Əsrin imamı Mehdi Sahibaz-Zamanla (ə) tanışlıq (39,40)

 
Əsrin imamı Mehdi Sahibaz-Zamanla (ə) tanışlıq (39,40)

Sual:39.
Təsirin əks təsir doğurması təkcə fizikaya aid qanun deyil. Divara vurulan cisim həmin qüvvə ilə üstümüzə qayıdır. Uyğun qanun cəmiyyət üçün də öz gücündə qalır. İstənilən bir inqilabı doğuran amil inqilabdan öncə həmin cəmiyyətdəki təzyiqlərdir.

Bu qanun bizə deyir:
Dünyanın bugünkü durumu inqilab vəd edir. Müharibələr, zülm-sitəmlər, ayrı-seçkiliklәr, ədalətsizliklәr vә təzyiqlәr bir gün öz cavabını tapmalıdır. Bir gün baş verəcək inqilab, şübhəsiz ki, dünyanın bu gün qarşılaşdığı zora cavab verəsidir.
Sonda, zora cavab istəyi millətlərin günbəgün artan agahlığı sayəsində cəmiyyətlərin batinindən vulkan kimi püskürəcək, bu gün dünyada hakim olan quruluşlar yenisi ilə əvəzlənəcək. Yeni nizamda nə silahlanma yarışı olacaq, nə də bugünkü yorucu dartışmalar. O, bəşər cəmiyyətinin xoşbəxt gələcəyindən xəbər verən digər bir işartıdır.


Sual: 40.
İctimai zərurətlər cəmiyyəti sülh və ədalət çalarlı həyata sövq etmirmi?

Cavab:
İctimai zərurət dedikdə bəşər cəmiyyətinin elə bir mərhələyə çatması nəzərdə tutulur ki, həmin mərhələdə nəyəsə ciddi bir ehtiyac yaransın. Amma bu zərurət o qədər ciddi olmalıdır ki, onu ən azı mütəfəkkirlər və rəhbərlər qəbul etsinlər. Uyğun hal ictimai şüurun yuxarı səviyyəyə çatmasından asılıdır. Daha sonra cəmiyyətdə elə bir durum yaranmalıdır ki, artıq əvvəlki kimi yaşamaq mümkünsüz olsun.

XVII və XVIII əsrlərdə elm və texnikanın sürətli inkişafını müşahidə edən insanlar elə düşünürdülər ki, XX əsr behişt olacaq. Kimsənin ağlına gəlmirdi ki, texnologiya dövrünün insanı yoxsulluq içində yaşayacaq. Bəli, elm və texnologiya inkişaf etdikcə yeni problemlər yarandı. Dünya müharibəsi ifriti elm və texnologiya tərəqqisini öz dəhşətli kölgəsi altında qoydu. Həyatın nə dərəcədə təhlükəli olduğunu insanlar yalnız indi anlamağa başlamışdır. Artıq insanlar anlayırlar ki, gözlənilən təhlükələrin qarşısını almaq üçün mövcud qanunlar yetərsizdir və yeni bir nizama ehtiyac var.

Artıq bir zaman çatıb ki, dünyadakı silahlanma yarışına, günbəgün artan çaxnaşmalara son qoymaq, dünyanı növbəti müharibə təhlükəsindən xilas etmək üçün ümumdünya ədalət hökumətinin varlığı zərurətə çevrilir. Artıq hamı hiss edir ki, saxta sərhədlər aradan götürülməli, bütün dünya əhli vahid bir bayraq altında vahid qanunlarla yaşamalıdır.

Təsirin əks təsir doğurması qanunu ümumdünyəvi bir hökumətin zəruriliyini göstərən digər bir amildir. Bu amil dünya əhalisini sülh və ədalət dolu bir həyata çağırır.


Geri dön

Delya_91

  • 2 mart 2012 18:57
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

YaKiWiKLi SeRSeRi

  • 2 mart 2012 18:22
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
tesekkurler Allah razi olsun!

s_a_b_r_i_n_a

  • 2 mart 2012 15:45
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
cox sagol....ALLAH RAZI OLSUN........

--------------------

Без Любви

  • 2 mart 2012 14:07
  • Məqalə: 5
  • Şərh: 49
  • Bal:
{awards}
Cox saq ol Allah razi olsun bele xeberlerden cox qoyun

Shokoladka

  • 2 mart 2012 14:03
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
2ci serhde menden maraqli idi tsk..

--------------------


★Miss Love★

  • 2 mart 2012 13:34
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
ilk werh menden,maraqli xebere gore sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 62
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}