Hikmət sahibləri belə deyiblər

 
Hikmət sahibləri belə deyiblər


Dörd şey uzun müddət qalmaz:
şər adamın dostluğu,
ayağı sürüşkən qadının eşqi,
yalan sitayiş,
cavanların gözəlliyi.

Ovlada dörd şey xasdır:
Onun məhəbbəti atanınkından az olar, çünki o məhsul və nəticədir.
O uzun müddət özünün necə əmələ gəldiyini başa düşməz.
O nə qədər ki ağlı kəsmir atası sağdır qədrini bilməz.
Amma o elə ki həyatı başa düşdü və atası dünyasını dəyişdi onun böyüklüyünü dərk edər.

Dörd şey gözəldir, lakin...
Kişilərin utanması gözəldir. Lakin qadınların utanması ondan daha gözəldir.
Hər kəsin ədalətli olması gözəldir. Lakin əmr sahiblərinin ədalətli olması daha gözəldir.
Qocanın tövbəsi gözəldir. Lakin gəncin tövbəsi daha gözəldir.
Zənginin comərdliyi gözəldir. Lakin kasıbın comərdliyi daha gözəldir.

Həyat qısadır və bu həyatda dörd şeyi unutma:
Unutduqlarını xatırla,
Darıxdınsa axtar,
İncitdinsə üzr istə,
İncidinsə bağışla.

Dörd meyara bənzə:
Sevgidə günəş kimi ol,
Dostluq və qardaşlıqda axar su kimi ol,
Səhvləri örtməkdə gecə kimi ol,
Təvazökarlıqda torpaq kimi ol!

Dörd şeyi gizli saxlamaq yaxşılıq xəzinələrindəndir:
Ehtiyacı,
sədəqəni,
ağrını
və bəlanı (yəni, onlardan şikayət edilməsin)

Dörd şeyi dörd şey vasitəsi ilə yu:
üzü göz yaşı ilə (yəni, Allah xofu və günah qorxusundan),
dili zikr vasitəsilə,
qəlbi Allah qorxusu ilə
və günahı da tövbə vasitəsi ilə.

Dörd cür insan var:
Bəziləri bilir, lakin, bildiyini bilmir. Belələri unutqanlardır, onların yadına salın.
Bəziləri bilmir və bilir də ki, bilmir. Belələri cahillərdir, onlara təlim-tərbiyə verin.
Bəziləri bilmir və bilmir ki, bilmir (yəni, bilmədiyini də bilmir) bunlar nadanlardır, belələrini başlı-başına buraxın.
Bəziləri də ki, bilir və bildiyini də bilir. Bunların ardınca gedin, bunlar alimlərdir.

Dörd şey doymaz
göz gözəl üzdən,
qulaq yeni sözdən,
beyin nəsihətdən,
ürək eşqdən.

Dörd kəsdən başqa heç kəslə dostluq etmə:
Xeyrinə ümidvar olduğun kəslə.
Şərindən amanda olduğun kəslə.
Əməlindən bəhrələndiyin kəslə.
Duasının bərəkətindən istifadə etdiyin kəslə.


Geri dön

Ulya

  • 1 noyabr 2010 19:45
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox gozel sozlerdi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}