Sual-Cavab: Sual 6

 
Sual-Cavab: Sual 6

Sual 6:
İmam Hüseyn (ə) başına nə gələcəyini bilirdimi?

Cavab:
Şiə əqidəsinə görə 12 mə`sum imamın hər biri qeyb aləmindən xəbərdardır. Yə`ni onlar başlarına nə gələcəyini əvvəlcədən bilirdi. İmamın (ə) hökumət qurmaq istəyində olmasını inkar edənlər məhz bu əqidəyə əsaslanır. Onların fikrincə, imam (ə) şəhadətə yetişəcəyini bildiyindən hökumət istəyində ola bilməzdi. Həzrət imamın (ə) hökumət istəyində olması onun qeyb aləmindən xəbərdarlığı və heç vaxt səhvə yol verməməsi inamlarımızla uyuşmur.
Bununla belə, imam (ə) öz şəhadətindən xəbərdar ola-ola da hökumət qurmaq məqsədində ola bilərdi. Əgər islami hökumət qurmaq imam (ə) üçün vəzifə idisə, o, işin nəticəsindən asılı olmayaraq vəzifəsini yerinə yetirməli idi. Həqiqət yolunda hərəkət edən insan zahirən məğlub olsa da, onun cəhalət üzərində qələbəsi əbədidir.
Əgər siyasi bir şəxsiyyət şəraiti tam araşdırdıqdan sonra hərəkətə başlayırsa və qəfildən onun qarşısına gözlənilməz bir maniə çıxırsa, bu şəxsi səhv buraxmaqda ittiham etmək olmaz.
Bizim əqidəmizə görə, imam Hüseyn (ə) Kufənin vəziyyətini gözəl bildiyi üçün Müaviyə dövründə kufəlilərin çağırışını rədd etdi. Hətta qardaşı Məhəmməd Hənəfiyyəyə icazə vermədi ki, həmin məktuba müsbət cavab göndərsin. (“Əl-bidayatu vən-nəhayət”, c. 8, s. 163)
İmam (ə) bu dəfə də onlara inanmadığından əmisi oğlu Müslim ibn Əqili vəziyyəti öyrənmək üçün Kufəyə göndərdi. Müslim bir aydan çox Kufədəki vəziyyəti araşdırıb, imamın gəlişinin münasib olduğunu xəbər verdi. Yalnız bundan sonra həzrət Kufəyə üz tutdu. İmamın (ə) Məkkədən tələsik çıxması isə oradakı təhlükə ilə bağlı idi.
Bu zaman Nö`man ibn Bəşirin yerinə Übeydullah ibn Ziyadın Kufə hakimi tə`yin olunması o qədər gözlənilməz oldu ki, heç bir siyasətçi bu hadisəni qabaqcadan hiss edə bilməzdi. Vəziyyət zahirən, baş verənlərin əksinə idi. Çünki Yezidin ibn Ziyadla çox pis münasibətdə olduğu, hətta onu Bəsrə hakimliyindən kənarlaşdırmaq istədiyi barədə söhbətlər gəzirdi. Bə`zi mənbələrdə bu münasibət haqqında belə deyilir: “Yezid, ibn Ziyada ən düşmən adam idi.” (“Təzkirətul-xass”, s. 138) Əgər Müslim və ətrafındakılar da ibn Ziyad kimi təzyiq və hədə-qorxuya əl atıb, iqtisadi, siyasi, ictimai və psixoloji amillərdən istifadə etsəydilər, Kufədə qələbə qazana bilərdilər. Qeyd edək ki, Haninin evində Müslim ün ibn Ziyadı öldürmək imkanı vardı.
Bəli, imam Hüseyn (ə) Kufə əhlini ibn Əbbas kimilərdən qat-qat yaxşı tanıyırdı. İbn Əbbas yalnız keçmişdə baş verənlərə istinad edirdisə, imam (ə) öz dövründən də agah idi. İmamın (ə) Kufədə şəxsi nümayəndəsi olduğu üçün onun mə`lumatları daha e`tibarlı sayılmalıdır.
Həmin vaxt Kufənin şəraiti iyirmi il əvvəlkindən o qədər fərqlənirdi ki, Kufəlilər imam Hüseynə (ə) qoşulmaq üçün hazırlıqlarını bildirirdilər. Onların bu mövqedən çəkiləcəyi ehtimal olunmurdu. Çünki Kufə Şamla rəqabətdə mərkəzlik mövqeyini itirmişdi. Əməvilərin Kufəni tənəzzülə uğratmaq siyasəti kufəliləri vadar edirdi ki, itirilmiş əzəməti geri geri qaytarmaq üçün tədbir görsünlər. Əməvi hökumətinin kufəlilərə, xüsusi ilə Kufə şiələrinə qarşı sərt münasibəti onları ciddi qərarlar qəbul etməyə vadar edirdi. Kufəlilər Yezidin şəxsiyyətini tanıdıqlarından imam Hüseynin (ə) rəhbərliyinə nail olmağa çalışırdılar.
Atası Müaviyə ilə müqayisədə çox-çox zəif görünən təcrübəsiz Yezidin şəxsiyyəti Kufədə yeni bir hökumətin qurulması ehtimalını gücləndirən amillərdən idi.
Bəli, imam Hüseyn (ə) qarşıda onu gözləyən hadisələrdən xəbərdar idi. O, şəhadətə doğru hərəkəti ilə mənfur əməvi rejimini rüsvay edərək tarixi bir qələbə qazandı. Əgər gözlənilməz maneələr yaranmasaydı, zahiri qələbə də əldə edilərdi.


Geri dön

Shokoladka

  • 2 mart 2012 23:14
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
Tesekkur maraqli idi...

--------------------


...BARSA FANATI....

  • 2 mart 2012 22:14
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Sitat: enigmatic_girl
tesekkurler..maraqlidir...

nar_18

  • 2 mart 2012 22:09
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Maisy

  • 2 mart 2012 21:39
  • Məqalə: 2
  • Şərh: 65
  • Bal:
{awards}
maraqlidi cox sag ol

enigmatic_girl

  • 2 mart 2012 21:29
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkurler..maraqlidir...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}