"Eurovision 2012"nin bilet qiymətləri açıqlandı

 
"Eurovision 2012"nin bilet qiymətləri açıqlandı

May ayında Bakıda keçiriləcək Eurovision 2012 mahnı müsabiqəsinin biletləri satış qiymətləri açıqlanıb. Şounun biletləri fevralın 29-u saat 15.00-dan etibarən eurovision.tv saytında online sistemdə satışda olacaq. Fevralın 29-dan yalnız mayın 22-də keçiriləcək birinci yarımfinal və onun əsas məşqinin biletləri satışda olacaq.

İkinci yarımfinal və onun əsas məşqinin biletləri martın 5-dən, jüri finalının (əsas məşq) biletləri martın 12-dən, finalın biletləri isə martın 15-dən satışda olacaq.


Bildirilir ki, Eurovision 2012 şousunun təşkil olunacağı arena-“Bakı Kristal Zalı”nda məhz bu konsert üçün 20 minədək tamaşaçı yeri nəzərdə tutulur. Avropa Yayımları Birliyinin qaydalarına əsasən, biletlərin bir hissəsi iştirakçı ölkələrin nümayəndə heyətləri, şounun sponsorları, Avropa Yayımları Birliyinin nümayəndələri üşün nəzərdə tutulur. Bundan sonra biletlərin digər hissəsi satışa çıxarılır. Satışdakı biletlərin 1/3 hissəsi beynəlxalq, digər hissəsi isə yerli satışa çıxarılır. Satışdakı biletlər ölkələr arasında proporsional sayda bölünəcək. Alınan hər bilet həmin bilet sahibinin adına olacaq. Online satış sisteminə bilet əldə edəcək şəxsin adı və soyadı, şəxsiyyəti təsdiqləyən sənədin nömrəsi daxil olunacaq. Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala biləcək. Ödəmələr MasterCard, Visa, American Express ödəmə kartları ilə aparılacaq. Lakin əldə olunan hər bir bilet konkret adamın adına rəsmiləşdirməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər, onu digərinə verə bilməz. Bu zaman bilet alan şəxs barədə saxta məlumatların daxil olunması bileti etibarsız edəcək.

Online satış zamanı müştəri biletin əldə olunmasını təsdiq edən elektron məktub alacaq. Bilet sahibləri elektron ünvana daxil olmuş vauçeri konsert ərəfəsində Bakıdakı bilet satış köşklərinə verərək biletlərini əldə edəcəklər. Bu, saxtalaşdırmanın və qara bazar satışının qarşısını alacaq.

Qeyd edək ki, satışa 6 şounun biletləri çıxarılacaq. Bunlar mayın 22-də keçiriləcək birinci yarımfinal və birinci yarımfinalın sonuncu əsas məşqi, mayın 24-də keçiriləcək ikinci yarımfinal və onun əsas məşqi, mayın 26-dakı final və jüri finalın biletləri olacaq.

Eurovision Mahnı Müsabiqəsinin birinci və ikinci yarımfinalları, eləcə də finalın məşqlərinin konsertləri əsas konsertlə tamamilə eynidir. Bu konsert canlı efirdə yayımlanan əsas konsertdən bir gün əvvəl keçirilir.

Biletlərin qiymətləri 3 kateqoriya üzrə müəyyən edilib. Məşq konsertləri əsas şou ilə tamamilə eyni olsa da, biletlərin qiyməti aşağı olacaq.

May ayında keçiriləcək Eurovision Mahnı Müsabiqəsinin biletlərinin qiyməti yerindən asılı olaraq belədir:

Birinci yarımfinalın əsas məşqi 21 may saat 00.00 30 AZN-50 AZN

Birinci yarımfinal (canlı şou) 22 may saat 00.00 90 AZN-150 AZN

İkinci yarımfinalın əsas məşqi 23 may saat 00.00 30 AZN-50 AZN

İkinci yarımfinal (canlı şou) 24 may saat 00.00 90 AZN-150AZN

Jüri finalı 25 may saat 00.00 60 AZN-100 AZN

Final (canlı şou) 26 may saat 00.00 160 AZN-240 AZN


Geri dön

C.I

  • 1 mart 2012 19:49
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
Dj_Tural,
xe xe duzdu kefinde ol............

--------------------

gulnihal

  • 1 mart 2012 15:22
  • Məqalə: 0
  • Şərh: 196
  • Bal:
{awards}
evde oturub baxariq.

angelochik

  • 1 mart 2012 12:14
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
tewekkurler menide aparan olsaydi

enigmatic_girl

  • 1 mart 2012 03:58
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm cox baha deyilmis getmek olar tesekkurler

--------------------

i see you

  • 29 fevral 2012 22:46
  • Məqalə: 8
  • Şərh: 798
  • Bal:
{awards}
of ya hevesdan duwdum gedmek isteyirdim day gedmiyecem

--------------------

★Miss Love★

  • 29 fevral 2012 20:54
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
o qederde baha deуilmiw,amma men уenede rahaт oz evimde baxacam,xebere gore sagol

Dj_Tural

  • 29 fevral 2012 20:51
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
100-150 manat ona xercleyene qeder 100 - 120 manata hundai genecic goturerem prakat 1 gun kayf eliyerem seherde...yada 50 manata 07 goturerem 5mertebenin kruqun partdadaram final gunu...)))))sorada ans gelib ceker...)))))))

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

✰Dгeaм✰

  • 29 fevral 2012 20:45
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Vallah ona pul verceyime oturub evden baxaram.Zaten gedecem ne olcaq eeeeeeee?Eyni seyi televizorda da verirler.Xeber ucun tesekkurler.

B_A_H_A_R

  • 29 fevral 2012 20:19
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
tesekkur ama bele bos yere o qeder pul xerclemerem ele o qeder inkanim olsa kasiba komek ederem.

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

kis masali

  • 29 fevral 2012 20:16
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
xeberim var idi tewekkurler xeber ucun

--------------------
<3
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 48
Cəmi: 69

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}