Drakula

 
Drakula


Vlad Tsepeş və ya bilinən adı ilə Vlad Drakula.Valaxiya hökmdarı III Vlad kimi tanınan "vampir"in Transilvaniyanın (Şimal-Qərbi Rumıniya) kiçik Sigişoara şəhərciyində 1431-ci ilin noyabr və ya dekabr ayında dünyaya gəldiyi güman edilir.Rumıncadan tərcümədə "Tsepeş" - "paya keçirən","iblisin oğlu" və ya "əjdəhanın oğlu" mənasını verir.Payakeçirən təxəllüsünü o, düşmənləri və təbəələrini payaya keçirməklə onlara divan tutduğu üçün alıb.Onu çoxlu sayda əcayib ideyaları və vərdişləri olan son dərəcə qərarsız bir adam kimi təsvir edirdilər.
Drakula türklərə qarşı apardığı müharibələrlə tarixə düşmüşdü.Hələ İldırım Bəyazidin vaxtından Valaxiya voyevodaları Osmanlı xəzinəsinə xərac ödəyirdilər.Atası II Vlad Osmanlı ordusuna məğlub olduqdan sonra 13 yaşındankı oğlunu türklərə girov vermişdi.III Vlad 4 il müddətində türklərin əsirliyində saxlanılmışdı (bu fakt onun psixologiyasının korlanmasının əsas səbəblərindən biri kimi göstərilir).III Vlad Drakula osmanlıların ağalığını qəbul etmiş,guya özünü onlara sadiq göstərmiş,əslində isə türklərə qarşı gizli düşmənçilik siyasəti aparmışdı.1461-ci ildə o, sultana xərac verməkdən boyun qaçırmış,türk sultanının göndərdiyi elçiləri payaya keçirməklə edam etdirmişdi.Uzun müddət osmanlıların təqibindən qaçan III Vlad Macarıstanda sığınacaq tapmış,ancaq macarların türklərlə razılaşma əsasında voyevodanı əsir etmişdilər.1462-66-cı illər arası Budada (Budapeştdə) əsir saxlamışdılar.Əsirlikdən qurtulmuş III Vlad 1476-cı ildə yenidən baş qaldırmışdı.O, yenidən əsir aldığı Osmanlı əsgərlərini payaya keçirərək,onlara işgəncə verməklə öldürtmüşdü.Bəzi mənbələrə görə Drakulanın 20.000 türkü işgəncələrlə qətlə yetirməsindən sonra sultan çox qeyzlənmiş,öz ordusunun başına keçərək Tırqovişte qalasını işğal etmidi.Qaçmağı bacaran III Vlad olduğu yerlərdə daşı-daş üstündə qoymamış,hər yeri payaya keçirilmiş müsəlmanların cəsədləri ilə doldurmuş,tərk etdiyi torpaqlarda quyuları zəhərləmiş,əkinləri yandırmış,hətta heyvanları belə öldürmüşdü.Həbsxanadakı məhbuslar,xəstələr,vəbalılar azadlığa buraxılmış,türklərin arasına qarşımağa sövq edilmişdilər.Vəba epidemiyası daşııcılarının işə qarışması yeni bir taktika və silah olmuşdur.Sultan Mehmet ordusu ilə Tırqovişteye çatanda onun gördüyü mənzərə onu dəhşətə gətirmişdi.Yol,təxminən 5 km boyunca payaların düzüldüyü bir ərazidən keçirdi.Bu cəsəd meydanın eni təxminən 3 km idi.Payalar yerdə dikəlmiş vəziyyətdə qoyulmuş,yüzlərlə kişi,qadın,uşaq payalara keçirilmişdi.Rəvayətə görə bu qədər çox insanı payalara keçirilmiş görən türk əsgərlərinin mənəviyyatı pozulmuş,ağlını belə itirənlər olmuşdu.Amma buna baxmayaraq III Vlad məğlub edilmiş,başı kəsilərək öldürüldüyünü sübut etmək üçün 1476-cı ildə İstanbula - Fateh Sultan II Mehmetə göndərilmişdir (əslində onun necə öldüyü hələ də müəmma olaraq qalır.)


Drakula Qaniçənliyi və ya Qaniçənin Xarakteristikası
III Vlad hər şeydən əvvəl özünün qeyri-adi amansızlığı,qəddarlığı ilə ad çıxarmışdı.O, bəhanəli,bəhanəsiz insanlara qorxunc işgəncələrlə qətlə yetirirdi.O, körpələri belə öldürməkdən çəkinmirdi.Drakulanın sevimli işgəncələri insanları payaya keçirmək,şaqqalama,diri-diri yandırma onun əsas qətl üsullarından idi.
Bir dəfə III Vlad bütöv bir ailənin öz evlərində diri-diri yandırılmasını əmr etmişdi.Məlumdur ki, Drakula onun qarşısında papaqlarını çıxarmaqdan imtina etmiş türk elçılərinin papaqlarını başlarına mismarlanmasını əmr edib.
Drakulanın xüsusi əcaib vərdişlərindən biri də səhər yeməyini döyüş meydanı və ya edam yerində yeməyi xoşlaması idi.O, özü üçün masa və yemək gətirtdirir,ölülərin və payalara keçirilmiş vəziyyətdə can verən insanların arasından oturub yemək yeyirmiş.

Drakula - Vampirdir, Yoxsa Bu Sadəcə Bir Filmdir?..
XX əsrin əvvəllərində irland yazıçısı Brem Stokerin "Gecə Uşaqları" və "Drakula" romanı,eləcədə alman eksperissionist filmi "Nosferatu: Dəhşət Simaniyası" filminin çıxmasından sonra, bu əsərlərin baş qəhrəmanı "Drakula" vampirin ən yadda qalan ədəbiyyat və kinomateqrofiya obrazı oldu.Vlad Tsepeş obrazı və Drakula arasında əlaqəni Vladın ölümündən sonra onun vampirə çevrilməsindən bəhs edən əfsanəni Brem Stokerin eşitməsi ilə izah edirlər.Tsepeş dəfələrlə öldürülənlər tərəfindən lənətlənib,hətta bu azmış kimi dinini də dəyişib.Kaprat xalqlarının inanclarına görə ölümündən sonra Vladın vampirə çevrilməsi üçün təkcə bunlar kifayət edirdi.
XX əsrin ortalarından məşhur "vampir"in məzarlığına əməlli-başlı turist axını baş verirdi.Drakulaya qarşı qeyri-sağlam maraq axınını azaltmaq üçün onun qəbrinin yerini dəyişdiriblər...İndi Vlad Drakulanın məzarı heç kimə məlum deyil.


Geri dön

Ulya

  • 1 noyabr 2010 19:15
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
twk

sevgi yalandir

  • 29 oktyabr 2010 19:41
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}