Zəngilan rayonunun işğalından 17 il ötür

 
Zəngilan rayonunun işğalından 17 il ötür


Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən
işğalından 17 il ötür. Zəngilan Azərbaycanın sonuncu işğal edilən rayonudur.
Ermənilərin irimiqyaslı hücuma hazırlaşması barədə əhalinin əvvəlcədən məlumatlandırılması rayonda ikinci Xocalı faciəsinin baş verməsinin qarşısını alıb. Mülki əhali İran ərazisinə keçərək erməni soyqırımının qurbanına çevrilmək təhlükəsindən qurtarıblar. Rayonun erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb. Hazırda Zəngilanın 33 min nəfərlik əhalisi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Sahəsi 707 kvadrat kilometr, əhalisi 33 min nəfər olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu işğal zamanı məhv edilib. Hazırda Zəngilanda ermənilər tərəfindən ekoloji terror siyasəti yürüdülür, bölgənin zəngin çinar meşələri məhvedilir, təbii ehtiyatları mənimsənilir.
Zəngilan rayonunun ərazisi
Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir.
Ərazisi - 707 km2
Zəngilan rayonu şimaldan QubadlıCəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.
Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır.
Rayonun ərazisi mürəkkəb səth qurluşuna malikdir. Ərazi çay dərələri ilə parçalanaraq dərin dərələr əmələ gətirir.
Rayon ərazisində əsasən Mezozoy gili sistlər, Yura təbaşir yaşlı əhəng və qumdaşları bir çox yerlərdə çökmə və vulkan mənşəli suxurlar yayılmışdır. Dağlıq ərazilərdə yayılmış Yura və Təbaşir dövrü süxurları 150-200 min il əvvələ aiddir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüüksəklikdə) vardır ki, bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Burada zəngin qızıl yataqları (Vəjnəli) vardır. Şükürataz yüksəkliyindən başlanan başqa bir sıra Sobu-Top -Dəlləkli kəndləri istiqamətində Araza doğru enir.
Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi, cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü suxurlardan ibarətdir. Oxçu çayının hər iki sahilində Karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Geyən çölünü əmələ gətirir.
Rayonun ərazisində dağlıq hissələrdə sıx meşələr yayılmışdır. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enərək subalp və alp çəmənliklərinə keçir. Rayonun ərazisi müalicə əhəmiyyətli bitgilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar vardır.
Rayonun təbii şəraiti, mürəkkəb relyefi onun özünə məxsus iqlimini yaratmışdır. Ərazidə Araz boyu yerlərdə qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi, bir qədər yüksək hissələrdə isə quraq keçən mülayim isti iqlim vardır və sürətli dağ çayları olan Həkəri, Oxçu, Bəsit və Araz keçir və mənbəyi dağ silsilələrdən başlayan çayların mənsəbi Araz çayıdır
Rayonun ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır.Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil olur.
XIX əsrin əvvələrində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə YElizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır: Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.
1925-ci il sənədlərində Zəngilan, Cəbrayıl qəzası tərkibində göstərilir və xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli kəndləri qeyd olunur.
Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur


Zəngilan rayonunun işğalından 17 il ötür


Zəngilan rayonunun yaşayış məntəqələri üzrə əhalinin sayı və əhalinin milli tərkibi haqqında məlumat
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 1989-cu il əhalinin siyahıya alınması məlumatları əsasında
Zəngilan rayonu üzrə əhalinin milli tərkibi haqqında məlumat
Millətlər - Əhalinin sayı, nəfər
Cəmi əhali - 31330
Zəngilan rayonunun tarixi
Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə idi.
XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.
1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli qeyd olunur.
1929-cu ildə ZSFSR-nin qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı..
Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur.
1967-ci ildə Zəngilana şəhər statusu verildi.


