O Əl

 
O Əl

Soyuq bir qış günündə metrodan çıxarkən kobud, qabar bağlamış yaşlı bir insan əli uzandı mənə sarı.

Cirk pas içində idi, amma nur saçırdı sanki. Soyuqdan əlcəkli əlimi cibimdən çıxarda bilmədiyim halda, nazik bir köynək geyinmişdi bu.

Əsirdi o əllər. Beyinə tabe olmurdu. Üsyanını bu çür bildirirdi. Tanıyırdım bu insanı. Çəkdiyi bütün əziyyətlərlə, gördüyü bütün nankorluqlarla

birlikdə Tanrıya edilən duaları, arzuları öz əksini tapmışdı o əllərdə. 7 uşaq böyütmüş o əllər. 7 uşağa həyatın ətəyindən tutunmağı öyrətmiş.

Yeri gələndə onlara nağıllar oxumuş. İndi isə sanki tək qalmışdı. Sevgiyə ehtiyacı var idi. Bir tərəfdən isə varlı idi o əllər.

Heç nəyə baxmayaraq acizliyi gözə çarpmırdı. Bəxt üzüyü barmağını sıxırdı. Sevgi, mərhəmət, sevinc, göz yaşı, namus, vicdan, ədalət gördüm o əllərdə.

Həyatı, səssizliyi, durğunluğu, sevdanı, eşqi gördüm kobud,üzərinə dərin yaralar düşmüş o əllərdə. Oxuduğu kitabların hər sətirini, həyatı,

ölümü izləmiş o əllər .Qarabağ müharibəsində iştirak etdiyini öyrəndim o insanın. Atasının cəsədini daşımış o əllər.

O vaxtki göz yaşlarını gizlətmişdi qırışlarının arasında. Şəhid düşmüş qardaşlarını basdırmış bu əllər. Başımı qaldırıb gözlərinə baxmaq istədim.

Amma başını aşağı əymişdi O. Çəkinirdi sanki. Kimdən ? Mənnən? Mən kiməmki? Bəs niyə başı aşağı idi bu insan? Qaldır ağsaqqal.

Qaldır başını üzünü görüm. Qaldır bu əlin sahibinin gözlərinidə görüm. Görüm necə baxassan mənə.

Amma ehtiyac yoxdu çünki çox şeyi acıqlıyır bu əllər. Gözümü o əllərdən ayırmaq istiyirdim ki, səsini duydum.

Allah rızası üçün oğlum. 20 qəpik.

Əyilib öpülməyə laiq olan əlləri 20 qəpiyə möhtac edənlərə lənət.


Geri dön

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:26
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
maraqlid smile

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 7 noyabr 2010 01:08
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore

Yusif

  • 6 noyabr 2010 17:23
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurlerrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 41
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}