Stalinin vəfatından Sovetlər Birliyi dağılanadək davam edib. Beşinci dövr isə artıq müstəqil Azərbaycanın payına düşən dönəmdir.
İndi möhtərəm oxucularımızın diqqətini bu tarixi dövrlərin üzərində cəmləmək istəmirəm. Yazılarım nəzəriyyədən çox, necə deyərlər “əməliyyəyə” aid olsun deyə, sizə cibgir peşəsinin növlərindən söz açacam. Bayaq sadaladığım tarixi mərhələlər isə vaxtaşırı, bu peşənin nümayəndələri ilə, başqa maraqlı həmsöhbətlərlə ünsiyyətdə açılacaq.
Yeri gəlmişkən, xatırladım ki, cinayət aləminin bütün terminologiyası bizə Rusiyadan, onlara isə ya Avropa, ya da yəhudi dillərindən keçib. Çünki bizim cinayətkarlar tarixən nəzəriyyəyə yox “əməliyyəyə” fikir verir, özlərini “Böyük Qaranlıq Dünyanın” tərkib hissəsi sayırdılar. Odur ki, bu mövzu ilə dərindən maraqlananlar yaxşı bilir ki, rast gəldiyimiz ifadələr arasında öz dilimizdə bircə kəlmə belə tapmaq olmur.
Amma ən əvvəl bir məsələni qeyd edək ki, cib elə bir şeydir ki, şalvarda, ya pencəkdə olmasından, düymələnib-düymələnməməsindən asılı olmayaraq, içində gizlənənlərə təbii bir maraq oyadır. Cib də bağlı qapının üstündəki açar deşiyi kimi bur şeydir: adamın gizlincə baxmağı gəlir. Hamı üçün təbii sayılan bu maraq cibgirlər üçün peşəkar marağa çevrilir.
Böyük şəhərlərdə elə bir ailəyə rast gəlməzsən ki, nə vaxtsa cibgirin qurbanına çevrilməsin. Amma statistikaya görə belə cinayətlərin açılma faizi çox aşağıdır. Oğurluğa məruz qalmış hər on nəfərdən yalnız ikisi polisə müraciət edirsə, onların da təxminən doxsan faizi bir nəticə hasil edə bilmir. Çünki cibgiri tutmaq çox çətindir. Bütün istintaq təcridxanaları ağzına kimi dolu olsa da, peşəkar cibgiri barmaqlıqlar arxasında qətiyyən görə bilməzsiniz. Tutulanlar, bir qayda olaraq, ya cibgir məktəbinin birinci sinfinə gedənlərdi, ya da tamam piyada, təsadüfi adamlar. Elələrini tuturlar ki, əlini kiminsə cibinə salan təki ilişir, tutulan kimi günahını etiraf edir. Araşdıranda da görürsən ki, bu cinayətə ehtiyac ucbatından gedib və it kimi peşmandır.
Peşəkar cibgirlər isə kriminal dünyanın öz aralarında sıx birləşmiş, mütəşəkkil, “oğru qardaşlığı” ideyasına sonsuz sədaqətiylə fərqlənən təbəqəsidir. Onları cinayət başında yaxalasan belə, nəyisə sübuta yetirmək həqiqətən müşkül məsələdir.
Kriminalistlər hesablayıb ki, iri şəhərlərdə əhalinin hər milyon nəfərinə 450-500 nəfərə yaxın cibgir düşür. Hər cibgirin orta hesabla gündə on uğurlu cəhdi olsa, tamamilə astronomik rəqəm alınır. Odur ki, rəsmi statistikanı da, diletant hesablamalarını da başqalarına buraxıb, qayıdaq mətləbə...
Beləliklə, cibgir peşələrindən söz açaq, onları bir-birindən fərqləndirməyi öyrənək.
Bu problemlə ciddi məşğul olan insanlar yazırlar ki, cinayətin üsuluna və törədildiyi yerə görə təxminən əlli cür cibgir var. Təbii ki, onların hamısını yox, ən geniş yayılanlarını sadalamaq istəyirəm və bu siyahını marvixerdən başlamamaq günah olardı...


