MƏN burdayam, SƏN hardasan?

 
  • 30.10.2010, 14:07
  • Bölmə: Sevgi
  • Müəllif: Ghost
MƏN burdayam, SƏN hardasan?

De mənə varmı həyat mənsiz, deyirdin…
Yoxmuş… Bir nəfəs daha… deyərək keçir günlər. Daha ümid içində dönməyini də gözləmirəm. Hər gecə SƏNSİZ yumuram gözlərimi, açdığımda da çox yanır canım hiss etdirmirəm…
Bəs sən nə edirsən gecələr mənsiz? Yoxsa mənim üçün alışan təkcə siqaretindi?

MƏN burdayam, SƏN hardasan?

De mənə hardadı o sevgi, deyirdin...
Qəlbimə gömdüm... Kimsə bilməsin, görməsin deyə. Hə bax dediyin kimi oldu, sevə bilmədim səndən sonra. Silə bilmədim xatirələri... Sən necə? Unutdunmu məni? Sevdinmi birini? Qoydunmu yerimə?

MƏN burdayam, SƏN hardasan?

De mənə mənim gülümü, deyirdin...
Önümdə durub verdiyin güllər... Onlara baxanda o qədər çox şey xatırlayıram ki... Əslində xatırlamaq üçün unutmaq gərəkməzmi?
Sən də xatırlayırsan yoxsa yaşanmamış kimi yaşayırsan?

MƏN burdayam, SƏN hardasan?

De mənə o yuxunu, deyirdin...
Qəribədir, son günlərdə səni heç yuxuda görməmşəm... Amma darıxmamşam desəm yalan olar. Dəfələrlə smsin 160 xanasını yazıb, silmişəm... Göndərəcək qədər cəsarət belə tapmadım özümdə...
Bəs sən? Mənim üçün darıxdınmı? Yoxluğum incitdimi varlığını?

MƏN burdayam, SƏN hardasan?

De mənə hardadı isti sevgimiz, deyirdin...
Ən çoxda dünən darıxdım sənin üçün... Hava soyuq idi, mənim hisslərim isə çoxdan donmuşdu. İndi təkcə sevgimizi yox, ürəyimi, hisslərimi isitməyə ehtiyacım vardı... Amma məni külək qucaqlamışdı... Sən yox...
Sənin də isinməyə ehtiyacın oldumu? Məni yanında istədinmi?

MƏN burdayam, SƏN hardasan?

De mənə ən gözəl yerimizi, deyirdin...
Səninlə olduğum hər yer gözəl idi, tozlu küçələr, çirkab dəniz belə... Amma o yolları sənsiz getmək elə acı verir ki, bir anlıq nəfəsim dayanacaq gedə bilməyəcəm düşünürəm... Arxaya baxıram kaş səni görərdim, deyirəm... Bir anlıq xatirələrdən ayılıram, O YOXDU deyib davam edirəm...
Sən heç YOXLUĞUMU hiss etdinmi?

MƏN burdayam, SƏN hardasan?

De mənə varmı yenə istəyin,deyirdin...
Səndən sonra dəyişməyən tək şey bu oldu bəlkə də... Yanımda olmasan belə hər gecə DUALARIMda varsan, olacaqsan... Görürsən? İnsanlar dəyişir, arzular dəyişir, mənim dəyişməyən tək istəyimSƏN!
Sən də istədinmi məni? Necə mənasız suallar verirəm, istəsəydin........

MƏN burdayam, SƏN hardasan?

De mənə hazırsanmı payızını mənsiz qarışlamağa, deyirdin...
Bax indi MIN ÖLÜB BIR YAŞAYIRAM!

MƏN burdayam, SƏN hardasan?

De mənə mən haradayam, sən harada” deyirdin…
Bax MƏN burdayam!!! Ürəyində, xatirələrində, silə bilmədiyin, unutmağı bacarmadığın hər yerdə…
Bəs sən… sən hardasan…???


Geri dön

Irane

  • 7 yanvar 2011 02:39
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
TeSeKkUr

--------------------

Ulya

  • 1 noyabr 2010 20:22
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
love

sevgi yalandir

  • 30 oktyabr 2010 14:18
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkruelrrrrrrrrrrrrrrrr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 34

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}