Həzrət Səlman dünyasını necə dəyişdi

 
Həzrət Səlman dünyasını necə dəyişdi

Həzrət Səlman Əmirəl-möminin (ə) tərəfindən Mədainin valisi təyin edilmişdi. Əsbəğ ibni Nəbatə nəql edir: “Mən Mədayində Səlman Farsinin yanında idim. Tez-tez onun görüşünə gedərdim. Bir gün getdim ki, Səlman çox xəstədir və bu xəstəliyi nəticəsində də dünyasını dəyişir. Get-gedə xəstəliyi şiddətlənirdi". Bir gün mənə dedi: "Ey Əsbəğ! Allahın Rəsulu (ə) mənə buyurmuşdu ki, ölümün yaxınlaşdığı zaman meyitlərdən biri səninlə danışacaqdır.

İstəyirəm biləm ki, ölümüm yaxınlaşıb, yoxsa yox". Əsbəğ deyir ki, hər nə lazımdırsa, edə bilərəm. Səlman deyir: "İndi gedib, mənim üçün bir tabut gətirirsən, ölünü aparan zaman tabutu xalça ilə döşəyirlər, sən də o cür edirsən. Sonra da məni dörd nəfərlə qəbiristanlığa aparırsan".

Əsbəğ tez yerindən qalxır və Səlmanın göstərişlərini yerinə yetirir. Səlmanın göstərişi ilə onu qəbiristanlığa aparır. Tabutu yerə qoyurlar. Sonra Səlman deyir: "Mənim üzümü qibləyə tərəf çevirin" və bu cür edirlər. Sonra o, yüksək səslə deyir: "Salam olsun sizə ey bəla vadisinin sakinləri! Salam olsun sizə ey dünyadan üz döndərənlər!" Cavab gəlmir. Səlman yenidən onlara salam verir və deyir: "Sizi Böyük Allaha və Kərim Peyğəmbərə (s) and verirəm ki, sizlərdən bir nəfər mənə cavab versin. Mən Səlman Farsi - Peyğəmbərin (s) səhabəsiyəm. O, mənə buyurmuşdu ki, ölümün yaxınlaşan zaman ölülər səninlə danışacaqdır. Bilmək istəyirəm ki, əcəlim yaxınlaşıb, yoxsa yox?" Ölülərdən biri onun salamına cavab verir və deyir: "Dediklərini eşidirik. Hər nə istəyirsənsə soruş?" Səlman soruşur ki, behişt əhlisən, yoxsa cəhənnəm? Həmin ölü cavab verir: O insanlardanam ki, Allah məni əfv etmişdir və behişt əhliyəm. Səlman ölümünün necəliyi və ölümündən sonrakı vəziyyəti haqqında sual verir və onların hər birinə cavab alır.

Bu söhbətdən sonra Səlmanın göstərişi ilə onu tabutdan çıxarırlar. Torpağın üzərinə qoyurlar. Bu zaman Səlman deyir: Ey hər bir şeyin xəzinəsi qüdrət əlində olan Varlıq! Hamının qayıtma yeri Onun yanındadır. Odur ki, bütün insanlara bəla və əzabdan nicat verir. Heç kəs Onun əzabına mane ola bilməz. Sənə iman gətirmişəm. Peyğəmbərinin (s) ardınca getmişəm. Müqəddəs Kitabını təsdiq etmişəm.
İndi verdiyin vədənin vaxtı tamam olmuşdur. Vədinə xilaf çıxmayan Varlıq, ruhumu al və rəhmətinə layiq bil. Fəzl və kəramət evinə apar". Sonra şəhadətləri dedi və canını tapşırdı”.

Peygember(s) buyurub: Hz.Salman ummetimde Isa(e) ibni Meryam kimidir.Hz.Salman Hz.Isa kimidir meqami.
Hz.Salman dunyadan kocende deyirdi: qorxuram elibosh gedim dunyadan....
Allah aqibetimizi xeyrli elesin Inshallah!!

Həzrət Səlman dünyasını necə dəyişdi


Geri dön

..::Only_Life::..

  • 29 fevral 2012 22:39
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
ALLAH RAZI OLSUN TESEKKURLER

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

B_A_H_A_R

  • 29 fevral 2012 21:14
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SIZDEN TESEKKUR

INSALLAH AMIN!

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}