Günün qoroskopu (03.03.2012)

 
Günün qoroskopu (03.03.2012)

Bir çoxları bu gün həyatlarını dəyişmək, yeni səhifə açmaq fikrinə düşəcəklər. Bu niyyətin özündə pis heç nə yoxdur, amma o heç də həmişə layiqincə reallaşmır.

Hətta sakit və ehtiyatlı insanlar da macəralara həvəs göstərirlər. Bəziləri isə şübhəli bir məqsədə çatmaq naminə öz prinsiplərindən imtina edirlər – nəticə isə niyyət qədər gözəl alınmır.


Sevgililər arasında mübahisələr mümkündür. Hətta ən güclü hisslər belə fikir ayrılıqlarına mane ola bilmir. Konstruktiv müzakirə aparmaq, yalan danışmamaq və şəxsiyyəti təhqirə keçməkdən özünü saxlamaq bu gün, demək olar ki, qeyri-mümkündür.

Qoç – Həqiqətən də, çətin gündür. Qoçlar həmkarları ilə dil tapa bilmirlər. Xüsusilə işdə gənc xanımlar çoxluq təşkil edirsə, işiniz daha da çətinləşir. İstənilən xırdalıq mübahisəyə səbəb olur. Hətta köhnə, etibarlı dostlarınızla da aranız dəyir.

Həm şəxsi, həm də işdəki problemlərlə iş bitmir. Bunlara maliyyə problemləri, itkilər, yersiz xərclər də əlavə oluna bilər. Şərait axşama doğru dəyişəcək, sınaqların çoxu arxada qalacaq və siz rahat nəfəs ala biləcəksiniz.

Buğa – İstənilən məşğuliyyət üçün münasib gündür, amma o, daha çox yaradıcı münasibət tələb edən işlər üçün yaxşıdır. Yaxşı ideyalar sarıdan qıtlıq çəkməyəcəksiniz, onları həyata keçirmək üçün tərəfdaş tapmaq da çətin olmayacaq. Səfərlər, ekskursiyalar, alış-veriş üçün əla gündür.

Yaşlı qadınlarla mübahisələriniz yarana bilər. Onun fikirlərini dinləyin, ya da özünüzü elə göstərin ki, guya dinləyirsiniz. O zaman münaqişədən yaxa qurtara bilərsiniz. Pul və hədiyyələr ala bilərsiniz.

Əkizlər - Günü yaxşı adlandırmaq olmaz. Yalnız səhəriniz uğurlu olacaq, odur ki, lap tezdən oyanmağa çalışın. Bütün gününüz, demək olar ki, işləməklə keçəcək. İşlərinizin əksəriyyətini isə nə faydalı adlandırmaq mümkündür, nə də xoş. Sizi bir dəqiqə də olsun, rahat buraxmırlar. Tezliklə hamıdan, hətta ən yaxın hesab etdiyiniz insanlardan belə qaçıb qurtarmaq istəyi yaranacaq.

Qaba, aqressiv insanlarla rastlaşmaq ehtimalınız böyükdür. Çox insanın olduğu tədbirlərə qatılmaq, mağazalara, bazarlara getmək məsləhət deyil. Maliyyə itkiləriniz mümkündür.

Xərçəng – Günün ilk yarısı müsbət tendensiyaların təsirini hiss edəcəksiniz. Sonrakı saatlarda isə bunlar azalmağa başlayacaq. Qəfil əsəbilik tutmaları mümkündür, olsun ki, bunlar sizin yaxınlarınızla münasibətlərinizə ciddi şəkildə təsir göstərəcək.

Bir məsələyə diqqət yetitrmək çox çətindir, sizin fikriniz daim yayınır, ikinci dərəcəli işlər sizi bataqlıq kimi ağuşuna alır. Şəraiti dəyişə bilərsiniz, bunun üçün məhz həlli vacib olan problemlərə köklənməyiniz gərəkdir.

Şir – Yaxşı gündür. Çalışın, bu günə ciddi, vacib və məsuliyyətli planlar qurmayasınız. Əhvalınız yüksəkdir, ciddilik sizdən yan gəzir. Əyləncəyə və asudə vaxtın təşkilinə dair fikirləriniz isə, sözün əsl mənasında, qaynaşır. Gün xeyli söhbətlə yadda qalacaq, bunların çoxu sizdə xoş təəssürat yaradacaq, özünüz haqda yaxşı sözlər eşidəcəksiniz.

Günün yeganə pis cəhəti emosional fonun sabit olmamasıdır. Müəyyən məqamda kədərlənə, darıxa bilərsiniz. Əlbəttə ki, yaxınlarınız sizin başınızı qatmağa çalışacaqlar, amma siz özünüz istəməsəniz, çətin ki, onlarda bir şey alına.

