Xəsislik

 
Xəsislik

Xəsislik.

Quran:
«O kəslər ki, özləri xəsislik edir, başqalarını da xəsisliyə əmr edirlər və Allahın öz lütfündən onlara bəxş etdiyi nemətləri gizlədirlər. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq.»
(Nisa, ayə 37)
«Bilin, sizi (malınızı) Allah yolunda sərf etməyə də‘vət edirlər. Sizdən Bəziləri xəsislik edirlər. Kim xəsislik etsə, özünə xəsislik edib. Çünki Allah ehtiyacsız, siz isə möhtaclarsınız. Əgər üz döndərsəniz O, sizin yerinizə əsla sizin kimi olmayan bir qövm gətirər.»
(Muhəmməd, ayə 38)
Həmçinin müraciət edin: Nisa 53; İsra 100; Hədid 24; Qələm 12.

Hədis:
İmam Əli (ə):«Xəsislik bütün nöqsanların pis cəhətlərini əhatə edib və o, (xəsis şəxsi) hər bir pisliyə tərəf çəkən bir cilovdur.
İmam Əli (ə):«Xəsislik ardır.»
İmam Əli (ə):«Xəsislik yoxsulluq kürküdür.»
İmam Əli (ə):«Əlində olana xəsislik etmək Tanrı barəsində bədgümanlıqdır.»
İmam Əli (ə):«Malında xəsislik edən kəs xar, dinində xəsislik edən kəs isə başıuca olar.»
İmam Həsən (ə) atasının ondan «paxıllıq» barəsindəki sualının cavabında buyurmuşdur:«Paxıllıq – əlində olanı şərəf amili sanmaq, (Allah yolunda) xərclənəni isə tələf olub bada getmiş güman etməkdir.»
İmam Sadiq (ə):«Paxıl Allahın haqqını verməyən və (malını) Allah-taalanın yolundan başqa yolda xərcləyəndir.»
İmam Sadiq (ə):«Paxıllıq xəsislikdən daha pisdir. Çünki xəsis öz əlində olana xəsislik edir. Paxıl isə həm başqalarının əlində olana və həm də öz malına xəsislik edir. O yerə kimi ki, camaatın əlində gördüyü hər bir şeyin halal və ya haram yolla onun olmasını arzulayır. Allahın onun ruzisi etdiyindən nə doyur və nə də bəhrələnir.»
İmam Rza (ə):«Xəsislik abrı bada verir.»
İmam Hadi (ə):«Xəsislik ən məzəmmət olunmuş xislətdir.»

Xəsis.
Allahın Peyğəmbəri (s):«İnsanların içərisində ən az rahatlığı olanı xəsisdir.»
İmam Əli (ə):«Xəsis öz varislərinin xəzinədarıdır.»
İmam Əli (ə):«Xəsislik öz yoldaşını xar, ondan uzaqlaşanı isə möhtərəm edir.»
İmam Əli (ə):«Xəsisin heç bir dostu olmaz.»
İmam Əli (ə):«Xəsisə təəccüb edirəm ki, ondan qaçan yoxsulluğu özünə tərəf çəkir və axtardığı zənginlik və sərvəti əldən çıxarır. O, dünyada yoxsullar kimi yaşayır, axirətdə isə onunla zənginlər kimi hesab çəkiləcəkdir.»
İmam Əli (ə):«Sənin xəsis adama ehtiyacın buzdan da soyuqdur.»
İmam Sadiq (ə):«Xəsislər camaatın zəngin olmasını hamıdan çox arzulasınlar. Çünki camaat zənginləşsə xəsislərin var-dövlətindən gözlərini çəkəcəklər.»
İmam Sadiq (ə):«Xəsisin xəsis olmasına onun öz Allahına qarşı pis gümanda olması kifayətdir. Əvəz veriləcəyinə yəqinliyi olan şəxs bol-bol bağışlayar.»

Həqiqi xəsis.
Allahın Peyğəmbəri (s):«Əsl xəsis öz malının vacib olan zəkatını ödəməkdən boyun qaçıran, qohum əqrəbasına bəxşiş etməyən və bundan başqa yerlərdə bol-bol xərcləyən şəxsdir.»
Allahın Peyğəmbəri (s):«Əsl xəsis o şəxsdir ki, onun yanında mənim adım çəkilir, amma o, mənə salavat göndərmir.»

İnsanların ən xəsisi.
Allahın Peyğəmbəri (s):«İnsanların ən xəsisi Allahın vacib etdiyini ödəməyə xəsislik edən kəsdir.»
Allahın Peyğəmbəri (s):«İnsanların ən xəsisi salam verməkdə xəsislik edən kəsdir.»
İmam Əli (ə):«İnsanların ən xəsisi öz malını özünə əsirgəyən və varisləri üçün qoyub gedən kəsdir.»
İmam Əli (ə):«Camaatın əlində olandan gözünü çəkmək bağışlamaqdan üstündür.»
İmam Sadiq (ə):«Əmirəl-möminin (ə) bir kişiyə beş dəvə yükü xurma göndərdi......Bir nəfər Əmirəl-mömininə (ə) dedi:«Vallah filankəs səndən (bu qədər) istəməyib, beş dəvə yükünün əvəzinə ona bir dəvə yükü bəsdir.» Əmirəl-möminin (ə) ona dedi:«Allah möminlərin arasında sənin kimilərini çoxaltmasın! Mən bağışlayıram, sən xəsislik edirsən?»

Xəsisliyin nişanəsi.
İmam Əli (ə):«Bəhanə gətirmək xəsisliyn nişanəsidir.»
İmam Əli (ə):«Xəsis üzr və bəhanə gətirməyə can atar.»

Xəsislik


Geri dön

...BARSA FANATI....

  • 2 mart 2012 18:32
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:

Xəsisliyin nişanəsi.
İmam Əli (ə):«Bəhanə gətirmək xəsisliyn nişanəsidir.»
İmam Əli (ə):«Xəsis üzr və bəhanə gətirməyə can atar.»



xebere gore tskkkkkkkkkkk..........

enigmatic_girl

  • 2 mart 2012 13:59
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allahın Peyğəmbəri (s):«Əsl xəsis o şəxsdir ki, onun yanında mənim adım çəkilir, amma o, mənə salavat göndərmir.» winked

--------------------

Priya

  • 2 mart 2012 12:40
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Dinarcım,Allah sizdən çox çox razı olsun bacım.Belə dini yazılara davam.Biz də oxuyub,yararlanaq.Təşəkkürlər.

--------------------




Shokoladka

  • 2 mart 2012 10:32
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Men xesis deyilem :(Tesekkurler...

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}