Əziz İslam Peyğəmbəri (s) belə buyurub

 
Əziz İslam Peyğəmbəri (s) belə buyurub

Hz. Peyğəmbər (s) mübarək hədislərində buyurur:

"Ey camaat, həqiqətən məndən sonra heç bir peyğəmbər, sizdən sonra heç bir ümmət olmayacaq. Agah olun və öz Allahınıza ibadət edin, beş vaxtda namaz qılıb, Ramazan ayının orucunu tutun, Rəbbinizin beytinin həccinə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və öz vəliyyi-əmrlərinizə (imamlarınıza) itaət edin ki, Pərvərdigarınızın cənnətinə daxil olasınız".

“Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kövsər hovuzuna) gələ bilməz. (Yəni belə şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin (s) mərhəmət və lütfünə şamil olduqları yerə daxil olmaz və həzrətin ümmətindən sayılmaz)”

“Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi, heç vaxt başını səcdədən götürməzdi”.

"İnsanları Cənnətə daxil edən şeylərin ən mühümü Allah qarşısında təqvalı olub, gözəl əxlaqa malik olmaqdır".

"Öz tayfa və qəbiləndəki əməlisaleh, möhtərəm bir şəxs qarşısında həya etdiyin kimi, Allah qarşısında da həya et".

"Ümmətimin arasında Əhli-beytimin (ə) məsəli Nuhun (ə) gəmisinin məsəli kimidir. Hər kəs o gəmiyə minsə, nicat tapar və hər kəs ondan üz döndərsə, həlak olar".

"Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə (s) məhəbbətlə, onun Əhli-beytinə (ə) sevgi-istəklə və Quran oxumaqla"

"Hər kəs məlumatı olmadığı şeylərdə xalqa fikir söyləyib, fətva versə, dində edəcəyi xidmətdən daha çox zərbə vurmuş olar"

"Ya Əli, xoş o kəsin halına ki, Allah-taala ona nəzər sala və o da Allahdan başqa heç kəsin xəbərdar olmadığı günahları üçün ağlaya".

"Qiyamət günü nida edən mələk səslənər: Haradadır zülmkarlar və onların köməkçiləri, onlara (kağız) qələm hazırlayanlar, onların kisələrini möhkəm bağlayanlar və ya onların qələmlərinə mürəkkəb əldə edənlər? Bunların hamısını onlarla (zalımlarla) birlikdə həşrə gətirin".

"Heç bir şey dil qədər həbs olunmağa daha layiq deyildir" (çünki günahların əksəriyyəti dilin vasitəsi ilə baş verir: Qeybət, yalan, töhmət, məsxərə, dil yarası və sair).

"Kişinin öz xanımına dediyi "səni sevirəm" sözü, heç vaxt onun qəlbindən çıxmaz".

“Ən xeyirli sədəqə odur ki,bir müsəlman elm öyrənə və sonra onu öz müsəlman qardaşına öyrədə”.

“İki şəxs doymaq bilməz; elm təşnəsi və dünya (malı) hərisi”.

“Elm hər bir müsəlmana istər kişi olsun, istər qadın-vacibdir”.

“Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar”.

“Allahın ən çox sevdiyi ev yetimə hörmət edilən evdir”.

“Sədəqə, onu verənin qəbir odunu söndürər, mömin adam qiyamət günündə öz sədəqəsinin kölgəsinə sığınar”.

“Gülə-gülə günah işlədən adam ağlaya-ağlaya çəhənnəmə gedər”.

“Üç cür adam Allahın qəzəbinə gələr: tox ola-ola yeyən, gününü yatmaqla sovuran, mənasız yerə gülən”.

“Gözəl əxlaqa malik olan və yaxın adamlarına münasibətdə xoş rəftarı ilə seçilən iman sahibi möminlərin ən kamilidir”.

“Ədəbi olmayanın ağlı da olmaz”.

“Ağlın qüdrəti Allaha iman gətirəndən sonra xalqı sevməklə ölçülür”.

“Ancaq iki adama həsəd aparmaq olar: Birincisi Allah-taalanın verdiyi mal-dövləti haqq yolunda sərf edən adamdır. İkincisi, Allah-taalanın verdiyi hikməti başqalarına öyrədəndir”.

Əziz İslam Peyğəmbəri (s) belə buyurub


Geri dön

leylacan

  • 29 fevral 2012 22:41
  • Məqalə: 0
  • Şərh: 158
  • Bal:
TESEKKURLER

✰Dгeaм✰

  • 29 fevral 2012 20:57
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Tesekkurler.Bele xeber vermeyiniz yaxsi elametdir.

Mehri_94

  • 29 fevral 2012 18:15
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
Alllah razi olsun!

--------------------
R :love: M

...BARSA FANATI....

  • 29 fevral 2012 14:38
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
"İnsanları Cənnətə daxil edən şeylərin ən mühümü Allah qarşısında təqvalı olub, gözəl əxlaqa malik olmaqdır".

....twkr...

★Miss Love★

  • 29 fevral 2012 13:47
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox deуerli ve gozel sozlerdir,xebere gore sagol,ALLAH razi olsun

Shokoladka

  • 29 fevral 2012 13:38
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Allah razi olsun tesekkurler...

--------------------


ANGEL LOVE

  • 29 fevral 2012 13:31
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsun............

--------------------

PELIN_ATABAY

  • 29 fevral 2012 12:19
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
tewekkurler awkim deyerli habere gore

--------------------

nar_18

  • 29 fevral 2012 12:14
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
Allah razi olsun ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

kis masali

  • 29 fevral 2012 11:36
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
cox gozel sozlerdir allah razi olsun sizden

--------------------
<3

✿Victoria✿

  • 29 fevral 2012 11:11
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN COX GOZEL BUYURUB

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 49

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}