MARVİXER

“Marvixer”lər (qədim yəhudi dilindən hərfi tərcüməsi “oğurluqla qazanan”) cibgirlərin ən yüksək təbəqəsi, əlçatmaz elitası sayılır. Deyirlər ki, guya əsl “marvixer”lərin sayı son yüzillikdə iki əlin barmaqları qədər ancaq olar. Buna münasibət bildirmək istəmirəm, lakin adı dillərə düşən, haqqında əfsanələr dolaşan, kriminal tarixdə yer almış “marvixer”lər həqiqətən az olub. Amma mənə elə gəlir ki, “marvixer” əslində cibgir peşəsi deyil, daha çox fəxri addır. Çünki ənənəvi cibgirlər cinayət törədərkən istifadə etdikləri üsula uzun müddət yiyələnir, onu cilalayır və peşəkar fəaliyyətlərinin sonunadək dəyişmirdilər. “Marvixer”lər isə bütün üsullardan eyni uğurla istifadə edə bilirdilər.

ŞİPAÇ

Sağ və ya, sol əlin iki barmaği – adsız və şəhadət barmaqlarından maşa, daha dəqiqi pinset kimi istifadə edərək pulqabını ya cibdən, ya çantadan çəkir. Cibgirlə arasında ən geniş yayılan ixtisasdır. “Şipaç” qurbanını diqqətlə seçir, onun yanında duraraq fikrini yayındırır və bütün əməliyyatı tələsmədən, son dərəcə ehtiyatla həyata keçirir. “Şipaç”lar həm ictimai nəqliyyatda, həm də iri ticarət mərkəzlərində, bazarlarda işləyirlər.

PİSAKA

Cibgir ixtisaslarından Azərbaycan dilində adı olan “pisaka”dır. Mənası “yazıçı” olan “pisaka”ya dilimizdə cibkəsən deyirlər. Onlar da “şipaç”lar kimi tünlük yerlərdə çalışır, ya ülgücdən, ya da itilənmiş başqa bir əşyadan istifadə edərək ehtiyatsız vətəndaşların ciblərini kəsirlər. Bəziləri bu məqsədlə cərrah lansetlərindən də istifadə edir. Cibkəsənlərin arsenalında kəsici alətdən savayı, pulqabını çəkmək üçün müxtəlif qarmaqlar olur. Onlar bir qayda olaraq, əllərini kiminsə cibinə salmırlar. 50-ci illərdən sonra kəsici alət kimi bir tərəfi itilənmiş mis sikkədən istifadə olunurdu. Bu isə hətta cinayət başında yaxalanan “pisaka”ya belə, nəsə sübut etməyi çətinləşdirirdi.

TRYASUN

“Tryasun” (silkələmək, itələmək, dümsükləmək anlamı daşıyır) qurbanını dümsükləməklə, qucaqlamaqla, itələməklə soyurlar. İldırım sürətli reaksiya tələb edən peşədir. Axı məsələ kiminsə cibindən pulqabısını vurub çıxarmaqda deyil, onu yerə düşmədən götürmək də lazımdır. Çox vaxt zahirən də kobud görkəmləri olan bu cibgirlər kiminləsə toqquşduğuna görə, kiməsə yol vermədiyinə görə qınaq obyekti olur. O toqquşmada, o itələşmədə yoxa çıxmış pulqabıdan, bir qayda olaraq, iş-işdən ötəndən sonra xəbər tuturlar və bəlkə də basırıq yerdə dümsüklənməkləri heç yadlarına da düşmür...


Geri dön

Yusif

  • 5 noyabr 2010 12:37
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
Vorlar ??? tesekkur

sevgi yalandir

  • 1 noyabr 2010 20:15
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TWK fellow

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 1 noyabr 2010 16:14
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}