İmam Hüseynin (ə) ilk zəvvarı Cabir ibn Abdullah

 
İmam Hüseynin (ə) ilk zəvvarı Cabir ibn Abdullah

İmam Hüseynin (ə) ilk zəvvarı Cabir ibn Abdullah

İslamı tanımağın ən dərin və sadə yolu Peyğəmbər (s) və İmamların (ə) xüsusi səhabələrinin həyatını mütaliə etməklə əldə oluna bilər. Onlar ki, ömürlərinin axırına qədər İmamların (ə) və Peyğəmbərin (s) xəttini davam etdirmişdilər. Onlardan biri də Cabir ibn Abdullah idi. Cabir Peyğəmbərin (s) arif, bilikli və hər şeyi yerində başa düşən bir səhabəsi idi. Ömrünün 90 ilini İslam yolunda sərf etmiş və aşiq bir abid və çalışqan bir alim olmuşdu. Cabir beş İmamı (ə) görmüşdü. Onların xüsusi dostu və şagirdi olmuşdu. Cabir ibn Abdullah elə bir insan idi ki, həm İslam onu yetişdirmişdi və həm də o, İslamın yayılması yolunda böyük rola malik olmuşdu. O, İslamın iki məsələsinə xüsusi əhəmiyyət verərdi: 1. İmamların (ə) rəhbərlik və vilayət xəttinə ciddi yanaşmaq və onu qorumaq; 2. Peyğəmbər (s) və İmamların (ə) hədislərini nəşr etdirmək və İslam mədəniyyətini yaymaq.

Cabir ibn Abdullah Hicrətdən 15 il əvvəl Mədinə şəhərində Xəzrəc qəbiləsində dünyaya gəlmişdi. Cabirin atası Abdullah ibn Əmru Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən əvvəl İslam dinini qəbul etmiş, bütün ömrünü İslam dininə həsr etmişdir. Yaşı 100-dən çox idi və Bədr döyüşündə şəhid olmuşdu.

Atası şəhid olan zaman Cabirin 9 bacısı var idi. Bəzilərinin fikrinə görə, Cabirin beş övladı olmuşdur: Abdulrəhman, Muhəmməd və Həmid. Qızları Meymuni və Ummi Həbib.

Cabiri, oğlanlarının adı ilə çağırırdılar. Peyğəmbərin (s) zamanında pak və mücahid bir səhabə sayılırdı. Peyğəmbərlə (s) bir yerdə 19 döyüşdə iştirak etmişdi. İmam Baqir (ə) buyurur: “Cabir ibn Abdullah Ənsaridən eşitmişəm ki, deyirdi: “Peyğəmbərdən (s) Səlman haqqında soruşdum, o, buyurdu: “Səlman elm və mərifət dənizidir ki, axırına çıxmaq olmur. Səlman keçmişdəkilərin və gələcəkdəkilərin elminə malik idi. O kəs ki, Səlmanla düşmənlik edər, Allahın düşmənidir. O kəs ki, Səlmanın dostudur, Allah da onunla dostdur. Ərz etdim ki, Əbu Zər Ğəffari, Miqdad, Əmmar Yasir haqqında nə buyursunuz? Həzrət cavabı təkrar etdi. Allahın Rəsulunun (ə) xidmətindən bayıra çıxdım ki, bu dörd nəfər ilə görüşüm, onlara müjdə verəm. O zaman ki, Peyğəmbərin (s) hüzurundan hərəkət etdim, buyurdu: “Ey Cabir! Sən bizim nəslimizdənsən, Allah səninlə düşmən olanla düşmən, dost olanla dostdur””.

Peyğəmbəri Əkrəmin (s) Cabirə vəsiyyəti

Cabirin xüsusiyyətlərindən biri də Peyğəmbərin (s) ona sirlə dolu vəsiyyətlər etməsidir. Bu qəribə məsələ Cabirin şəxsiyyətinin əzimliyindən xəbər verirdi. Peyğəmbər (s) Cabirə buyurur: “Belə bir ümid vardır ki, ömrün uzun olacaq və Hüseynin (ə) nəslindən olan, adı Muhəmməd olanı görəsən ki, din elmini açacaq və şərh edəcəkdir. Onunla görüşən zaman salamımı ona çatdır.”

