Həyatınızda hər şey kafi olsun.

 
Həyatınızda hər şey kafi olsun.

Sevmək də həyata dair, sevilmək qədər…
Xoşbəxtlik də həyata dair, hüznlü ürək sancıları qədər…
Ayrılıqlar da həyata dair ən az böyük sevgilər qədər…
Ümiddə həyata dair, ən ümidsiz anlarda belə ayaqda qala bilmək qədər…
Müvəffəqiyyətsizliklər də həyata dair, müvəffəqiyyətə qalxan qədəhlər qədər…
Qorxular da həyata dair sevinclər qədər…
Zəfərləri qeyd etməyi bilməkdə həyata dair, zəfəri qazanmaq qədər və bəzən itirməyi qəbul etmək də…
Bahar sərxoşluğu da həyata dair qış ayazı qədər…
Və ölüm də həyata dair ən az yaşamaq qədər…

Həyat boyu əldə etdiklərinizi bir düşünün...
Yəni müvəffəqiyyət və müvəffəqiyyətsizlikləriniz, zənginlik və yoxsulluğu, sağlamlıq və xəstəliyi, insanlara yaxın və uzaq olmağı, sevinc və kədəri… hamısı həyata dair… hamısı sizin üçün, hamısı sizi bu günki siz edən yaşanmışlıqlarınız…

Həyata dair hər nə varsa, başınıza gələn ya da gəlməsini dilədiyiniz, hər şeyin dadını çıxarın.



Başınıza gələn pislikləri də dibinə qədər yaşayın ki yaxşılıqların qiymətini biləsiniz və sahib olduqlarınız üçün şükr edə biləsiniz…
Və həyatınızdakı hadisələrə doğru reaksiyalar verməyi öyrənməyə çalışın, çünki həyatınızdakı hadisələr, verdiyiniz reaksiyaların nəticələridir. İstədiyiniz nəticələri yaradacaq şəkildə reaksiya verməyi vərdiş halına gətirin. Çünki nə etsəniz edin hadisələri dəyişdirə bilməzsiniz,ancaq bu hadisələr qarşısında verdiyiniz reaksiyalar ola bilər tək dəyişdirə biləcəyiniz… Fövqəladə çətin vəziyyətlərdə ya da ətrafda idarəniz xaricində qalan hadisələrdə belə bu vərdişinizdən imtina etməyin.
Mən sizə, həyatınızda hər şeyin kafi olmasını diləyirəm…

Əhvalınızın yaxşı olması üçün kifayət qədər günəşə və günəşi daha çox təqdir etmək üçün kifayət qədər yağışa sahib olmanızı diləyirəm. Ruhunuzun canlı qalması üçün kifayət qədər xoşbəxtlik və həyatdakı ən kiçik sevinclərin çox daha böyük görünməsi üçün kifayət qədər acı diləyirəm. İstəklərinin təmin olması üçün kifayət qədər qazanc, sahib olduğunuz hər şeyi təqdir edə bilməniz üçün kifayət qədər itki diləyirəm.Dünyaya vida edənə qədər kifayət qədər insanla salamlaşmış olmanızı diləyirəm.


Geri dön

Ulya

  • 1 noyabr 2010 19:45
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
winked

sevgi yalandir

  • 30 oktyabr 2010 13:14
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkruler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}