Bəhanələr

 
Bəhanələr

Münasibətlərinizin çox yaxşı olduğunu, ən xoşbəxt günlərinizi yaşadığınızı fikirləşdiyiniz bir vaxtda, sevdiyiniz insan sizə bu bəhanələrdən birini gətirə bilər. Onun nə demək istədiyini asanlıqla anlamaq üçün yazımızı diqqətlə oxumağı məsləhət görərdim.

1) Zamana ehtiyacım var

Bunun deyən oğlan tam olaraq ayrılmaq istəyib istəmədiyinə əmin deyil. Bir tərəfdən sizi itirmək istəmir, lakin digər tərəfdən kənarda axıb gedən həyat ona maraqlı görsəndiyi üçün çox narahatdır. Dostları yeni qızlarla tanış olduqları vaxtlarda o özünü bütün həyəcandan üzaq hiss edər, və bu da onu narahat edir. Dostlarını qısqanmaqdansa onlara qoşulmağa qərar verər və bu bəhanəni gətirər.

Və ya daha da pisi sizdən başqa görüşdüyü biri var və o daha maraqlı olmağa başlayıb. Bunu sizə açıqca etiraf edib sizi incitməkdənsə, bu yalan sığınmağı seçir. Bəzi qadınlar bu bəhanəni eşitdikdən sonra belə münasibətlərini düzələcəyinə ümid edib əlaqələrini kəsməzlər. Belə bir vəziyyətdə, ayrılmaq istəyən amma bunu açıqca deyə bilməyən oğlanlar, müəyyən bir vaxt üçün ona hələ də zəng edərlər. Zənglər gedərək azalır və ən sonunda heç zəng etməzlər. Hətta ona zəng vurduğunuz halda telefona cavab verməz və ya bir neçə saat sonra sizə zəng edərlər. Münasibətlərinin sonu olduğunu heç cürə qəbul edə bilməyib onu çox axtararsa da “çox fikirləşdim amma təsüfflər olsun ki, bizde alınmayacaq” deyib əlaqəni tamamən kəsərlər.

2) “Problem səndə yox, məndədir”

Bu cümlə artıq lağ-lağı mövzusu olsa da hələ də oğlanların ən sevdiyi bəhanələrdən biridir. Çoxdan görüşmüş olsalar da, qətiyyən heç bir şey hiss etmədiklərin qızlardan ayrılmaq üçün qətiyyən bəhanə tapa bilməzlər. Əslində bu münasibət onlar üçün maraqsız bir hala çevrilmişdir. Ayrılmaq istədiklərini dedikləri zaman incinmələrin olmasından qorxduqları üçün günahı öz üstlərinə götürməyə razı olarlar. Amma bəlkə də əsil günahkar qızdır. Çünki dözülməz kaprizləri ilə əlaqələrinin sonunu gətirmişdir.

3) Mən sənə görə kifayət qədər yaxşı deyiləm


Bunu deyən bir oğlan qarşısındakı qızın onu dəli kimi sevdiyindən əmindir. Sevdiyi insanın bu hisslərindən bu qədər əmin olan oğlanlar bu vəziyyətdən qorxub qaçmaq istəyirlər. Çünkü əlaqələr həyəcanını, qız da gizemini itirmiş və artıq yeni dənizlərə yelkən açmağın vaxtıdır.
“Mən, səni sənin məni sevdiyin qədər sevmirəm” deyə bilməyəcəklərinə görə, bu bəhanədən istifadə edərlər.

4) Ailəvi problemlərim var


Kifayət qədər xoşbəxt bir ailəsi olsa da belə bir bəhanəyə yox deyə bilməyəcəyinizdən, hətta hörmətlə yanaşcağınızadan əmindir. Ailə içində yaşanan problemlər zamanla həll oluna biləcəyinə görə, istədiyi zaman sizə geri qayıda biləcəyi üzü olduğunu fikirləşir.

Ayrılmaq istəyinin belə anlaşılacağından əmindir: ailəsinə bu dərəcədə bağlı bir oğlan, sırf buna görə ayrılmaq istəyirsə, ailə həyatına çox diqqətlə yanaşır deməkdir. Gələcəkdə ailədə bir problem olarsa, hər şeyi atıb ailəsinin problemini həll edəcəkdir. Amma əslində oğlan bu əlaqədən sıxılıb və ağlına gələn ən yaxşı bəhanə budur.

5) Əlaqəmizdə həyəcan qalmayıb


Bunu deyən oğlan, yeni həyəcanlar axtarır. Mümkün olduğu qədər hər gün yeni birisini tanımaq istədiyinə görə, maneəsiz olmaq istəyir. Bu vəziyyətdə də maneə olaraq yalnız siz olduğunuza görə sizə qapını göstərir. Siz “onun ilk günlərdəki həyəcanını necə qaytara bilərəm” deyib, yeni saç forması, yeni geyimlər seçə bilərsiniz. Amma boş yerə özünüzü yormayın, çünki o çoxdan özünə yeni birini tapıb.

6) İşlərimi yoluna qoymalıyam


Sizinlə çox yaxşı vaxt keçirməyinə baxmayaraq, fikri sizdən əvvəlki sevgilisinin yanındadır. Ona olan sevgisinin tam bitib bitmədiyindən əmin olmadığına görə hisslərini bir daha yoxlamaq istəyir. Sizi də aldatmaq istəmədiyi üçün bu bəhanəni seçir. Siz isə bu bəhanədən sonra ümidlərinizi itirməyib onun qayıtmağını gözləyirsiniz. Çünki onun işlərini həll etdikdən sonra sizə qayıdacağından əminsiniz. Əslində tam onun istədiyini etmiş olarsınız, əyər ki, əvvəlki sevgilisi ilə əlaqələri fikirləşdiyi kimi olmazsa, rahatcasına sizə geri qayıdacaqdır. Əyər əvvəlki münasibəti qaydasında olarsa sizə bu münasibətin bittdiyini deyəcəkdir


Geri dön

Yusif

  • 3 noyabr 2010 14:00
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
tesekkur edire

Ulya

  • 1 noyabr 2010 20:18
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 39
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 384
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}