Peyğəmbərin (s) Qədir-xum günündə söylədiyi xütbədən

 
Peyğəmbərin (s) Qədir-xum günündə söylədiyi xütbədən

Peyğəmbərin (s) Qədir-xum günündə söylədiyi xütbədən

Qədir-xum günü həzrət Peyğəmbərin (s) göstərişinə əsasən onun üçün hazırlanmış minbərə qalxıb xütbə oxudu. Xütbə əsnasında əlli dəfədən artıq camaata xitab edib vilayət, Həzrət Əlinin (ə) canişinliyi, xilafətə təyin olunması barədə onlara göstərişlər verdi və bu məsələlərdə çoxlu təkid edib bu məsələni onlara tamam-kamal çatdırdı. İndi biz o həzrətin (s) misilsiz və qiymətli sözlərindən bəzilərini sizə təqdim edirik:

Ey camaat! Allah onu (Əlini (ə)) sizə rəhbər təyin edib. Ona itaət etmək ənsar, mühacir və tabeindən olan saleh əməl sahiblərinə, şəhərli və kəndli, ərəb və əcəm, azad və qul, kiçik və böyük, ağ və qara dərili və yeganə Allaha sitayiş edən hər kəsə vacibdir. Onun hikməti rəvan, danışığı haqq, fərmanı itaət olunmalıdır. Onunla müxalifət edən məlundur. Ona itaət edən Allahın rəhmətinə qovuşar.

Ey camaat! Bura mənim dayanacağım axırıncı yerdir. Eşidin və itaət edin. Öz Pərvərdigarınızın fərmanı qarşısında baş əyin. Allah sizin yeganə məbudunuz və yeganə rəbbinizdir. Ondan sonra itaət olunmalı kəs onun elçisi Məhəmməddir (s). Məndən sonra itaət olunmalı şəxs isə Əlidir. O sizin vəliniz, rəhbəriniz və imamınızdır. İmamət nəsli Qiyamətə qədər mənim nəslimdən və onun övladlarındandır. Allahın halal etdiklərindən başqa halal və Onun haram etdiklərindən başqa haram yoxdur.

Ey camaat! Allah bütün elmləri mənə öyrətmiş, mən də Allahın mənə öyrətdiyi bütün elmləri Əliyə öyrətmişəm.

Ey camaat! Əli (ə) barədə yolunuzu azmayın, ondan uzaq düşməyin və dediklərindən üz döndərib ona qarşı itaət
sizlik göstərməyin.

Ey camaat! Allahın onu üstün tutduğu kimi siz də üstün tutun və onu tanıyıb qəbul edin. Çünki onu Allah seçib təyin edib.

Ey camaat! Bilin ki, o, Allah tərəfindən təyin olunmuş bir imamdır. Buna görə də Allah onun vilayətini inkar edənləri bağışlamaz və heç vaxt onların bu günahlarından keçməz!

Ey camaat! Allah bu fəzilət və üstünlüyü mənə əta edib və bunun vasitəsi ilə mənə minnət qoyub və mənə ehsan edib.

Ey camaat! Əlini yüksək tutun və ona ikram edin. O məndən sonra bütün insanlardan – istər kişi olsun, istərsə də qadın - üstündür. Allah bizim vücudumuzun bərəkətinə görə məxluqatına ruzi verir və onları saxlayıb yaşadır.

Ey camaat! Bilin ki, o, "Cənbillah”dır. (yəni, onun vilayətini qəbul etmək, Allaha itaət və bəndəlikdir). Allah-təala Öz nazil etdiyi kitabda buyurur:
”Cənbillah” barəsində etdiyim səhlənkarlıqlara görə vay halıma!

Ey camaat! Quran üzərində dərindən düşünün, onun ayələrini dərk edin, onda olan möhkəm ayələrə nəzər salın və mütəşabih ayələrin ardınca getməyin. And olsun Allaha! Mənim əlindən tutduğum kəsdən başqa (yəni, Əlidən (ə) başqa) kimsə sizə Allahın nəhy etdiklərini bəyan etməz və həmin ayələrin düzgün izahını verə bilməz.

