Bu yaz nə dəbdədir?

 
Bu yaz nə dəbdədir?

Artıq yaz gəlir. Modelyerlər havaların isinməsi ilə əlaqədar olaraq yeni kolleksiyalarını hazırlayıblar. Kolleksiyalardan da göründüyü kimi bizi qarşıdan rəngarəng bir mövsüm gözləyir. Bu yaz-yay hər kəsin geyinmək istədiyi əlvan rənglər mütləq olacaq.

Forma baxımından bu il fərqlilik daha yaxşı nəzərə çarpacaq. Belə ki, mövsümün ən dəbli geyimlərindən biri assimetrik ətəklər olacaq. Bu cür ətəklərin dəbi qışdan başlayıb. Bu mövsümdə də bol-bol önü qısa, arxası uzun ətəklər və donlar görəcəyik.

Qayıq yaxa paltarlar çiyinlərin gözəlliyini göstərmək üçün yaxşı vasitədir. Yeni mövsümdə bütün qadınların qarderobunda belə geyimlər olmalıdır.

Yaz yayda qadınların
ən çox üstünlük verəcəyi paltarlar arasında şifonun da özünəməxsus yerinin olması gözlənilir. Bundan əlavə tüllər, güpürlər də bu mövsümün hitləri arasında yer alacaq. Geyimlərdə daha çox güllü, çiçəkli dizaynlar fərqlənəcək.
İlin trend rənglərinə gəldikdə isə modelyerlər bu sahədə bizə əlvanlıq söz verirlər. Bu yayda günəş tonlarında olan rənglər - sarı, narıncı, qırmızı diqqət mərkəzində olacaq. 2012-nin əsas aparıcı rəngi isə narıncıdır. Modelyerlər bu rəngə kolleksiyalarında daha çox yer ayırıblar. İlin hiti olacaq bu rəngi, onun müxtəlif çalarlarını hər şeydə - paltarda, aksessuarlarda, ayaqqabılarda görəcəyik.
Bu yazın ən dəbli ünsürlərdən biri də həmişə olduğu kimi ağ-qara olacaq. Aparıcı modelyerlərin kolleksiyalarında bu iki rəngdən ahəngdar şəkildə istifadə edilib. Bu rəngləri həm ayrılıqda, həm də qarışıq formada, paltarın hər hansı bir hissəsini vurğulamaqla istifadə etmək olar.

İlin dəbli rəngləri arasında mavi də özünə geniş yer edib. Mavinin çox tonunu kolleksiyalarda görmək mümkün olacaq.


Parlaqlıq - maraq dairəsində olmaq istəyirsiniz? Onda qarderobunda parlaq don, pencək, köynək, ayaqqabıya yer verə bilərsiniz. Gümüş, qızılı, zümrüd yaşılı, elektrik mavisi - istənilən rəngi seçin və diqqət mərkəzində qalın.

Bəs, yeni mövsümdə saç dəbləri hansılar olacaq? Dəb üzrə mütəxəssislər bu yay retro stillərin yenidən çoxluq təşkil edəcəyini proqnozlaşdırırlar. Xüsusilə dalğalar və retro kəsimlər.

Saçlarla bağlı dəbdə olan bir meyllik isə hörüklərlə bağlıdır. Hörüklər vasitəsilə romantik, səliqəli, dəbli görünüşə qovuşmaq o qədər də çətin deyil.
Mövsümdə rəğbət görəcək modellərdən biri də nəm görüntülü saçlardır. Modeylerlər kolleksiya təqdimatlarında saçlarda müxtəlif şallardan, baş örtüklərindən də istifadə ediblər. Podiumlarda saçlarını əlvan şal, yaylıqlarla yığan modellərlə kifayət qədər çox qarşılaşacağıq.
Növbə gəldi ayaqqabılara. İlin kolleksiyalarında rəngarənglik bu geyim növündə də özünü aydın göstərəcək. Belə ki, yayda həm dikdaban, həm də dabanlı ayaqqabılar geyinmək mümkün olacaq. Xüsusilə, sandallarda hörüklü, toxunuş formalı bəzəkləri olan, dəlikli, modellərə çox rast gələcəyik. Topuqdan bağlanan ayaqqabılar aktuallıq təşkil edəcək.
Ayaqqabılarda gül-çiçək bəzəkli modellər ön planda olacaq. Bant, tikmə, muncuqlar da əsas detallardandır.
Bu ilin ən fərqli cəhəti isə dabanların qalınlaşmasıdır. Belə ki, uzun və ya qısa olmasından asılı olmayaraq, ilin isti fəsillərində ayaqqabıların dabanları qalın olacaq.
Keçmişdə ayaqqabıların uclarının korlanmaması üçün istifadə edilən metal burunlar da yenidən qayıdır. Qızılı, gümüşü və ya daşlarla bəzədilmiş metal burunlu ayaqqabılar bu il qadınların favoriti olacaq.
Bu mövsümdə geyimdən fərqli olaraq makiyajda sadəlik ön planda olacaq. Zərif makiyaj və tünd rəngli dodaqlar... Bu yayda daha çox hiss edilməyəcək dərəcədə az makiyajdan istifadə aktual olacaq. Göz qapaqları pastel və açıq ronlarda kölgələr vasitəsilə təsirli görünüş qazanacaqlar.


Geri dön

Aquamarine

  • 6 mart 2012 16:51
  • Məqalə: 0
  • Şərh: 416
  • Bal:
twkler maraqli melumatlardi

--------------------
Məni sevməyən birinin arxasınca ağlamaqdansa, məni sevən birinin göz yaşlarını silərəm.

---ANGELA---

  • 3 mart 2012 20:01
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
Mən demək olar ki modanı takip etmirəm özümə yaraşanı geyinirəm love
modadan yalnız telefonu takip edirəm hansı təzə telefon çıxdı mütləq məndə də olur winked

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

Dalga

  • 3 mart 2012 19:55
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Oxudum tewekkur edirem Makijda sadelik on planda olacaq.Sadelik gozellikdir

--------------------

s_a_b_r_i_n_a

  • 3 mart 2012 15:42
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
cox sagol tewekkurler.......

--------------------

asqa

  • 3 mart 2012 14:55
  • Məqalə: 0
  • Şərh: 179
  • Bal:
{awards}
cox sagol tesekkur

enigmatic_girl

  • 3 mart 2012 14:25
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm tesekkurler...maraqli xeber idi..

--------------------

★Miss Love★

  • 3 mart 2012 13:21
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
melumaтlara gore sagol

... Deryam ...

  • 3 mart 2012 13:01
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Ən çox sevdiyim rənglər və geyimlər dəbdə olacaq winked

tşklər gözəl xəbrçün smile

--------------------

..:MeleK kiz:..

  • 3 mart 2012 13:00
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox laimli xeberdi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}