Qız - Bütün planları həyata keçirmək mümkün deyil. Bunu nə qədər tez anlasanız, bir o qədər gücünüzü qorumuş olacaqsınız. İndiyədək tərəfdar hesab etdiklərinizi köməyə çağırmağın mənası yoxdur: bütün problemləri bu gün özünüz həll etməli olacaqsınız. Maliyyə vəziyyətiniz yaxşı deyil, yaxşı olar ki, alış-verişdən çəkinəsiniz.

Şəraiti dəyişmək mümkündür. Bunun üçün əvvəlcə olanları yaxşıca götür-qoy etmək, sonra isə hərəkət planı fikirləşib tapmaq lazımdır. Bu zaman sizin yaradıcı qabiliyyətləriniz köməyinizə çatacaq. İstənilən məqsədə nail olmaq üçün orijinal ideyalardan istifadə etmək məsləhətdir.

Tərəzi – Birmənalı gün deyil. Əvvəlcə sizə elə gələcək ki, sizi əhatə edən insanların hamısı sizə qarşıdır. Bu hiss sizi özünüzdən çıxaracaq. Amma tədricən mənəvi taprazlığınızı özünüzə qaytara biləcəksiniz. Mənfi emosiyalarınız azalacaq, rahat nəfəs alacaqsınız. Bu zaman maraqlı ideyalarınız yaranacaq, yaxşı təkliflər ala bilərsiniz, onları heç düşünmədən qəbul edə bilərsiniz.

Axşam isə texnika sıradan çıxa bilər. Həmçinin hesablamalarda yanılmaq ehtimalınız da böyükdür. Bu vaxt əl işləri ilə məşğul olmaq, yaxud mətbəxdə təcrübələr aparmaq məsləhət deyil. İntim münasibətlərdə isə yenilikləri tətbiq edə bilərsiniz.

Əqrəb – Bu gün də həddən artıq ehtiyatlı olmalısınız. Bütün vacib işlərinizi təxirə salmağınız məsləhətdir. Daha çox cari, səhv etmək ehtimalınızın az olduğu işlərlə məşğul olmağa çalışın. Uzaq səfərlərə, xüsusən, sükan arxasında və axşamçağı, getməkdən çəkinin.

Yaxın adamlarınızla ünsiyyət üçün münasib vaxt səhər çağıdır. Bu zaman fikir ayrılıqlarından, mübahisəli situasiyalardan qaçmaq mümkündür. Saatlar ötdükcə isə insanlarla dil tapmaq sizin üçün çətin olur. Ən yaxın adamlarınızdan başqa heç kimə sirr verməyin! Sirləriniz faş olarsa, heç də xeyrinizə olmayacaq.

Oxatan – Həm yaxşı, həm də pis hadisələr bol olacaq. Sizə yaxın olan bir qadınla münaqişəniz mümkündür. Fikir ayrılıqları elə də dərin deyil, amma barışmağınıza çoxdankı bir incikliyiniz mane olur. Sizə elə gəlir ki, bir müddət ayrı qalmaq daha yaxşı olar. Əvəzində rəyi sizin üçün vacib olan kişilərlə münasibətləriniz əladır, onlarla əlaqələriniz daha da möhkəmlənir.

Sevən Oxatalar həyəcananmaya bilərlər. Ancaq onlar həm sevdikləri, həm də münasibətlərinin gələcək inkişafı barədə çox fikirləşirlər, adi detallara isə diqqət yetirmirlər. Nəticədə bir çox məsələlər həll olunmamış, işlər yarımçıq qalır.

Oğlaq – Həyatınızın bir çox sahələrində bu gün dəyişikliklər gözlənilir. Maraqlı ideyalarınız olacaq, tərəfdaş və həmfikirləriniz peyda olacaq. Yeni təəssüratlar axtarışındasınız və bu səbəbdən xeyli zəhmət çəkməli olmağınız da sizi qorxutmur.

Bu qədər gözəl günün pis cəhəti də var, o da ev işlərinin həddən artıq çox olmasıdır. Bunlar xırda olmalarına baxmayaraq həddən artıq çox diqqət tələb edir və vaxt aparır. Bəzən əsəbləriniz gəriləcək, güclü emosional gərginlik hiss edəcəksiniz, ən pisi də odur ki, bunun səbəbini bilmirsiniz. Axşamı gəzintilərə, ekskursiyalara, romantik görüşlərə həsr edə bilərsiniz.

