Sual-Cavab: Sual 4

 
Sual-Cavab: Sual 4

Sual 4:
Ölüm qorxusu olan yerdə “əmr be mə`ruf və nəhy əz münkər” vacibdirmi?

Cavab:
Biz dini hökmlərin şərtlərini mə`sum imamlardan (ə) öyrənməliyik. Hər bir əməlin şər`i cəhətdən vacibliyinin dəlili həmin əməlin imamlar tərəfindən yerinə yetirilməsidir.
Əmr be mə`ruf və nəhy əz münkərin faydası onun ehtimal olunan zərəri ilə tutuşdurulmalıdır. Əgər onun faydası daha mühüm olarsa, zərərinə dözmək lazımdır.
Adi əmr be mə`rufla dinin təhlükədən qorunması kimi ictimai əmr be mə`ruf arasında fərq var. Yezid hökuməti dövründə İslam ümmətinin kafir olması təhlükəsi vardı. İmam Hüseyn (ə) dini gözləyən təhlükəni gördüyündən, Mərvan ona Yezidə bey`ət etməyi təklif edəndə buyurdu: “…İslamla vidalaşmaq lazım gəlir. Çünki ümmət Yezid kimisinin çobanlığına mübtəla olmuşdur.” Bəli, harada Yezid varsa, İslam yox idi. Harada İslam var idisə, orada Yezid yox idi.
Belə bir vaxtda imam Hüseyn (ə) İslamın səngərini boş qoya bilməzdi. Çünki o İslamın yaşamasını özünün və ailəsinin həyatından üstün tuturdu. İmam (ə) bu yolda özünü və əzizlərini qurban verdi, bacıları və qızları əsir alındı.
Bəli, imamın (ə) qiyamı əsil əmr be mə`ruf və nəhy əz münkər, zülmlə mübarizə idi. Tarix belə bir mübarizəyə şahid olmamışdı. Öz ailəsi ilə zalım qoşunun əhatəsində qalmış imam Hüseyn (ə) vəzifəsinə əməl etməklə yanaşı öz izzətini də qorudu. Aşura günü həzrət elə bir şücaət göstərdi ki, şəhidlər arasında birinci pilləyə qalxdı.
Burada şəhid Mütəhhərinin bir bəyanına nəzər salmaq yerinə düşərdi:“Əmr be mə`ruf və nəhy əz münkərin vacibliyini nə qədər ki zərər yoxdur, hamı qəbul edir. Elə ki, qarşıya zərər çıxdı deyirlər ki, bu işin vacibliyi bura qədər idi. Yə`ni nə qədər ki, abır, can, hətta mal üçün qorxu yox idi, bu iş vacib idi. Bu adamlar uyğun vəzifənin dəyərini aşağı endirmişlər. Bə`ziləri isə bu vəzifəni daha dəyərli hesab edir və bildirirlər ki, zərər qorxusu sadə və kiçik məsələlərdə şərtdir. Əgər Qur`an üçün təhlükə yaransa, ədalət və islami birlik təhlükəyə düşsə, əmr be mə`ruf və nəhy əz münkər etmirəm” demək olmaz. “Bir söz desəm canım və abrım təhlükəyə düşər, cəmiyyət bəyənməz kimi sözlər məqbul deyil.”
Bəli, böyük əhəmiyyətli məsələlərdə əmr be mə`ruf üçün sərhəd yoxdur. Böyük təhlükələr gözlənilsə belə, bə`zən bu vəzifə vacib olur. Buna görə də imam Hüseynin (ə) bu vəzifənin məqamını ucaltdığını düşünürük. Həzrət (ə) yalnız canını və malını yox, əzizlərinin də həyatını qurban verdi, hətta ailəsinin əsirliyi ilə razılaşdı.
İmamın (ə) bu işindən sonra zərrəcə şübhə qalmır ki, mühüm məsələlərdə heç bir təhlükə əmr be mə`rufun qarşısını ala bilməz.


Geri dön

..::Only_Life::..

  • 29 fevral 2012 22:41
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
ALLAH razi olsun tesekkurler

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

enigmatic_girl

  • 29 fevral 2012 18:51
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Biz dini hökmlərin şərtlərini mə`sum imamlardan (ə) öyrənməliyik. Hər bir əməlin şər`i cəhətdən vacibliyinin dəlili həmin əməlin imamlar tərəfindən yerinə yetirilməsidir.

--------------------

Ku-ku

  • 29 fevral 2012 18:18
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

★Miss Love★

  • 29 fevral 2012 18:17
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli ve deуerli xebere gore sagol ALLAH razi olsun!

Mehri_94

  • 29 fevral 2012 18:08
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
ilk serh menden tesekkurler canim Allah razi olsun

--------------------
R :love: M
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 39

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}