Zəngi boyu


Azərbaycandakı çoxsaylı türk boylarından biri də qədim çağlarda adı sanqi şəklində yazılan zəngilərdir. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər. Böyük qazax mütəfəkkiri Çokan Valixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir. Buradan da görünür ki, zəngi sözü müqəddəs anlamlı ifadədir.
Səlcuqlu əmirlərdən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitdi. Lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də hakimiyətdə idi. Bu isə onu göstərir ki, Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyu əhali arasında geniş dayağı olan tirələrdən imiş.
Bizcə, Zəncan şəhərinin adı da sanqi//zəngi boyu ilə bağlıdır. Azərbaycan bölgələrindən 1403-də keçən Klavixo elçi heyətinin Miyanə yolunda dincəldiyi Sanqa şəhəri haqqında yazır: «Bu şəhər tamamilə boş idi, lakin deyirlər ki, bu əvvəllər Persiyanın ən iri şəhəri imiş» .
İrəvan mahalı birbaşa Asur hücumlarına məruz qalmadığı üçün yalnız bu mahalın güney periferiyaları barədə Asur mənbələrində məlumat vardır. Arazdan aşağı, Urmu gölünün quzey sahilləri Asur qaynaqlarında Sanqibut ölkəsi adlanır. Qədim türk dilində but//bud «tayfa», «boy» anlamında işlənən sözdür və «xalq» anlamlı budun sözü də bu kökdən yaranmışdır. Ona görə də, Sanqibut adı «sanqi boyu» mənasını verir. Həmin bölgədə, Maku şəhərinin güneyində axan indiki Zəngi-mar çayının adı məhz qədim sanqi//zəngi boylarının nişanəsidir. İrəvanla Makunun arası isə 2-3 saatlıq yoldur, yəni hər iki Zəngi çayı ətrafında yaşayan zəngi adlı qədim türk boyları bir-birindən o qədər də uzaq deyildi, buradan güneydə olan Zəngi də yaxında idi.
Asur qaynaqları Urmu gölündən aşağıda da zəngilərin yaşadığından xəbər verir. Buradakı Zəngi ölkəsinin adına Bit-Sanqi və Bit-Sanqibut şəklində rast gəlirik ki, bu da həmin adın asur dilindəki ev, yurd anlamında işlənən "bit" sözü ilə verilməsi, yəni asurca "sanqi (boyunun) yurdu" anlamında işlənməsidir. Bu bölgədən m.ö. VIII əsrdə asurların Siriyaya deportasiya etdikləri boylar içində sanqilli (zəngili) tayfa adı da 738-ci ilə aid Tiqlatpalasar annalında qeyd olunmuşdur.
Miladdan öncə Azərbaycanın batı bölgələrində qaşqay, qamər, qızıl, polad, ərmən, ağ hun, kuman, kedar, gögər, qorus, dəli, qapan, azər və şad boylarının xeyli izi vardır. Bu boylar haqqında ayrı-ayrı yazılarımızda məlumat vermişik, ona görə də, zəngi boyları ilə yanaşı, yuxarıda adı çəkilən boyları da nəzərə alsaq, bu elmi qənaətə gəlmiş olarıq ki, azər xalqının formalaşmasında mühüm rol oynayan İrəvan mahalı 1920-ci ilə qədər beş min il fasiləsiz Azər-Türk boylarının ölkəsi olmuşdur.

Zəngilan rayonunun işğalından 17 il ötür

Zəngilan rayonunun işğalından 17 il ötür


Zəngilan rayonunun təhsili
İşğaldan öncə
Zəngilan rayonunda ümumtəhsil məktəblərinin sayı 66 olmuşdur
O cümlədən:
39 orta məktəb
15 əsas (8 illik) məktəb
12 ibtidai məktəb
Şagirdlərin sayı – 5 836
Müəllimlərin sayı – 1 115
İşğaldan sonra
2008-2009 tədris ili üçün ümümtəhsil məktəblərinin sayı – 37
O cümlədən:
34 orta məktəb
2 əsas məktəb
1 ibtidai məktəb
Şagirdlərin sayı – 3 960
Müəllimlərin sayı – 821
2008-2009-cu tədris ilində 2 şagird prezident təqaüdçüsüdür.
1993-cü ildən sonra 3 müəllim “Əməkdar müəllim” adına layiq görülüb.
2 müəllim “Tərəqqi” medalı, 2 müəllim isə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunublar.
Zəngilan rayonu kənd və qəsəbələri
Rayon: Zəngilan
Şəhər: Zəngilan
Qəsəbələr: Ağbənd, Ağ Oyuq, Bartaz, Həkəri, Mincivan