Dolça – Günün birinci yarısı emosiyaların əlində əsir qalacaqsınız. Tezliklə bundan xilas olmağa çalışın. Əgər bunu etməsəniz, sonrakı saatları da pis əhvalda keçirməli olacaqsınız. Çoxlu maraqlı imkanlarınız olacaq, bunları görməli və onlardan yararlanmalısınız. Xoş sürprizlər də az deyil.

Məsələn, günün birinci yarısında hansısa idman yarışında, yaxud dostlarınızla mərcdə qalib gələ bilərsiniz. Çoxdan rəğbət bəslədiyiniz bir insanla görüşməyiniz mümkündür. Bəzi Dolçalar isə uzun zamandan bəri həsrətində olduqları romantik görüşə dəvət alacaqlar.

Balıqlar – Gün major notlarla başlayır. Öz gücünüzə inamınız həddən artıq çoxdur, çətin bir işin qulpundan yapışsanız, onu tez bir zamanda həll edə bilərsiniz. Bu zaman vədlər asanlıqla verilir və o cür tezliklə də yerinə yetirilir. Nəinki siz, hətta yaxınlarınız da sizin bütün işlərin altından çıxa biləcəyinizə inanırlar.

Təəssüf ki, günün ikinci yarısı tam fərqlidir. Həm pis fikirlər, həm depressiv əhval-ruhiyyə, prinsiplərinizə şübhələriniz sizə rahatlıq verməycək. Yalnız tanıyıb etibar etdiyiniz insanlarla ünsiyyət qurun, əks halda pis təsir altına düşə bilərsiniz.


Geri dön

Dalga

  • 3 mart 2012 20:56
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
eqrebi oxudum - gedesi yerim var lap qorxdum amma mutleq getmeliyem.Sukan arxasinda gerek ozum oturmayim qardawima deyerem bu gunluk o aparar Tewekkurler

--------------------

black cat

  • 3 mart 2012 14:48
  • Məqalə: 0
  • Şərh: 46
  • Bal:
{awards}
Günün ilk yarısı müsbət tendensiyaların təsirini hiss edəcəksiniz. Sonrakı saatlarda isə bunlar azalmağa başlayacaq. Qəfil əsəbilik tutmaları mümkündür, olsun ki, bunlar sizin yaxınlarınızla münasibətlərinizə ciddi şəkildə təsir göstərəcək.
duzdu eeeeeeeee recourse

--------------------
"Biliyorum, imkansız aşk bu!
Ama hükmedemiyorum kendime...
Çünkü, Yüreğim seni çok sevdi!.."

enigmatic_girl

  • 3 mart 2012 14:05
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Əkizlər - Günü yaxşı adlandırmaq olmaz. Yalnız səhəriniz uğurlu olacaq, odur ki, lap tezdən oyanmağa çalışın. Bütün gününüz, demək olar ki, işləməklə keçəcək. İşlərinizin əksəriyyətini isə nə faydalı adlandırmaq mümkündür, nə də xoş. Sizi bir dəqiqə də olsun, rahat buraxmırlar. Tezliklə hamıdan, hətta ən yaxın hesab etdiyiniz insanlardan belə qaçıb qurtarmaq istəyi yaranacaq.

Qaba, aqressiv insanlarla rastlaşmaq ehtimalınız böyükdür. Çox insanın olduğu tədbirlərə qatılmaq, mağazalara, bazarlara getmək məsləhət deyil. Maliyyə itkiləriniz mümkündür.

DOGRUDUR>>>> wassat

--------------------

Melek Kiz

  • 3 mart 2012 12:38
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
Tərəzi – Birmənalı gün deyil. Əvvəlcə sizə elə gələcək ki, sizi əhatə edən insanların hamısı sizə qarşıdır. Bu hiss sizi özünüzdən çıxaracaq. Amma tədricən mənəvi taprazlığınızı özünüzə qaytara biləcəksiniz. Mənfi emosiyalarınız azalacaq, rahat nəfəs alacaqsınız. Bu zaman maraqlı ideyalarınız yaranacaq, yaxşı təkliflər ala bilərsiniz, onları heç düşünmədən qəbul edə bilərsiniz.

Axşam isə texnika sıradan çıxa bilər. Həmçinin hesablamalarda yanılmaq ehtimalınız da böyükdür. Bu vaxt əl işləri ilə məşğul olmaq, yaxud mətbəxdə təcrübələr aparmaq məsləhət deyil. İntim münasibətlərdə isə yenilikləri tətbiq edə bilərsiniz.

DEMET_AKALIN

  • 3 mart 2012 12:28
  • Məqalə: 0
  • Şərh: 618
  • Bal:
{awards}
sukur_____qoc

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

Мой Мир

  • 3 mart 2012 12:08
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
Qoç – Həqiqətən də, çətin gündür. Qoçlar həmkarları ilə dil tapa bilmirlər. Xüsusilə işdə gənc xanımlar çoxluq təşkil edirsə, işiniz daha da çətinləşir. İstənilən xırdalıq mübahisəyə səbəb olur. Hətta köhnə, etibarlı dostlarınızla da aranız dəyir.

