Sual-Cavab: Sual 9

 
Sual-Cavab: Sual 9

Sual 9:

Doğrudanmı, imam Hüseyn (ə) və onun ətrafındakılar Kərbəlada susuz saxlanıldı?

Cavab:

Mö`təbər tarixi mə`lumatlardan bəlli olur ki, imamın (ə) şəhadətindən üç gün qabaq (məhərrəmin yeddinci günü) ibn Ziyaddan Ömər ibn Sə`də belə bir əmr gəldi: “Hüseynlə suyun arasını kəs, bir damla da içməyə qoyma.” Bu əmr vaxtilə Osmana su verilməməsinin intiqamı kimi təqdim olunurdu. (Hansı ki, Osmanın evini mühasirəyə almış izdihamı yarıb ona su aparan Həzrət Əli (ə) idi.

Tezliklə bu əmri alan ibn Sə`d, Əmr ibn Həccacı beş yüz atlı ilə Fərat çayının qarşısını kəsmək üçün göndərdi. Bu iki-üç gün ərzində imam (ə) və onun köməkçiləri suya yol tapmaq üçün xeyli sə`y göstərdilər. Çünki qaynar səhrada qadın və uşaqların da olduğu karvanın susuzluğa dözməsi olduqca çətin idi.

Bə`zi məlumatlarda belə bildirilir: İmam Hüseyn (ə) öz düşərgəsində quyu qazmağa başlamışdı. Bu xəbər İbn Ziyada çatan kimi İbn Sə`də əmr olundu ki, bu işin qarşısını alsın.

Mə`lumatlarda bildirilir ki, həzrət Əbbas (ə) otuz süvari və iyirmi piyada ilə (bayraqdar, Nafe ibn Hilal olmaqla) Fərata həmlə etdi. Onlar Əmr ibn Həccacın dəstəsi ilə vuruşub, iyirmi məşk su götürməyə müvəffəq oldular.
(“Vəq`ətul-təf”,s. 152)
Bu mə’lumatda dəqiq vaxt göstərilmir.

Bə`zi mə`lumatlarda nəql olunur ki, Aşura günü imam (ə) öz bacısı Zeynəbin üzünə su çilədi. Çünki şəhadətin yaxınlaşdığı barədə imamın (ə) oxuduğu şe`ri eşidən Zeynəb özündən getmişdi.
(“Tarixe Yə`qubi” c. 2, s. 244)

Bu mə`lumat Aşura axşamı düşərgədə su olduğunu bildirir. Əllamə Məclisi Aşura günü sübh düşərgədə hətta içmək üçün su olmadığını inkar edir. İmam öz səhabələrinə buyurur: “Qalxın su için, bu sizin dünyada son azuqənizdir. Dəstəmaz alın qüsl verin, paltarlarınızı yuyun, onlar kəfəniniz olasıdır”. Sonra imam sübh namazını onlarla cəm şəkildə qıldı.”
(“Biharul-ənvar”, c. 44 s. 317)

Deyilənlərdən belə mə`lum olur ki, Aşura günü sübh su ehtiyatı qurtardıqdan sonra yenidən su əldə etmək mümkün olmadı. İmam (ə) və onun ətrafındakılar şəhadətə çatanadək susuzluqdan əziyyət çəkdilər.

İbn Sə`din qoşunundakılardan biri rişxəndlə dedi: “Ey Hüseyn, ey Hüseyn dostları görürsünüzmü, Fəratın suyu ilan qarnı tək necə işıldayır! And olsun Allaha, ölənədək bu sudan bir damla içməyəcəksiniz!”
(“Biharul-ənvar”, c.44,s 317)

Hürr də Aşura günü kufəliləri nəsihət edərkən suyun qabağını kəsdikləri üçün onları qınayır.
(“İnsab- əşraf”, c. 44, s. 317)

Bir çox mənbələrdə imamın (ə) su üçün sə`yləri, Şimrin suyun qarşısını kəsməsi, imamın ona nifrini haqqında danışılır.
(“Biharul-ənvar”, c. 45,s. 51)

Əllamə Məclisi bir rəvayətdə imamın (ə) Əbbası su üçün Fərata göndərməsi və Əbbasın bu yolda şəhadətə yetirilməsi barədə mə`lumat verir.
(“Biharul-ənvar”, c. 45, s. 41, 42)


Geri dön

B_A_H_A_R

  • 3 mart 2012 23:58
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
ALLAH ONLARA LENET ETSIN

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

✿Victoria✿

  • 3 mart 2012 17:43
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN BU SUALIN CAVABI MENE DE MARAQLI IDI

--------------------

_GISELLA_

  • 3 mart 2012 17:34
  • Məqalə: 17
  • Şərh: 337
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN... smile

--------------------
Ağlıma belə gəlmirsən artıq...
O qədər ürəyimdəsən ki...

s_a_b_r_i_n_a

  • 3 mart 2012 17:28
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.......

--------------------

Bella...

  • 3 mart 2012 17:27
  • Məqalə: 2
  • Şərh: 414
  • Bal:
{awards}
Allah bagiwlasin

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 42

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}