Ev bitkilərinə necə qulluq etmək lazımdır? (I hissə)

 
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (I hissə)

Ev bitkilərinə necə qulluq etmək lazımdır?

Əksər ev bitkiləri dünyanın hansısa bölməsində vəhşi şəkildə yetişən bitki növlərinin hibridləridir, ev bitkilərinizi sağlam saxlamaq üçün yaxşı qayda onları yarandıqları eyni ətraf mühitə uyğun şəkildə yetişdirməkdir.

Ola bilsin ki, siz ev bitkiniz üçün hər meyarı uyğunlaşdırmaqda bacarıqlı deyilsiniz, ancaq sizin bitkilərizin komfortunu təmin etmək üçün atdığınız hər kiçik addım onları sağlam saxlamaq üçün böyük addım olacaq. Mənzildə olan bitkinin sağlamlığı üçün lazım olan ən vacib elementlər su və işıqdır.

Əksər bitkilərin mürgüləmə və aktiv dövrü olur və onları sulamaq və gübrələmək hər mövsümdə fərqli olur.

Bitkiləri sulamaq

Əksər ev bitkiləri aktiv inkişaf dövrü ərzində suyu torpaq quruyana kimi tamamilə canına çəkməlidir.

Bitkini sulamağın xüsusi bir qaydası yoxdur, ancaq bu temperatura və torpaq tiplərinə müvafiq olaraq dəyişə bilər. Mənzildə bitkilər başqa səbəblərdən daha çox, həddən artıq sulanıldığına görə ölürlər.

Mənzildə olan suya insanların təhlükəsizliyi üçün kimyəvi maddələr qatılır, ancaq bitkilər xlor və ya ftorid kimi maddələri sevmirlər, buna görə də gülləri sulamazdan ən azı 24 saat əvvəl suyu açıq qabda saxlamaq lazımdır. Bu zaman kimyəvi maddələr suda dağılır və ya buxarlanır.

Gülə çox su verməkdənsə müntəzəm az-az sulamaq daha faydalıdır. Böyüməni təmin etmək üçün ayda bir dəfə gülə gübrə verə bilərsiniz. Əgər bitkidə böcək varsa təhlükəsizlik üçün üzvi maddələrdən istifadə edə bilərsiniz. Kəskin qoxulu öldürücü maddələrdən istifadə etmək məsləhətli deyil, çünki bu sizin sağlamlığınıza mənfi təsir edə bilər.

Güllərin yarpaqlarının kənarının zəif saralmasına diqqət edin. Əgər belə nişanələr varsa, bu o deməkdi ki, siz gülü çox sulamısınız. Bu halda torpaq quruyana qədər gözləyin.Çox sulamaq həm də torpaqda mamır və yosunun inkişafını surətləndirir. Bur çox güllər mart-oktyabr ayları ərzində daha çox su tələb edir, çünki, bu onların böyümə dövrüdür. Güllər oksigen ixrac etdiyi üçün hər ev üçün lazımdır.Unutmayın ki, güllər qayğı görəndə daha tez böyüyür.

Ev bitkiləri üçün tələb olunan işıq

Bitkinin aldığı işığın miqdarı və intensivliyi onun həyatının əsas hissəsini təşkil edir. Ancaq evdə olan işığın intensivliyi bitkiyə lazım olandan azdır. Kafi işığın olmaması yarpaqların daha solğun, parıltısız və uzundraz böyüməsinə səbəb olur. Bunun qarşısını almaq üçün bitkini pəncərəyə daha yaxın yerləşdirmək lazımdır və ya işıqlanması fərqli olan başqa otağa keçirmək olar. Lakin gülü tədricən daha parlaq işığa öyrəşdirmək lazımdır. Əgər bitkilərin üst qabığı işıq çatışmazlığından yumşalıbsa, onu həddindən artıq parlaq işığın altına qoysanız o gündə yana bilər. Gecələr soyuqdursa, bitkilər işıq sevən olsa belə, heç vaxt pərdə ilə pəncərənin arasına qoymayın. Zərif parçadan olan pərdələr işığı içəri ötürür və bitkilər isti şəraitdə böyüyür.

İşıqlar altında ev bitkilərini böyütmək

Siz güllərinizə əlavə süni işığı verə bilərsiniz. Lakin heç bir süni işıq təbii günəşi əvəz edə bilməz. Bu əla üsul deyil, ancaq əgər bu onları işıqlandırmanın yeganə mənbəyidirsə, bunu hər gün 12-16 saat ərzində etmək zəruridir. Çox çiçəkli və yarpaqlı bitkilər içəridə süni işıqların altında daha yaxşı böyüyür. Yadda saxlayın ki, əgər siz süni işıqlardan istifadə edirsinizsə, vaxtaşırı fasilə etmək lazımdır ki, bitki müvəqqəti mürgüləmə dövrünü keçirsin.

Periodik Mürgüləmə

Bitkilər gün işığının azalmasını hiss edir və sakit dövrə keçə bilirlər. Bu zaman güllər daha çox inkişaf edirlər,onda sulamağın miqdarı azaldılmalıdır. Bu dövrdə güllərin torpağı əl ilə toxunduqda 2 sm dərinliyə kimi quruluq hiss olunursa,onları sulamaq lazımdır.

Temperatur, rütubət və təmiz hava

Müvafiq işıqlandırma və sulamaq, ev bitkilərinizin sağlamlığı üçün ən vacib meyardır.Əgər evdə radiator varsa bu, havanı qurudur. Ona görə də bitkini saxlamaq üçün temperaturu aşağı salın, amma +5°-dən aşağı olmaz. Güllərin böyüməsi üçün ən yaxşı temperatur +6-15 dərəcədir. Əgər qışda evdə rütubətli şərait yaratmaq istəyirsinizsə, bitkini dayaz siniyə qoyun və sinini isladılmış çınqıllar ilə doldurun.

Yadda saxlayın, şüşə zəif izolyatordur, temperatur pəncərəyə yaxın yerdə daha soyuq olacaq. Gecə otağın pərdəsini çəkin,ya da bitkini otağın daha isti hissəsinə qoyun.


Geri dön

Shokoladka

  • 3 mart 2012 20:54
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
Mamamda chox sevir ev bitkilerini,onlari bizden chox isteyir recourse wink

--------------------


enigmatic_girl

  • 3 mart 2012 20:32
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Men cox sevirem ev bitkilerini....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 17
Cəmi: 35

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}