ABŞ prezidentləri daha çox yaşayır

 
ABŞ prezidentləri daha çox yaşayır

Yaxın vaxtlara kimi prezidentlərin adi vətəndaşlardan iki dəfə sürətlə qocalması barədə fikir mövcud idi. Lakin ekspert-demoqraf təsdiqləyir ki, bu belə deyil.
Yaxın vaxtlara kimi prezidentlərin adi vətəndaşlardan iki dəfə sürətlə qocalması barədə fikir mövcud idi. Lakin ekspert-demoqraf təsdiqləyir ki, bu belə deyil. O izah edib ki, məsələn, ABŞ prezidentləri orta hesabla orta statistik amerikalılardan çox yaşayırlar. Foxnews.az-ın məlumatına görə, bu barədə "Discovery News" məlumat verir. "Journal of the American Medical Association"ın səhifələrində dərc olunan oxşar araşdırma İllinoys Universitetindən demoqraf Cey Olşanskiyə məxsusdur. Onun sözlərinə görə, Barak Obama jurnalistlərin bəyanatlarına baxmayaraq, öz yaşına görə kifayət qədər yaxşı görünür. "Bioloji baxımdan biz əslində insanın qocalma sürətini ölçə bilmirik. Hazırda sizin A nöqtəsindən B nöqtəsinədək müəyyən zaman kəsiyində nə qədər qocaldığınızı qiymətləndirən vahid test mövcud deyil. İnsanın həqiqətən nə qədər yaşayacağını da qabaqcadan söyləmək çətindir", - Olşanski qeyd edir. Prezidentlərin iki dəfə sürətlə qocaldıqları barədə iddiaya əsaslanan alim ABŞ prezidentlərinin öz yaşlarından və andiçmə mərasiminin nə vaxt keçirilməsindən asılı olaraq nə qədər çox yaşaya bildiklərini hesablayıb. Həmin məlumatlar dövlətin keçmiş liderlərinin real ömürlərinin uzunluğu ilə tutuşdurulub. Məlum olub ki, əgər iki gün bir günə bərabər olsaydı (onda dörd il səkkiz ilə çevrilərdi) onda prezidentlər iki dəfə sürətlə qocalardılar.Yeri gəlmişkən, təbii səbəblərdən ölən 34 ABŞ prezidentindən 23-ü ehtimal olunduğundan çox yaşayıb. Həm də andiçmə mərasimində onların orta yaşı 55 olub. Araşdırma nəticəsində ilk səkkiz prezidentin təxminən 80 ilə bərabər olan ömrünün orta uzunluğu və o zaman ölkədə kişilər üçün orta yaş göstəricisinin 40 il olduğu nəzərə alınaraq, prezidentlərin orta statistik vətəndaşlardan daha çox yaşadıqları məlum olub.


Geri dön

angelochik

  • 1 mart 2012 12:19
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
tewkkurler xebere gore

enigmatic_girl

  • 1 mart 2012 00:45
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmm maraqlidir...

--------------------

... Deryam ...

  • 29 fevral 2012 23:42
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Ehh nə dərdləri var ki, qocalalarda wink

--------------------

..::Only_Life::..

  • 29 fevral 2012 22:31
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
maraqli melumat ucun tesekkurler

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

nar_18

  • 29 fevral 2012 20:56
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkur xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

B_A_H_A_R

  • 29 fevral 2012 20:23
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
ALLAH DAHA DA UZUN OMR VERSIN

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

kis masali

  • 29 fevral 2012 20:22
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
tewekkurlerr

--------------------
<3

Mehri_94

  • 29 fevral 2012 20:18
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
tesekkurler

--------------------
R :love: M

YaKiWiKLi SeRSeRi

  • 29 fevral 2012 20:04
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
tesekkurler oxudum hamisini

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}