Əsrin imamı Mehdi Sahibaz-Zamanla (ə) tanışlıq (37,38)

 
Əsrin imamı Mehdi Sahibaz-Zamanla (ə) tanışlıq (37,38)

Əsrin imamı Mehdi Sahibaz-Zamanla (ə) tanışlıq

Sual: 37.
İnsanların təkamül yolu parlaq gələcəyə ümid verirmi?

Cavab:
Şübhəsiz ki, səthi nəzər saldıqda dünyanın faciəyə doğru getdiyini görürük. Amma diqqətlə baxdıqda uzaq üfüqlərdə qurtuluş sahilinin nişanələri gözə dəyir.
İnsan özünü tanıdığı gündən heç vaxt aram həyat sürməmişdir. O, daxili bir amilin təhriki ilə özünü və yaşadığı cəmiyyəti irəli aparmağa çalışmışdır. Bu böyük amil insanı aram buraxmayıb həmişə təkamülə sövq edəsidir. O, insandakı qüvvələri problemlərlə mübarizəyə səfərbər edir, insanı maddi kamilliklərlə yanaşı əxlaqi kamilliklərin də mövcud olduğu cəmiyyətə doğru çağırır. Həmin cəmiyyətdə savaşdan, çəkişmədən, viranlıqdan, bir sözlə, təkamülə zidd olan bir şeydən əsər yoxdur. Həmin cəmiyyətdə yalnız sülh və ədalət hakimdir. Həmin cəmiyyətdə yaşayan insanda maddi və mənəvi təkamülə mane olan təcavüz və istismar ruhundan əsər yoxdur.

Sual: 38.
Yaranış nizamı bəşəriyyətə parlaq gələcək üçün ümid verirmi?

Cavab:
Varlıq nizamı müxtəlif nizamlar məcmusudur. Bütün varlıq aləminə hakim olan nizamlı və ümumi qanunların mövcudluğu bütün varlıq aləminin vahid bir tam olduğunu göstərir. Varlıq aləmindəki nəzm, qanun və hesab onun əsas xüsusiyyətlərindən sayılır.
Bu aləmin tərkib hissəsi olan insan ümumi yoldan çıxıb, istisna bir yol tuta bilərmi?
Əgər bütün varlıq aləmi vahid proqram əsasında hərəkətdədirsə, bəşər cəmiyyəti hərc-mərclik, zülm-sitəm yolunu seçməklə bu yoldan kənara çıxa bilərmi?
Görən aləmdəki ümumi vəziyyət bəşəriyyəti ümumi nizama tabe olmaq barədə düşündürməməlidir? İnsan ətrafdakı qanunauyğunluqları nəzərə alıb öz fitri yoluna qayıtmağa, varlıq aləmi ilə həmrəng olmağa borclu deyilmi?

Nəticə:
Yaranış nizamı insanların düzgün bir ictimai quruluşu qəbul etməsi üçün dəlildir.


Geri dön

Delya_91

  • 2 mart 2012 19:01
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
Allah razi olsun deyerli xebere gore

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

s_a_b_r_i_n_a

  • 2 mart 2012 15:47
  • Məqalə: 25
  • Şərh: 997
  • Bal:
{awards}
cox sagol.....ALLAH RAZI OLSUN.......

--------------------

Без Любви

  • 2 mart 2012 13:59
  • Məqalə: 5
  • Şərh: 49
  • Bal:
{awards}
Nəticə:
Yaranış nizamı insanların düzgün bir ictimai quruluşu qəbul etməsi üçün dəlildir.
Cox saq ol Allah razi olsun insallah bizide duz yolda olan qullarindan eder

Shokoladka

  • 2 mart 2012 13:51
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Ilk serh menden Allah razi olsun...

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 80
Cəmi: 104

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}