Qəlbin Bəzi Xüsusiyyətləri

 
Qəlbin Bəzi Xüsusiyyətləri

Qəlbin Bəzi Xüsusiyyətləri
Allahı yad etmək və Allah zikri Qur`anın şərif ayələrində, imamların kəlamlarında xüsusi tə`kid və diqqətlə qeyd olunmuşdur. Allah zikri insanın müvəqqəti və məhdud həyatına sonsuz dəyər verən və insanın qəlbini həqiqətlərin qəbulu üçün işıqlandıran bir zinət kimi göstərilmişdir.
Pak və sağlam qəlbin xüsusiyyətlərindən biri də onun həqiqətləri tam göstərə bilən bir güzgüyə bənzəməsidir. İnsanın qəlbi öz fitri və təbii halında qalaraq, günah və dünyaya şiddətli bağlılıq nəticəsində pas bağlamazsa, həqiqətləri özündə əks etdirər. Lakin qəlb öz fitri halından xaric olduqda həqiqətləri lazımınca dərk edə bilməz. Allah zikri belə qəlblərə zinət verir. Həzrət Əli (ə) buyurur:
“Həqiqətən, sübhan Allah öz zikrini qəlblər üçün nur (cəla) qərar vermişdir. Bunun sayəsində karlığın yerini eşitmə, korluğun yerini iti baxış tutur.” (“Nəhcül-Bəlağə”, sübhi saleh, 222-ci xütbə) Bir şey paslandıqda onun pasının təmizlənib parıldadılması “cəla” adlanır. Məsələn, rütubətdə qalıb pas basmış dəmir parçası cəlalandıqda (cilalandıqda) parıltı verir. İnsan qəlbi də müəyyən səbəblərdən pas atır. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, qəlblər də dəmir kimi paslanır. Qur`an qiraəti və ölümü yada salmaq onlar üçün cəladır.” (“Mustədrəkul-vəsail”, 2-ci cild, səh.104, 1548-ci rəvayət)
Yuxarıdakı ifadələrdə həzrət Əli (ə) buyurur: Qəlbin gözü, qulağı var və bə`zi səbəblərdən kor və ya kar olur, həqiqətləri düzgün anlamır. Qəlb güzgüsü çirklənir və həqiqətləri əks etdirmir. Həzrət bu şeylərin əlacını Allahı zikr etməkdə görür və buyurur: “Zikr nəticəsində qəlb gözü işıqlı və qəlb qulağı eşidən olur. Bu zaman qəlb əvvəllər dərk etməkdə aciz olduğu həqiqətləri qavrayır”. Bunun ardında həzrət buyurur: “Və yətənəssimunə biduaihi rəvhət-təcavuzi”.
Sanki qəlbin qoxubilmə qabiliyyəti vardır. Bu hissiyyat həmin səbəblər nəticəsində bağlanır və ilahi zikr onu yenidən gücləndirir. Buna görə də buyurur: “Allahı zikr edən kəslər ilahi rəhmət nəsimini qoxulayırlar”.
Mə`lum olur ki, qəlbimizin gözü və hissləri naqisdir. İlahi övliyaların dərk etdiyi bir çox şeyləri bizim qəlbimiz hiss etmir. Əgər azacıq hissiyyatı olsaydı, günah yükünün ağırlığını hiss edərdi.
Allahın övliyaları bir günahın nə qədər ağır və necə də pis aqibətlə tamamlandığını bilirlər. Buna görə də həddindən artıq tabdan düşüb lərzəyə gəlirlər.
Günah çoxalan zaman (bir iki olur, iki üç, bu qayda ilə minə çatır) insan qəfildən çiynində dağ olduğunu hiss edib ixtiyarsız olaraq fəryad çəkir. Çünki bunun üçün onda dözüm yoxdur. Əgər ucadan fəryad çəkmiriksə, demək, günah yükünün ağırlığını anlamırıq. Qəlbimizin hissləri işdən düşmüş, korlaşmışdır. Qəlbimizin iy bilmə duyğusu günahın üfunətli iyini hiss etmir. Biz murdarları yeyir, iyini belə hiss etmirik.
“Məgər öz ölmüş qardaşının ətini yemək istəyən bir kəs varmı?” (“Hucurat” surəsi, ayə 12) Biz qeybət etdikdə nəinki üfunət hiss etmir, hətta ləzzət alırıq. Mə`lum olur ki, bizim qəlbimizin iybilmə duyğusu zəifdir. Həzrət Əli (ə) buyurur: “Allah düşüncəsini özlərinə məşğuliyyət etmiş şəxslər ilahi rəhmət nəsimini qoxulayırlar. İlahi rəhmət nəsiminin xoş qoxusu var. Lakin biz onu dərk etmirik və onunla tanışlığımız yoxdur. Çünki qəlbimizin iybilmə duyğusu zəifləmişdir.
