Bakı Metropoliteninin mərkəzi stansiyalarından birinin girişi bağlanacaq

 
Bakı Metropoliteninin mərkəzi stansiyalarından birinin girişi bağlanacaq

May ayında Bakı Metropoliteni "28 May" stansiyasının əsas girişinin yenidən qurulması və modernləşdirilməsi üzrə işlərə başlaya bilər. Bu barədə cümə axşamı Trend-ə metropolitendəki mənbə bildirib.

Onun sözlərinə görə, yenidənqurma işləri stansiyanın girşini, vestibülünü və eskalatorları əhatə edəcək.

"28 May" mərkəzi stansiyalardan biridir və buna görə də stansiyanın modernləşdirilməsi haqqında qərar qəbul edilib", - mənbə vurğulayıb.

O bildirib ki, hazırda stansiyanın modernləşdirilməsi layihəsi üzərində iş aparılır, layihənin təsdiqindən sonra işlər başlayacaq.

"Biz işlərə artıq mayda başlamağı planlaşdırırıq", - mənbə deyib.

Hazırda stansiyanın eskalatoru eniş və qalxma üçün üç zolaqdan ibarətdir, eskalatorun dəyişdirilməsi üzrə işlərdən sonra zolaqların sayının dördə çatdırılması planlaşdırılır.

İşlərin yekunlaşması müddətinə toxunan mənbə bildirib ki, bu barədə dəqiq məlumat vermək çətindir, çünki layihə tam hazır deyil, lakin bütün nəzərdə tutulan tədbirlərin keçirilməsi az vaxt tələb etmir.

Stansiyanın əsas girişinin istimara verilməsinə qədər sərnişinlər ikinci girişdən, habelə "Cəfər Cabbarlı" stansiyasının "28 May" ilə yanaşı girişindən istifadə edəcəklər.


Geri dön

VIPTOZ

  • 1 mart 2012 21:32
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
mayda basalyacaqsa bes eurovision nece olacaq bir bu catmirdi.dagitdiqlarini duzeltmemis yeniden dagidirlar tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

enigmatic_girl

  • 1 mart 2012 20:37
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
hmmm maraqlidir...ilk serh benden... winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}