Ey camaat! Əli (ə) və nəslimdən olan pak imamlar "siqli-əsğər” (yəni, çox böyük dəyərə malik olan kiçik əmanət) və Quran isə "siqli-əkbər”dir (yəni, çox böyük dəyərə malik olan böyük əmanət). Bunların hər biri digərindən xəbər verir. Bunların heç biri Behiştdəki Kövsər Hovuzunun yanında mənə qovuşanadək digərindən ayrılmaz.

Ey camaat! Əli (ə) mənim qardaşım, vəsim, elmimin varisi, məndən sonra ümmətim arasında və Allahın kitabının təfsirində mənim canişinimdir. Allahın fərmanına əsasən deyirəm: "İlahi, onunla dost olanla dost, düşmən olanla da düşmən ol!”

Ey camaat! Bilin ki, Allah sizin dininizi Əlinin (ə) imaməti ilə kamil etdi. Kim ona və onun mənim nəslimdən olan övladlarına iqtida etməsə və onları öz imamı kimi qəbul etməsə, o həmin kəslərdən olacaq ki, onların əməlləri batil və özləri də etibardan düşmüş kəslərdir.

Ey camaat! Əli (ə) mənə sizin hamınızdan artıq kömək edib və mənim üçün sizin hamınızdan daha yaxın və daha layiqlidir. Mütəal Allah da, mən də ondan çox razıyıq.

Ey camaat! O, Allah dininin yavəri, Allah rəsulunun müdafiəsindən ötrü döyüşçüdür. O, pak təqvalı və hidayət olmuş hidayətçidir. Sizin peyğəmbəriniz (s) peyğəmbərlərin ən üstünü, Əli (ə) vəsilərin ən üstünü, onun mənim nəslimdən olan övladları da canişinlərim və imamların ən üstünüdür.

Hər bir peyğəmbərin canişinləri onun öz sülbündəndir. Mənim canişinlərim isə Əlinin sülbündəndir.

Ey camaat! Bilin ki, İblis Adəmi həsəd üzündən Behiştdən çıxardı. Elə isə Əliyə (ə) həsəd aparmayın. Əgər belə etsəniz, əməlləriniz batil olar və hədərə gedər, qədəmləriniz titrəyər.

Ey camaat! Allaha, Onun peyğəmbərinə və nazil etdiyi Nura iman gətirin!

Ey camaat! Mən sizi qorxudub çəkindirirəm. Mən Allahın sizin üçün göndərdiyi elçisiyəm. Məndən öncə də peyğəmbərlər gəlib getmişdir. Məgər ölsəm yaxud öldürülsəm keçmiş cahiliyyətinizə gerimi dönəcəksiniz?

Ey camaat! Müsəlman olduğunuza görə Allaha minnət qoymayın, yoxsa Onun sizə qəzəbi tutar və sizə əzab göndərər. Həqiqətən, Allahın əzabı günahkarların püsqusundadır.

Ey camaat! Məndən sonra sizə elə kəslər rəhbərlik edəcək ki, sizi ona tərəf dəvət edib, Qiyamət günü də sizə heç bir kömək etməyəcəklər.

Ey camaat! Allah da, mən də həmin rəhbərlərə nifrət edirik.

Ey camaat! Onlar, onların tərəfdarları, ardıcılları və dostları Cəhənnəmin ən dərin qatlarına yuvarlanacaqlar.

Ey camaat! Mən imamət və xilafəti özümdən sonra sizin aranızda Qiyamət gününə qədər irs və əmanət olaraq qoyub gedirəm. Mən sizə çatdırmaqdan ötrü məmur olunduğum vəzifəmi yerinə yetirdim. Burada olanlar bunu qaib olanlara çatdırsınlar.

