Tək nəfərlik dünyana məni dəvət etdin

 
Tək nəfərlik dünyana məni dəvət etdin

Bu səhər, səninlə oyandım; amma sən, yanımda yox idin.
Əslində heç olmamışdın; amma mən, yenə də səninlə oyandım.
Günün ilk işıqları, bu soyuq payız səhərində günəşin əlləri kimi toxunarkən
müşahidə edirəm, ağlımda yuxularım deyil sən var idin.
Mən özümə gələ bilmədən, sən mənə gəlmişdin. Gec gəlməyinə baxmayaraq tez idi.

Deyərkən sözlərin rəqs etməyə başladı gözümün qarşısında; "Səni sevdim!" dedin. İnanmadığımı söylədiyimdə
"Məni çox incitdiyini söyləsəm, bəlkə buna inanarsan." dedin.
Susdum, nə deyə bilərdim? QEYRİ-MÜMKÜNLƏR DƏNİZinin ən dərinlərində üzürdüm.
Çırpınarkən, döyüşərkən, həyatda qalarkən, ən "qeyri-mümkün" olaraq çıxdın qarşıma! Necə get deyərdim?
Qalmağın üçün ruhumdan qopan qışqırıqları necə eşitməyə bilərdim? "Qal, getmə..." deyə bilmədim.

"Məndən xoşun gəlirmi? Mənim, səndən xoşum gəlir." dedin... İnsan, nə qəribədir; içinə nələr həbs edir.
İçəridəki həbsxana, çöldəkinə bənzəmir. Günahsız günahkarlar, haqlı azadlıqlarını
tələb edərkən; ruhunu ağrıtmaq, ürəyini qanatmaq bahasına məhkumiyyət qərarı
davam edir. Həbsxanaya bir günahsız daha girir; "Daha ilk sözlərinlə məni
isti bir ədyal kimi qucaqladın.
" cümləsi, bütün masumiyyətiylə cəzalandırılır.

İzdihamlar ölkəsində tək, səltənətimə davam edərkən; sən, məni pərilər diyarından
sandın. Sehrli dəyənəyimlə ikimizə toxunsam, sonsuza qədər xoşbəxt
yaşayacağımıza inandın.
Nə əzablı ki gerçəklərin içində xəyallar, tez əriyir. Tək bir insan,
böyük bir dünya ola bilir, içinə sevgi kainatını sığdıra bilir.
Tək nəfərlik dünyana məni dəvət etdin; "Gəl, səni özümlə yığdım, ikimiz
üçün bir dünya oldum.
" dedin. Bəs mən, sıfıramsa və səninlə toplananda yenə sən qalsam nolar?

"HARADASAN SEVGİ?" deyə soruşarkən, özümə gəldim! "Salam," dedin; ümid, sənə büründü birdən.
"Məni yanına qəbul et!" dedin, sən söyləmədən mən qəbul etdim;
amma kaş ki, bunu sən də bilsəydin...
İndi, dəli bir qasırğa kimiyəm. Hər zərrəmdə sən varsan!
QEYRİ-MÜMKÜNLƏR DƏNİZində ən qeyri-mümkün sənsən!
Həm həyat kimi varsan; həm öldürənə, ölənə məhrum! Mən, get desəm də;
sən getmə, gedə bilmə məndən, qal nə olar!


Geri dön

s_a_b_r_i_n_a

  • 3 mart 2012 15:48
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
Deyərkən sözlərin rəqs etməyə başladı gözümün qarşısında; "Səni sevdim!" dedin. İnanmadığımı söylədiyimdə
"Məni çox incitdiyini söyləsəm, bəlkə buna inanarsan." dedin.
Susdum, nə deyə bilərdim? QEYRİ-MÜMKÜNLƏR DƏNİZinin ən dərinlərində üzürdüm.
Çırpınarkən, döyüşərkən, həyatda qalarkən, ən "qeyri-mümkün" olaraq çıxdın qarşıma! Necə get deyərdim?
Qalmağın üçün ruhumdan qopan qışqırıqları necə eşitməyə bilərdim? "Qal, getmə..." deyə bilmədim.

tewekkurler cooox beyendim.....

--------------------

Aysel_

  • 3 mart 2012 15:32
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tesekkurler cooox maraqli idi

konul123

  • 3 mart 2012 15:04
  • Məqalə: 0
  • Şərh: 1458
  • Bal:
{awards}
Əvvəl özümdən utandım!
Sonra isə hisslərimdəm…
Sevgimdən utandım,
Utandım ürəyimin
Səslərindən…
Səni hisslərimdə boğmağa çalışdım!
Gizlətmək istədim…
Buz tutmuş duyğularım
İsinmək üçün yandırdığı
Arzularda alışdım
Bacarmadım!
Səni ürkək hünərimin
Arxasına gizlədim,
Qorxu sildi göz yaşımı,
Hürkü tumarladı başımı
Bacarmadım!
Səni şerlərimdə
Gizlətməyə çalışdım!
Hər sətrin ahında, fəryadında
Hər misranın günahında
Öldürmək istədim səni
Amma bacarmadım!
Səni gizlətməyə çalışarkən,
Girib qəlbimdə gizləndin…
İndi çıx qəlbimdən!
Çıx həyatımdan!
Qəlbimin bütün varlığına hopan
Naləsi, ahı…
Çıx ömrümdən!
Həyatımın än tämiz günahı
Çıx!
Çıx ömrümdən!...

enigmatic_girl

  • 3 mart 2012 14:19
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
İndi, dəli bir qasırğa kimiyəm. Hər zərrəmdə sən varsan!
QEYRİ-MÜMKÜNLƏR DƏNİZində ən qeyri-mümkün sənsən!

--------------------

Мой Мир

  • 3 mart 2012 13:02
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
"HARADASAN SEVGİ?" deyə soruşarkən, özümə gəldim! "Salam," dedin; ümid, sənə büründü birdən.
Twk Meleyim cox beyendim))

--------------------
∞♥

..:MeleK kiz:..

  • 3 mart 2012 12:54
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox maraqli yazidi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 47
Cəmi: 62

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}