Şübhəsiz, Allahı zikr etmək dedikdə dil zikri nəzərdə tutulmur. Qəlb iştirakı olmadan dil ilə sözlər tələffüz etmək hər bir münafiq və kafirin əlindən gələr. Demək, həqiqi zikr üçün me`yar və mehvər dil yox, qəlbdir. Həqiqi zikr qəlbə nüfuz edib onu işıqlandırır.
Əlbəttə, zikr əslində qəlbə aid düşüncə və diqqət olsa da, dil zikri də faydasız, tə`sirsiz deyil. Dillə olan zikr bir çox faydasız və boş sözlərdən üstündür. Hidayət imamları həmişə (səhabələrlə söhbət edib, onların suallarına cavab verməyə məşğul olmayan vaxtlar) dillə zikr edirdilər. İmam Sadiq (ə) buyurur: “Atam imam Baqirin (ə) dili damağına yapışmışdı.” (Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar”, 46-cı cild, səh.297, 29-cu rəvayət) Yə`ni həmişə “la ilahə illəllah” zikrini deyirdi.
Qəlb dərya kimidir. Zikr onda tə`sir qoyur. Bə`zən zikr kiçik bir daş kimi dəryaya düşməklə səthi dalğa yaradır və tez bir zamanda ötüb keçir. Bu bizim etdiyimiz bir çox zikr və ibadətlərə bənzəyir. İbadət və zikrlərimiz səthi dalğa kimidir və qəlbimizin dərinliyində yer tapmamışdır. Dilimizdə uyğun sözləri deyirik, lakin fikrimiz başqa yerdə olur. O zaman özümüzə gəlirik ki, ibadətimiz başa çatıb. Lakin bə`zən zikr ağır tufan kimi qəlbi alt-üst edir və əbədi tə`sir qoyur. Demək, qəlbin xüsusiyyətlərindən biri də budur ki, pak və sağlam olduqda həqiqətləri düzgün dərk edə bilir.
İnsan qəlbinin digər bir xüsusiyyəti onun hər şey üçün keçid ola bilməsidir. İnsan qəlb cilovunu boşladıqda o hər an kiminsə və ya nəyinsə ixtiyarına keçir. Qəlb elə bir məkr bazarına çevrilər ki, insan özü bundan xəbərsiz qalar. İnsanın bir neçə dəqiqə öz-özlüyündə düşünməsi və qəlbindən keçənləri yadda saxlaması kifayətdir. Bu zaman qəlbində, xəbərsiz qaldığı böyük bir qırğın getdiyini anlayacaqdır! Bə`zən neçə dəqiqəlik bir ibadətdə (məsələn, iki rəkətlik namazda) insanı cürbə cür fikirlər məşğul edir. Bu fikirlər onu o tərəfə-bu tərəfə çəkir. İnsan özü bundan xəbərdar olduqda heyrətlənir. Bu iş yalnız ayıqlıqda yox, insanın yuxusunda da özünü göstərir.


Geri dön

..::Only_Life::..

  • 29 fevral 2012 22:48
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
tesekkurler ALLAH razi olsun INSALLAH

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

enigmatic_girl

  • 29 fevral 2012 18:46
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmm maraqli xeber idi..tesekkurler...Allah razi olsun...

--------------------

Ku-ku

  • 29 fevral 2012 18:10
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

-KoR-ReSSaM-

  • 29 fevral 2012 17:55
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
{awards}
twkkkkkkkkkkkk.. gozel xebere gore... QUL HUVELLAHU EHED..

--------------------
sevgi :/

Mehri_94

  • 29 fevral 2012 17:40
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
tesekkurler

--------------------
R :love: M

Shokoladka

  • 29 fevral 2012 17:23
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Tesekkurlerrrrr...

--------------------


vostochnaya

  • 29 fevral 2012 17:15
  • Məqalə: 0
  • Şərh: 125
  • Bal:
{awards}
cox we oyrendim bu xeberden tewekkur edirem

--------------------
__I__LOVE__LIVE__

...BARSA FANATI....

  • 29 fevral 2012 17:05
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ilk serh menden...xeber superdir...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 61
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}