Kəndlər: Ağakişilər, Ağbiz , Ağkənd, Aladin, Aşağı Gəyəli, Aşağı Yeməzli, Babaylı, Baharlı, Bartaz, Beşdəli, Birinci Ağalı, Birinci Alıbəyli, Birinci Muğanlı, Böyük Gilətağ, Bürünlu, Cahangirbəyli, Canbar, Çöpədərə, Dəlləkli, Dərə Gilətağ, Dərəli, Əmirxanlı, Genlik, Günqışlaq, Hacallı, Havalı, İçəri Müşlan, İkinci Ağalı, İkinci Alıbəyli, İkinci Muğanlı, İsgəndərbəyli, Keçikli, Kolluqışlaq, Malatkeşin, Məlikli, Məmmədbəyli, Məşədi İsmayıllı, Mirzə Həsənli, Nəcəflər, Ördəkli, Orta Yeməzli, Otuzikinci, Qarababa, Qaradərə, Qaragöl, Qaragöz, Qarqulu, Qazançı, Qıraq Müşlan, Quyudərə Xəştab, Pirveys, Rabənd, Rəzdərə, Sarallı Xəştab, Sarıqışlaq, Sarıl, Seyidlər, Sobu, Şamlı, Şatariz, Şayıflı, Şəfibəyli, Şərifan, Tatar, Tiri, Turabad, Üçüncü Ağalı, Üdgün, Vejnəli, Vəliqulubəyli, Vənətli, Xumarlı, Xurama, Yenikənd, Yuxarı Gəyəli, Yuxarı Yeməzli, Yusiflər, Zəngilan, Zərnəli.

İndi doğma yurd-yuvalarından didərgin düşmüş zəngilanlılar ölkəmizin müxtəlif rayonlarında yaşayırlar. Digər məcburi köçkünlər kimi zəngilanlılar da dövlət qayğısı ilə əhatə olunublar, onların həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər görülmüşdür. Lakin bu diqqət zəngilanlılara doğma ocağa qayıtmaq arzusunu unutdurmamış, öz dədə-baba yurdlarına qayıtmaq ümidlərini daha da artırmışdır. Onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilana qayıdacaqları günə inanırlar.
P.S.S - QAN YADDAŞIMIZ yaddan çıxmasın


Geri dön

mirkamal97

  • 11 avqust 2011 06:27
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
TEWEKKURLER

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

::..ONSLAUGHT::..

  • 1 mart 2011 18:23
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
lenetlenmis ler Bir gun qayidacaq torpaqimiz

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Yusif

  • 3 noyabr 2010 17:29
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
lenetlenmis ler Bir gun qayidacaq torpaqimiz

Ulya

  • 1 noyabr 2010 19:33
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk

saxi

  • 29 oktyabr 2010 18:14
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
Salamlar bu xeberiniz sozun heqiqi menasinda chox deyerli ve vacib xeberdi mene ele gelir ki azerbaycanli her kes ishgal olunmush rayonlarimizin ishali gununu beyninden bir an olsun cixarmamalidir etrafli melumata gore chox sag olun

sevgi yalandir

  • 29 oktyabr 2010 17:08
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
bunu hec kim unutmamalidi tewekkurler recourse

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Kisa_Kiss

  • 29 oktyabr 2010 15:31
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
recourse recourse recourse

--------------------

Afran007

  • 29 oktyabr 2010 02:15
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
FUCK armenia

Grace_Angel

  • 28 oktyabr 2010 22:51
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler...xeber gore...Bunu hec birimiz UNUTMAMALIYIQ!!!

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}