Ey camaat! Allah, Onu, ayələrini, hökmlərini inkar etmələri üzündən hər bir abadı bərbad edər. Allah sizin vəlinizdir. Bunlar onun vədələridir. Allah vəd etdiyi hər bir sözdə haqlıdır və vəd etdiyi hər bir sözünə də vəfa edər.

Ey camaat! Sizdən öncə bir çox ümmətlər yollarını azdılar. Allah da onları məhv etdi. Allah keçmişdəkiləri də, gələcəkdəkiləri də məhv etməyə qadirdir.

Ey camaat! Cənnətlə cəhənnəm arasında təfavüt çoxdur. Bizim düşmənlərimiz Allahın lənət etdiyi kəslərdir. Dostlarımız da Onun sevdiyi kəslərdir.

Ey camaat! Bilin ki, mən peyğəmbərəm, Əli isə mənim vəsim, canişinimdir. Agah olun ki, axırıncı imam olan Həzrət Məhdiyyi-Qaim də (ə) bizdəndir.

Ey camaat! "Həcc”, "Səfa”, "Mərva” və "Ümrə” ilahi mərasimlərdəndir. Hər kəs Həcc, yaxud Ümrə ziyarətini yerinə yetirsə, iki dəfə təvaf etməyinin heç bir eybi yoxdur.

Ey camaat! Allah evinin həcc ziyarətini yerinə yetirin. Bu ziyarəti yerinə yetirən elə bir yoxsul yoxdur ki, sonradan dövlətli olsun və bu ziyarətdən üz döndərən elə bir imkanlı şəxs yoxdur ki, sonradan fəqir və yoxsul olsun.

Ey camaat! Həcc mərasimi zamanı Ərəfatda dayanan elə bir mömin yoxdur ki, Allah onun bütün keçmiş günahlarını əfv edər və həcc mərasimi bitdikdən sonra onun əməlləri yenidən yazılmağa başlayar.

Ey camaat! Hacılara kömək olunar, onların çəkdikləri xərclərin hamısı ödənilər. Allah yaxşı əməl sahiblərinin səylərini zay etməz.

Ey camaat! Həcc ziyarətini düzgün din, fəhm və biliklə yerinə yetirin və bu ziyarəti yerinə yetirərkən müqəddəs məkanlardan tövbə və günahlardan qayıtmaqla geri dönün.

Ey camaat! Allahın sizə buyurduğu kimi namaz qılın və zəkat verin. Əgər, müddət sizin üçün uzun olsa, ya səhlənkarlıq etsəniz, yaxud da unutsanız, Əli sizin rəhbəriniz və (dini məsələləri) açıqlayanınızdır.

Ey camaat! Sizi hidayət etdiyim hər bir halal və çəkindirdiyim hər bir haram olduğu kimi qalır. Mən onların heç birini əvəz etməmişəm. Agah olun ki, əmr be mərufun başı budur ki, mənim nə dediyimi biləsiniz, onu eşidib-bilməyənə çatdırasınız, ona həmin sözü qəbul etməsini göstəriş verəsiniz və onu bu sözlə müxalifət etməkdən çəkindirəsiniz.

Ey camaat! Quran sizə imamətin Əlidən sonra onun övladlarına çatacağını bildirir. Mən sizi agah etdim ki, onlar mənim və Əlinin nəslindəndir. Allah-təala buyurur:
Onu nəslində həmişəlik bir söz qərar verdi.
Mən də sizə deyirəm həmin bu iki şeydən (Quran və itrətdən) yapışsanız, heç vaxt yolunuzu azmazsınız.

Ey camaat! Təqva! Təqva! Qiyamətdən qorxun. Allah buyurur:
Həqiqətən, Qiyamətin zəlzələsi çox böyük və dəhşətli bir şeydir.

