Azərbaycan və Ermənistan birgə film çəkib

 
Azərbaycan və Ermənistan birgə film çəkib


Azərbaycan və Ermənistan birgə film istehsal edib. Film Avropa Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa əməkdaşlığı” layihəsi əsasında istehsal olunub.

Layihə Böyük Britaniyanın Barışıq təşkilatı tərəfindən maliyyələşdirilib. Azərbaycan və Ermənistanda istehsal olunan “Kamança-namə” filminin əsas qəhrəmanları Azərbaycan tərəfindən xalq artisti Habil Əliyev, Ermənistandan tərəfindən tanınmış kaman ifaçısıdır. Filmdə hər iki ölkənin kaman ifaçısı öz məharətlərini göstərir və kamançanın tarixi haqqında məlumat verirlər. Filmin Azərbaycan tərəfindən rejissoru Toğrul Cuvarlı, müəllifi Vüqar Səfərli, Ermənistan tərəfindən isə Levon Kalantardır.

Tədbirdə çıxış edən filmlərin Azərbaycanda nümayişini həyata keçirən Humanitar Tədqiqatlar Cəmiyyətinin əməkdaşı Kərim Kərimli bildirib ki, bu layihə çərçivəsində filmin nümayişinə Gəncə şəhərindən başlanıb. Onun sözlərinə görə, Azərbaycan tərəfindən filmlərin istehsalını “İnternews” həyata keçirir: “Bizim məqsədimiz və fəaliyyətimiz Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə istiqamətlənib. Bu məsələnin həlli yolunda hərə öz bacardığı qədər iş görür, biz də bunu bacarırıq. Bu layihə çərçivəsində eyni zamanda Azərbaycan və Ermənistanın ayrı-ayrılıqda filmləri çəkilir. Birgə filmlərin çəkilişlərini isə Ermənistan tərəfi Ermənistanda, Azərbaycan tərəfi Azərbaycanda həyata keçirir”.

K.Kərimli qeyd edib ki, hələ ki nümayiş olunmayan “Mənim dostum, mənim düşmənim” Azərbaycan və Ermənistanın birgə filminin də çəkilişləri hər iki ölkə də baş tutub. Layihə çərçivəsində ümumilikdə 17 film istehsal olunub ki, bu filmlərin nümayişi Azərbaycanla yanaşı, Ermənistan və Dağlıq Qarabağda da təşkil olunur.

“İnternews”un əməkdaşı Nailə Babayeva qeyd edib ki, filmlərin çəkilişindən sonra nəticəyə baxılır və ümumi razılıq əsasında xoşagəlməyən məqamlar və faktlar montaj olunur. Layihənin davamında da bir neçə birgə filmin istehsalı planlaşdırılır.

Humanitar Tədqiqatlar Cəmiyyətini nümayiş zamanı tamaşaçıların diqqətinə azərbaycanlı və erməni gənc rejissorların birgə çəkdikləri “Kamança-namə” filmi, eləcə də Dağlıq Qarabağ müharibəsi zamanı hər iki gözünü itirmiş, hazırda Azərbaycan Dillər Universitetində çalışan ingilis dili müəllimi və Dağlıq Qarabağda yaşayan keçmiş döyüşçünün həyatından bəhs edən filmlər təqdim olunub. Filmlərin nümayişindən sonra isə müzakirələr təşkil olunub.


Geri dön

mirkamal97

  • 11 avqust 2011 06:28
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
TEWEKKURLER

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

nilayka

  • 7 may 2011 22:07
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tesekkurler

--------------------

only-girl

  • 2 aprel 2011 23:51
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
tesekkurler

--------------------

::..ONSLAUGHT::..

  • 1 mart 2011 18:24
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurleer

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 1 noyabr 2010 19:06
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk

sevgi yalandir

  • 29 oktyabr 2010 20:34
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurleer

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Kisa_Kiss

  • 29 oktyabr 2010 15:35
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
no no

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}