Nyu-York sakini Ceymz Vayld 71 yaşında karate üzrə 4-cü “DAN” qara kəməri qazanıb. 20 ilə yaxın bu əlbəyaxa idman növü ilə məşğul olan “amerikalı baba” karateyə gəlişinin tarixini bölüşüb. Ceymz 7 yaşlı əlil uşağın karate ustası adına layiq görüldüyü haqqında xəbərdən ilhamlanaraq bu idman sənətinə gəldiyini bildirib. 4-cü “DAN” sahibi bu idmanla məşğul olduğu illər ərzində ürək tutması ilə üzləşdiyini, hətta ürək cərrahiyyəsindən sonra belə, həkimlərin təkidlərinə baxmayaraq, Karatedən vaz keçmədiyini bildirib. Həyat yoldaşı Virciniya da idmançı həyat yoldaşına bu illər ərzində dayaq olub.
“O həqiqətən bu idman növünü sevir. Həmişə deyir ki, tatamidə ölsəm çox xoşbəxt olaram”, deyə Vircinya bildirib. Karateçi baba hələ də iddialarından əl çəkmək istəmir, 71 yaşlı Ceymz özünü 5-ci “DAN” qara kəmərə hazırlayır.