Pəncərə

 
Pəncərə

Pərdəni çəkdim. Həyatım qara rəndə idi? Yox. Sadəcə soyuqdan pəncərənin şüşəsini buxar örtmüşdü.

Yaşanan qara səhifəni silmək bu qədərmi çətin?

Şüşəyə qəmli insan şəxili çəkib pəncərəini açdım. Əlimi çölə uzatdım. Yağışın damlası əlimə düşdü. O dəqiqə əlimi dala çəkdim. Qorxu insanı niyə geri çəkir?

Bəlkə o əlimə xəbərsiz düşdü. Xəbərsiz həyatımıza gəlib və bir yağış damlasıtək axıb gedən insanlar kimi.

Buludlar elə sıx düzülmüşdülər ki, sanki biri-birini qucaqlamış vəziyyətdə idilər. Qorxurdularmı? Yoxsa bu sadəcə birlik idi?

Dara düşəndə bir yerə yığılırıq və sonda yağış kimi ağlayırıq çünki... bu anda şimşək çaxdı. Qorxdum. 1 addım geri amma bir qədər sonra 2 addım irəli .

Şimşəyin o əzəmətli işığı,mən necə cəlb etmişdisə gözəl ,yaraşıqlı insanlar kimi, amma fərqinə varmırdım ki,bir azda diqqətli baxsam gözəlliyinin

təhlükəliliyini aşkar edəcəm.

Biz bu qədərmi nəfsimizin qurbanıyıq?

Günəş doğmaq istəyirdi. Bax, günəş həyata şəfəq saçanda buludlar ayrıldılar. Necə ki,insanar bir azda zirvəyə qalxanda dünən ki,yağışlı günü unudurlarmış kimi.

Biz bu qədərmi vicdansız olduq?

Artıq pəncərəni bağlamaq istədikdə çəkdiyim şəkilin süzülüb axıb getdiyini gördüm. Pəncərəmin şüşəsi güzgü kimi idi.

Bu güzgüdən həyata baxdıqda, parıldayan gözləri və təbəssümlü simanı gördüm...

Fəsillər keçəcək yenə pəncərəmi qar basacaq... Zamanla hər şey silinəcək amma əsas odur ki, ləkəsi qalmasın...


Geri dön

Yusif

  • 3 noyabr 2010 17:30
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
cox maraglidi tesekkur1231232212

Ulya

  • 1 noyabr 2010 19:25
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 27
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 61
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}