Həm şəxsi, həm də işdəki problemlərlə iş bitmir. Bunlara maliyyə problemləri, itkilər, yersiz xərclər də əlavə oluna bilər. Şərait axşama doğru dəyişəcək, sınaqların çoxu arxada qalacaq və siz rahat nəfəs ala biləcəksiniz.
Heqiqietende cox ama cox esebiyem birine duz deyir xirda bir isden mubahisemiz dusdu angry twkkkk

--------------------
∞♥

J ♥ S

  • 3 mart 2012 11:42
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
InwAALLAH her wey yaxwi olar. tewekkur edirem. ama burcumde yaxwi weyler yazilmayibe belede recourse

--------------------
J & S ∞♥....

Dinar Mamedova

  • 3 mart 2012 11:37
  • Məqalə: 772
  • Şərh: 1825
  • Bal:
{awards}
Tərəzi – Birmənalı gün deyil. Əvvəlcə sizə elə gələcək ki, sizi əhatə edən insanların hamısı sizə qarşıdır. Bu hiss sizi özünüzdən çıxaracaq. Amma tədricən mənəvi taprazlığınızı özünüzə qaytara biləcəksiniz. Mənfi emosiyalarınız azalacaq, rahat nəfəs alacaqsınız. Bu zaman maraqlı ideyalarınız yaranacaq, yaxşı təkliflər ala bilərsiniz, onları heç düşünmədən qəbul edə bilərsiniz.

Axşam isə texnika sıradan çıxa bilər. Həmçinin hesablamalarda yanılmaq ehtimalınız da böyükdür. Bu vaxt əl işləri ilə məşğul olmaq, yaxud mətbəxdə təcrübələr aparmaq məsləhət deyil. İntim münasibətlərdə isə yenilikləri tətbiq edə bilərsiniz.

--------------------

lau

  • 3 mart 2012 11:15
  • Məqalə: 0
  • Şərh: 187
  • Bal:
{awards}
Balıqlar – Gün major notlarla başlayır. Öz gücünüzə inamınız həddən artıq çoxdur, çətin bir işin qulpundan yapışsanız, onu tez bir zamanda həll edə bilərsiniz. Bu zaman vədlər asanlıqla verilir və o cür tezliklə də yerinə yetirilir. Nəinki siz, hətta yaxınlarınız da sizin bütün işlərin altından çıxa biləcəyinizə inanırlar.

Təəssüf ki, günün ikinci yarısı tam fərqlidir. Həm pis fikirlər, həm depressiv əhval-ruhiyyə, prinsiplərinizə şübhələriniz sizə rahatlıq verməycək. Yalnız tanıyıb etibar etdiyiniz insanlarla ünsiyyət qurun, əks halda pis təsir altına düşə bilərsiniz.






tesekkurlerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

--------------------
Dost istəsən ALLAH, sohbət istəsən Quran, düşmən istəsən nəfs, varlı olmaq istəsən qənaət yetər!!!

_TUNAR_MAMEDOV_

  • 3 mart 2012 10:58
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
Əqrəb – Bu gün də həddən artıq ehtiyatlı olmalısınız. Bütün vacib işlərinizi təxirə salmağınız məsləhətdir. Daha çox cari, səhv etmək ehtimalınızın az olduğu işlərlə məşğul olmağa çalışın. Uzaq səfərlərə, xüsusən, sükan arxasında və axşamçağı, getməkdən çəkinin.
cox sag ol..twk edrem..

--------------------

C.I

  • 3 mart 2012 10:43
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
Əqrəb – Bu gün də həddən artıq ehtiyatlı olmalısınız. Bütün vacib işlərinizi təxirə salmağınız məsləhətdir. Daha çox cari, səhv etmək ehtimalınızın az olduğu işlərlə məşğul olmağa çalışın. Uzaq səfərlərə, xüsusən, sükan arxasında və axşamçağı, getməkdən çəkinin.

Yaxın adamlarınızla ünsiyyət üçün münasib vaxt səhər çağıdır. Bu zaman fikir ayrılıqlarından, mübahisəli situasiyalardan qaçmaq mümkündür. Saatlar ötdükcə isə insanlarla dil tapmaq sizin üçün çətin olur. Ən yaxın adamlarınızdan başqa heç kimə sirr verməyin! Sirləriniz faş olarsa, heç də xeyrinizə olmayacaq.

Allah ozu komek etsin.....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 26
Cəmi: 48

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 719
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}