Hikmətli damlalar...

 
Hikmətli damlalar...


Təkəbbür, səmimiyyət, sevgi...

Bir çəlləyin içinə bir qarışqa düşür...
Bir insan gəlir bu çəlləyin yanına. Qarışqnı görür; "Nə işin var sənin burda", - deyir və qarışqanı öldürür...

İkinci insan gəlir çəlləyin yanına. Qarışqanı görür; "Onsuzda heç kimə bir zərərin yoxdur, istədiyin qədər burda yaşa", - deyir...
Üçüncü bir insan gəlir çəlləyi yanına, qarışqanı görür və yesin deyə çəlləyin içinə bir çimdik şəkər tozu tökür...
Görəsən bu üç insan kimdir?
Birincinin adı "Təkəbbür"dür...
İkincini "Səmimiyyət" deyə çağırırlar...
Üçüncünün adı isə "Sevgi"dir.
..
SEVGİSİZ OLAYIN!!!



Həqiqi yoxsulluq...

Bir gün bir varlı ata, oğlunu kəndə apardı. Məqsədi insanların nə qədər yoxsul yaşadıqlarının oğluna göstərmək idi. Kənddə cəmi bir gün qaldılar. Çox yoxsul bir ailənin qonağı oldular. Qayıdanda ata oğlundan soruşdu:
-Yəqin ki, insanların nə qədər yoxsul olduqlarını gördün?
-Gördüm ata!..
-Elə isə nə öyrəndin?
lu cavab verdi:
-Öyrəndim ki, bizim evdə bir itimiz var, onların isə dörd. Bizim həyətin ortasına qədər uzanan bir hovuzumuz var, onların isə ucu-bucağı görünməyən çayları. Bizim həyətimizdə adi lampalar var, onların isə par-par parıldayan ulduzları. Biz qalamızdan uzağı görə bilmirik, olar isə göz işlədikcə uzanan üfüqü görürlər...
Oğlu sözünü bitirəndə ata deməyə bir şey tapmadı.
Sonra oğlu əlavə etdi:
-Çox sağ ol, ata! Nə qədər yoxsul olduğumuzu göstərdiyin üçün!..



Dördüncü uşaq...

12 il idi ki, evli idilər. Bir-birindən gözəl üç uşaqları var idi. Ancaq birdən-birə ayrılmağa qərar verdilər. Üstəlik, uşaqlarındanda keçmək istəmirdilər. Hakim ikisində də ayrı-ayrılıqda qulaq asdı. Və sonra peyğəmbər qərarını xatırladan bir qərar verdiş
-Görürəm ki, ikiniz də uşaqlarınızı çox sevirsiniz. Ancaq 3 uşağınız olduğu üçün onları sizin aranızda bölə bilmirəm. Ən yaxşısı, siz evə qayıdın, bir uşağınızda olsun, sonra işinizə baxarm...
Bir il sonra isə gənc ailənin dördüncü uşaqları da olmuş və artıq məhkəməyə də ehtiyac qalmamışdı...


Geri dön

Ulya

  • 1 noyabr 2010 15:57
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}