Əhli-Beyt bağçasından bir neçə çiçək (3-cü hissə)

 
Əhli-Beyt bağçasından bir neçə çiçək (3-cü hissə)

Bağışlayan və mehriban Allahın adı ilə
Namaz, Oruc, Dua, Şükür, Niyyət


Rəsuli-Əkrəm (s): ”Nə qədər mənim ümmətim bir-birinə məhəbbət edib, namaz qılıb, zəkat verib, qonaq-sevərlik edərsə həmişə xeyirdə olacaqdır” . “Namaz hər bir xeyirin açarıdır” . “Namazı əvvəl vaxtında qılmaq Allahın razılığına, orta xavtda qılmaq Onun rəhmətinə, axır vaxtda qılmaq isə Allahın bağışlamasına səbəbdir”. “Namaz qılan adam Uca Allahı ilə münacat edir, lakin bilməlidir ki, münacatı (dediyi) nədir”

İma Əli (ə): ”Əgər namaz qılan bəndə nə qədər rəhmətlə əhatə olmasını bilsə, başını səcdədən qaldırmaz”!. “Nədə və nəyin üstə namaz qılmana fikir ver, əgər halal olmasa qəbul olmaz”.

İmam Sadiq (ə): ”Haqqı deyən insan üç xislətlə tanınır: -yoldaşlarının kimliyi, namazının necəliyi və namazını və vaxt qılması”.

Rəsuli Əkrəm (s): ”Behiştin “Rəyyan” adlanan qapısı vardır, oradan yalnız oruc tutanlar daxil olarlar” . ”Oruc tutun, sağlam olun”.

İmam Əli (ə): ”Oruc tutan adamın yatması ibadət, susması təsbih, duası qəbul olmuş, əməli isə ikiyə bərabərdir. Onun iftar zamanı etdiyi dua rədd olunmaz”.

İmam Sadiq (ə): ”Oruc tutmanın səbəbi varlı ilə kasıbın bərabər olması üçündür. Çünki varlı adam aclıq çəkməmişdir ki, fəqirə rəhm etsin. O hər vaxt hər nə istəyibsə, onu ələ gətiribdir”.

Rəsuli Əkrəm (s): ”Hər kəs çətinliklərdə duasının qəbul olunmasını istəyirsə, xoş günlərdə daha çox dua etsin” . ”Kövrək halda duanı qənimət bilin, çünki kövrək hal rəhmətdir.”

İmam Sadiq (ə): ”Dua etməni sizlərə tövsiyyə edirəm. Allaha heç bir şeylə dua qədər yaxın ola bilməzsiniz. Kiçik bir işdə belə (kiçik dua olmasına görə) tərk etməyin”.

İmam Səccad (ə): ”İnsan heç bir işdə insanlara ümid bəsləməsə və bütün işlərini yalnız Allah Təalaya həvalə etsə, Allah da hər bir işdə onun duasını qəbul edər”

İmam Hüseyn (ə): ”Keçmiş nemət üçün şükür etmək yeni nemət üçün yol açır”.

Rəsuli Əkrəm (s): ”Allah bir tikə loğma yeyib və ya bir qurtum su içib Ona həmd edəndən razı olar” .

İma Sadiq (ə): ”Allah Musaya (ə) vəhy edib buyurur: ”Ya Musa, mənə layiqincə şükür et!Ərz etdi:-Pərvərdigara Sənə necə layiqincə şükür edim ki, Sənə şükür etməyin özü də mənə verdiyin bir nemətdir! Buyurdu:-Ya Musa,(indi ki şükür etmənin özünün sənə verdiyim bir nemət olduğunu bildin), indi Mənə layiqincə şükür etdin” . ”Gözəl niyyət öz sahibini behiştə daxil edər”.

İmam Əli (ə): ”İnsanın istəyinə çatması, yəni xoş yaşaması, amanda olması, geniş ruzisi onun gözəl niyyətində və əxlaqındadır” . ”Gözəl niyyət batinin saflığındandır” . ”Özünə rəhmət cəlb etmək üçün ən yaxşı yol hamının xeyrini istəməkdir”.

İmam Sadiq (ə): ”Düz niyyət sahibi sağlam əməl sahibidir”

İmam Səccad (ə): ”Ey Pərvərdigar! Niyyətimi ən gözəl niyyətdən, əməlimi də ən gözəl əməllərdən qərar ver. Ey Pərvərdigar, Öz lütfünlə niyyətimi tamam et”


Geri dön

_favorit_arkadas

  • 1 mart 2012 20:01
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
Serhlerinizi gozleyirem!!!

--------------------

Shokoladka

  • 1 mart 2012 20:00
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
İmam Sadiq (ə): ”Düz niyyət sahibi sağlam əməl sahibidir”
Tesekkur..Allah razi olsun

--------------------


ANGEL LOVE

  • 1 mart 2012 18:05
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsunnnn

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 51
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}