Ey camaat! Sizin sayınız çoxdur və hamınız bir-bir gəlib beyət edə bilməzsiniz. Allah-təala mənə göstəriş verib ki, sizdən Əlinin və ondan sonra onun mənim nəslimdən olan övladlarının möminlərin rəhbəri və xilafətin canişinləri olmağını dildə iqrar etməyinizlə söz alım. Elə isə, siz də hamılıqla deyin: "Biz eşitdik və itaət edirik.”

Ey camaat! Nə deyirsiniz? Bəs, elə isə, Allah hər bir gizli səsdən və nəfəsdən də agahdır. Hər kəs hidayəti seçsə, onun öz xeyrinədir və hər kəs də zəlaləti seçsə, öz zərərinədir. Hər kəs beyət etsə, Allaha beyət edib:
Allahın (qüdrət) əli onların əllərinin üzərindədir.

Ey camaat! Allahdan qorxun, Əli, Həsən, Hüseyn və digər imamlarla beyət edin.

Ey camaat! Sizə dediklərimi deyin, Əliyə "əmirəlmöminin” kimi salam verin və deyin: "Eşitdik və itaət etdik. Pərvərdigara, bizi bağışla, axır dönüş Sənədir. Həmd olsun Allaha ki, bizi hadayət etdi. Əgər Allah bizi hidayət etməsəydi, yolu tapmaz və hidayət olmazdıq.”

Ey camaat! Həqiqətən, Əliyyibni-Əbutalibin (ə) fəzilətləri Allahın sizə nazil etdiyi Quranda kifayət qədər bəyan olunub.

Ey camaat! Hər kəs Allaha, Onun rəsuluna, Əliyə və sair imamlara itaət etsə, həqiqətən də böyük bir hidayətə, böyük bir nicata nail olmuşdur.

Ey camaat! Ona ilk öncə beyət edənlər, onu sevənlər, ona "Əmirəl-möminin” kimi salam verənlər nicat tapacaq və nemətlərlə dolu olan behiştlərdə olacaqlar.

Ey camaat! Allahın sizdən razı olmasına səbəb olacaq sözü deyin. Əgər yer üzərində olan insanların hamısı kafir olsalar, Allaha heç bir ziyan verə bilməzlər. İlahi, mömin və möminələri bağışla və kafirlərə qəzəb et! Həmd olsun aləmlərin rəbbinə!”
Bu zaman hamı Peyğəmbərin (s) çağırışına cavab olaraq bir ağızdan uca səslə dedi: "Bəli, eşitdik və Allahın, Onun Rəsulunun (s) göstərişinə qəlbimiz, dilimiz və əllərimizlə itaət edirik.”

Peyğəmbərin (s) Qədir-xum günündə söylədiyi xütbədən


Geri dön

kis masali

  • 1 mart 2012 19:19
  • Məqalə: 9
  • Şərh: 1280
  • Bal:
teşəkkürlər gözəl yazi üçün

--------------------
<3

Priya

  • 1 mart 2012 18:12
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Doğurdan da insan olmaq,xüsusə də müsəlman olmaq çox çətindir.Mən belə düşünürəm.Yazı için təşəkkürlər.

--------------------




...BARSA FANATI....

  • 1 mart 2012 17:34
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}

Ey camaat! Əli (ə) barədə yolunuzu azmayın, ondan uzaq düşməyin və dediklərindən üz döndərib ona qarşı itaət
sizlik göstərməyin.



,,,,,,TWKR,,,

✿Victoria✿

  • 1 mart 2012 17:32
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
Ey camaat! Cənnətlə cəhənnəm arasında təfavüt çoxdur. Bizim düşmənlərimiz Allahın lənət etdiyi kəslərdir. Dostlarımız da Onun sevdiyi kəslərdir.
ALLAH RAZI OLSUN BU XUTBELER ADAMA RAHATLIQ GETIRIR

--------------------

ASMIYA

  • 1 mart 2012 17:14
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
TESEKKUR EDIREM SIZE. GOZEL, MARAQLIDIR MEQALENIZ smile

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 83
Cəmi: 107

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 299
 
Darling
Xəbərləri: 36
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 26
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 13
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}