Peyğəmbərin (s) vəfatından sonra Cabir öz doğru yolunu azmadı və daima Məsumların (ə) yoluna sadiq qaldı. Əbu Zubeyr Məkki nəql edir: “Cabiri gördüm ki, əsasını götürüb, Mədinə küçələrini gəzirdi. İnsanların toplaşdığı yerə gələrək, dedi: “Əli (ə) insanların ən yaxşısıdır. Hər kim bunu inkar etsə, necə dünyaya gəldiyinə bir nəzər salmalıdır”. Cabirdən soruşdum ki, Əli (ə) necə insan idi? O, qaşlarını gözlərinin üstünə salıb dedi: “Əli (ə) yer üzərindəki insanların ən yaxşısı idi. Peyğəmbərin (s) zamanında münafiqləri ayırd etmək istəyən İmam Əli (ə) ilə rabitəsi olmayanlara nəzər salardı. Bu, bir meyar idi. Hər kim İmam Əli (ə) ilə rabitədə idi, o həqiqi mömin idi, o kəs ki, Əli (ə) ilə rabitədə deyildi, o, münafiq idi”.

Cabirin şöhrətini artıran və adını tarixə yazan əməli o oldu ki, İmam Hüseynin (ə) qətlə yetirildiyinin 40-cı günü İmam Hüseyn (ə) hərəminin ilk zəvvarı kimi Kərbəlaya gəldi və hərəmi ziyarət etdi. Onun bu ziyarəti adi bir ziyarət deyildi. Bəlkə həm siyasi və həm də inqilabi bir ziyarət idi. O, bu ziyarəti ilə Yezidin (l.ə) və onun kimilərinin başına sanki çəkiclə zərbə vurdu.

Ətiyyə Ufi nəql edir: “Mən Cabirlə bir yerdə İmam Hüseyni (ə) ziyarət etməyə getdim. O zaman ki, Kərbəlaya çatdıq, Cabir Fərat çayına getdi və qüsl aldı. Dəsmalın birini belinə bağladı və o birisinə də çiyninə atdı. Sonra özü ilə gətirdiyi kisəni açdı və ətirlə özünü ətirləndirdi. Sonra isə İmam Hüseyn (ə) hərəminə tərəf hərəkət etdi. Allahın zikri ilə məşğul idi, özünü qəbirə çatdırdı. Dedi: “Məni Hüseynin (ə) qəbrinə çatdır ki, onu hiss edim”. Əlini tutdum və qəbirə tərəf apardım. O zaman ki, əli İmam Hüseyn (ə) türbətinə dəydi, şiddətli üzüntüdən özündən getdi və qəbrin üstünə düşdü. Mən onun üzünə su tökdüm və özünə gəldi. Üç dəfə dedi: “Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!” Sonra dedi: “Məgər dost, dostun cavabını verməz? Necə cavab verəsən ki, qan boğazından çiyninə və sinənə axmışdı. Başınla bədənin arasına ayrılıq salmışdı. Mən şəhadət verirəm ki, sən ən yaxşı Peyğəmbərin (s) övladı və möminlərin sərvəri, təqva nümunəsi, Kəsa səhabələrinin beşincisisən. Möminlərin qəlbi bu ayrılıqdan yandı, onlar şəkk etmirlər ki, sən sağsan. Allahın salamı olsun sənə. Şəhadət verirəm ki, sənin dastanın Həzrət Yəhya ibni Zəkəriyyanın (ə) şəhadəti kimidir”.

