Darıxdım

 
Darıxdım

Darıxdım… Bəzən sevdiyiniz insandan ən gözəl anlarda eşidərsiniz bu sözü, bəzən bir yoldaş söhbətində keçər köhnə günləri yad edərkən. Amma ən çox tək qaldığınızda deyilər, sevdiklərinizi ya da keçmişi düşünərkən. Ən çətin həsrət də odur ; izdihamda olsanız da tək hiss etdiyinizdə, gecənin bir vaxtı ay işığıyla işıqlanmış otağınızda, pəncərədən çölü seyr edərkən, ya da yatağınıza uzanmış yağışı izlərkən deyilənlərdir. Günün yorğunluğu çökmüş, sıxlığı keçmişdir artıq; düşünəcək çox şey vardır. Sevdikləriniz ağla gəlir əvvəl, bir də keçən günlər. Nə gözəl günlər keçmişdir, zaman su kimi axıb getməkdədir… Fərq edərsiniz ki əslində çox zamanınız olmuşdur və siz necə də qiymətini bilə bilmədən xərcləmisiniz. Ən gözəl sözlərin deyilməsi, ən gözəl söhbətlərin edilməsi, ən gözəl qəhqəhələrin atılıb, ən gözəl düşüncələrin paylaşılması lazım olan o anlarda nədənsə onlar olmamışdır. Darıxarsınız… Hirslənərsiniz özünüzə amma kaş ki demək dəyişdirməz gerçəyi, bilərsiniz.
Zaman keçmişdir, nə sizi gözləmişdir nə də bir şeyləri anlamanızı, keçməyə də davam etməkdədir, gözləməz sizi. Hər şeyə dərman olan zaman, dərdlərin də anası olar o qısacıq zaman dilimində sizin üçün.

Darıxdım

Sonra aynaya baxar, amma görməzsiniz. O an gördükləriniz keçmişinizdən kadrlardır. Sevdiklərinizlə birlikdə olduğunuz, gülüb əyləndiyiniz, söhbətlərin bol olduğu anlar; hər nədirsə, hamısı da gözəldir ya əhəmiyyətli olan odur. Sonra birdən üzünüzü görərsiniz aynada, silinər o görünüşlər, pərdə bağlanar. Siz yenə
hirslənərsiniz,bu dəfə aynalaraI;amma bilirsiniz
Bilirsiniz də görəsən bildiyiniz nədir? Ya da bildiyiniz neyə yarayacaq? Bilirsiniz ki zaman keçmişdir, artıq nə o sevdiklərinizlə keçən o zamanlar geri gələcəkdir, nə də yaşaya bilmədikləriniz. Yaşadıqlarınızdan peşman olmazsınız da yaşaya bilmədikləriniz ağrıdar için çox vaxt. Söyləyə bilmədiyiniz sevgiləriniz, sarıla bilmədiyiniz sevdikləriniz, diləyə bilmədiyiniz üzrlər, görə bilmədiyiniz yerlər, qaça bilmədiyiniz yollar, otura bilmədiyiniz yaşıllıqlar, ya da edə bilmədiyiniz söhbətlər, yağışda gözləyə bilmədiyiniz sevgililər, seyr edə bilmədiyiniz yağışlar. Keçər gedər önünüzdən, ağrıdar içinizi. Neyə fayda indi bunlar? Baxın çölə; sevdiyiniz insanları görəcəksiniz, ya da islana bilmədiyiniz yağışı nə bilim…

Darıxdım

Mən də darıxıram. Daha yeniyə qədər gecələri gəzdiyim yolları, oturduğum parkı, səssizliyini dinlədiyim gölü, birlikdə oturub söhbətləriylə səhərlədiyim, yeri gəldiyində birlikdə kədərləndiyim yeri gəldiyində birlikdə mahnılar söylədiyim dostlarımı, bəzən yağışı bəzən küçədəki işıqla işıqlanan yola düşən qar dənələrini izlədiyim kiçik pəncərəmi, sevinclərimi və kədərlərimi paylaşmağı, günəşin doğuşunu izləyərək bitirdiyim gecələri və başladığım yeni günləri, gözlədiklərimi, köhnəlməyən o gözləri…

Və… Darıxdım…


Geri dön

nilayka

  • 20 fevral 2011 17:25
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
tesekkurler

--------------------

Yusif

  • 3 noyabr 2010 17:34
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler :))21141041274527127527

Ulya

  • 1 noyabr 2010 19:15
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
sevgi yalandir,
roshka,
winked

sevgi yalandir

  • 29 oktyabr 2010 19:43
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 37

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}