Sonra başqa Kərbəla şəhidlərini də bu cür ziyarət etdi. O deyirdi: “Salam olsun sizə, ey ruhlar ki, İmam Hüseyn (ə) qəbrində yer almısınız. Şəhadət verirəm ki, siz namaz qılmısınız, zəkat vermisiniz, əmr-be-məruf və nəhy-əz-munkər etmisiniz. Yolunu azanlarla vuruşdunuz. Siz Allaha ibadət etdiniz və ölüm gəlib çatdı. Muhəmmədi (s) göndərən Allaha and olsun ki, daxil olduğunuz o şeydə şərik idik”. Cabirdən soruşdum: “Biz onların cihadında necə şərik olmuşuq ki? Biz axı onlarla bir yerdə qılınc vurmamışıq?” Cabir cavabında dedi: “Ey Ətiyyə! Həbibim Rəsuləllahdan (s) eşitmişdim ki, buyururdu: “Hər kim hansı qövmü sevərsə, onunla məhşur olar. Hər kim həmin qövmün əməlini sevərsə, həmin əməldə onlarla şərik olar”. Allaha and olsun ki, mənim və səhabələrimin niyyəti İmam Hüseynin (ə) və səhabələrinin niyyəti idi. Bu niyyətə görə şəhid oldular”. Sonra dedi: “Məni Kufə evlərinə tərəf apar”. Yolun yarısını getmişdik ki, dedi: Ey Ətiyyə! Belə güman edirəm ki, bu səfərdən sonra səni bir daha görə bilməyəcəyəm. İstəyirsən, sənə vəsiyyət edəm? Ali Muhəmmədin (s) dostlarını sev o zamana qədər ki, dostu olarlar. Ali Muhəmmədin (s) düşmənlərini düşmən bil o zamana qədər ki, düşməni olarlar. Muhəmməd (s) və Ali Muhəmmədin (s) dostları ilə mehriban ol, əgər günah nəticəsində bir addımın titrəyərsə, bu məhəbbət nəticəsində o biri addımın sabit qalar. Onların dostları behiştə və düşmənləri cəhənnəmə gedərlər”.

Maraqlı nöqtə odur ki, İmam Hüseynin (ə) müqəddəs zərhinin üst tərəfi Hindistan Əhli-beyt (ə) davamçıları tərəfindən hazırlanmışdır və orada qızıl su ilə “Nur” ayəsi və bu hədis yazılmışdır. “Ey Cabir! Hüseynin (ə) qəbrini ziyarət et, çünki Hüseyn (ə) qəbrinin ziyarətinin mükafatı yüz həccə bərabərdir. Həqiqətdə Hüseyn ibn Əlinin (ə) qəbri behişt gülzarlarındandır. Və Kərbəla torpağı behişt torpağı sayılır. Cabir Peyğəmbərin (s) sifarişinə əməl etdi və ilk zəvvar olaraq, çətin bir vaxtda bu sünnətin təməlini qoydu”

İmam Hüseynin (ə) ilk zəvvarı Cabir ibn Abdullah


Geri dön

B_A_H_A_R

  • 3 mart 2012 23:03
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
ALLAH RAZI OLSUN BU MENIMDE ARZUMDUR.ZIYARET.INSALLAH ALLAH MENE NESIB EDER.AMIN

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

sun_shine98

  • 3 mart 2012 18:02
  • Məqalə: 0
  • Şərh: 404
  • Bal:
{awards}
T E SH E K K U R L E R . . .

--------------------
ARKAMDAN KONUSUP BESTE YAPACAĞINA,YÜZÜME KONUŞ DÜET YAPALIM

...BARSA FANATI....

  • 3 mart 2012 17:45
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
Sitat: mirsaab
tesekkurler ALLAH RAZI

mirsaab

  • 3 mart 2012 16:23
  • Məqalə: 0
  • Şərh: 377
  • Bal:
{awards}
tesekkurler ALLAH RAZI

--------------------
Uzulme!Istediyin bir sey olmursa,ya daha yaxsisi olacagi ucun;ya da dogurdan da olmamasi daha lazim oldugu ucundur...

_GISELLA_

  • 3 mart 2012 15:35
  • Məqalə: 17
  • Şərh: 335
  • Bal:
{awards}
tewekkurler......ALLAH RAZI OLSUN

--------------------
Ağlıma belə gəlmirsən artıq...
O qədər ürəyimdəsən ki...

enigmatic_girl

  • 3 mart 2012 15:13
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Tesekkurler...

--------------------

s_a_b_r_i_n_a

  • 3 mart 2012 15:00
  • Məqalə: 25
  • Şərh: 997
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN......

--------------------

FLY TİME

  • 3 mart 2012 14:59
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
ilk serh menden..ALLAH razi olsun
!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 66
Cəmi: 88

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}