Böyrəkləri necə qorumaq olar? 8 qızıl qayda

 
Böyrəkləri necə qorumaq olar? 8 qızıl qayda

Xroniki böyrək xəstəliklərinin bütün dünyada sürətlə yayılması ilə əlaqədar hər il müxtəlif beynəlxalq təşkilatlar əhalinin böyrəklərin sağlamlığının qorunması barədə məlumatlandırılması ilə bağlı tədbirlər həyata keçirirlər. Bu barədə Trend Türkiyənin "Milliyət" qəzetinə istinadən xəbər verir.

Hazırda əhali arasında diabet, hipertoniya kimi xəstəliklərin çox geniş yayılması böyrək xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Eləcə də duzdan həddindən artıq istifadə, siqaret də böyrəklərin zədələnməsinin başlıca səbəbidir. Buna görə də alimlər böyrəklərin ümumi vəziyyəti, onların sağlamlığının qorunması baxımından əməl olunması çox vacib hesab edilən "qızıl qaydalar" hazırlayaraq onlara əməl etməyi tövsiyə edirlər. "Qızıl qaydalar" bunlardır:

1. Hərəkət edin. Müntəzəm gəzintilər, yüngül qaçış, velosipedə minmək kimi hərəkətlərlə sağlam bədənə sahib olun və artıq çəkidən xilas olun. Beləliklə də, diabet, hirertoniya kimi xəstəliklərin böyrəkləri zədələməsinin qarşısını alar və ya onlara təsirini azalda bilərsiniz.

2. Qanda şəkərin miqdarını daim nəzarətdə saxlayın. Diabet xroniki böyrək xəstəliklərinə səbəb olan xəstəliklər arasında ilk yerlərdən birini tutur. Müvafiq dərman müalicəsi, pəhriz və idman proqramları qanda şəkərin miqdarı və qan təzyiqini normal həddə saxlayaraq böyrəkləri diabetin mənfi təsirlərindən qoruyur. Diabetə tutulma riskinə maliksinizsə (artıq çəkiniz varsa, az hərəkət edirsinizsə, ailənizdə diabet xəstəsi varsa və s.) ildə bir dəfə qanda şəkərin miqdarını yoxlayın.

3. Qan təzyiqinizə diqqət edin. Diabet xəstələrində qanda şəkərin miqdarının yüksək olması ilə yanaşı, onlarda yüksək qan təzyiqi (hipertoniya) də müşahidə edilir ki, bu da böyrəklərin zədələnməsində mühüm rol oynayır. Artıq çəkidən xilas olmaq üçün duzdan az miqdarda istifadə, idman və müvafiq dərman müalicəsi ilə qan təzyiqi normal olan xəstələrdə həm böyrək xəstəliklərinin qarşısını almaq, həm də əgər artıq xəstəlik varsa, onun inkişafına mane olmaq mümkündür.

4. Sağlam qidalanın və normal çəkidə olun. Sağlam qidalanma xroniki böyrək xəstəliklərinin qarşısını ala bilir. Sağlam qidalanmanın başlıca şərti isə duzdan gündəlik istifadənin azaldılmasıdır. Daha çox təzə yeməklərə üstünlük verin, konservləri isə suda azacıq saxladıqdan sonra istifadə edin.

5. Yetərli miqdarda su için. Gün ərzində 1,5-2 litr su içmək xroniki böyrək xəztəliklərinə yoluxma riskini azaldır.

6. Sigaret çəkməyin. Sigaret böyrəklərdə qan dövranının azalmasına səbəb olur. Bu da böyrəklərin süzmə funksiyasını pozur və artıq maddələr orqqanizmdə qalır. Həm də siqaret çəkən şəxslərdə böyrək xərçəngi riski 50 faiz artır.

7. Ağrıkəsicilərdən istifadə etməyin. Bu dərmanlar bəzən istifadə olunduqları doza və vaxtla əlaqədar, bəzən də hansısa dozadan asılı olmayaraq böyrək xəstəliklərinə səbəb ola bilir.

8. İldə bir dəfə böyrəklərinizi yoxladın. Xüsusilə də ailəsində böyrək xəstəlikləri olan şəxslər ildə bir dəfə həkimə gedərək böyrəklərini müayinə etdirməlidirlər.


Geri dön

Dalga

  • 4 mart 2012 17:28
  • Məqalə: 201
  • Şərh: 5401
  • Bal:
Tewekkur edirem Men gunde 1 ve ya 2 stekan su icirem cox ice bilmirem

--------------------

s_a_b_r_i_n_a

  • 3 mart 2012 23:46
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
8. İldə bir dəfə böyrəklərinizi yoxladın. Xüsusilə də ailəsində böyrək xəstəlikləri olan şəxslər ildə bir dəfə həkimə gedərək böyrəklərini müayinə etdirməlidirlər.

--------------------

enigmatic_girl

  • 3 mart 2012 22:43
  • Məqalə: 2097
  • Şərh: 12944
  • Bal:
{awards}
Tesekkurler...

--------------------

VIPTOZ

  • 3 mart 2012 22:11
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
cox maraqliydi bezilerin bilmirdim ama bu siyahini artirmaq olar tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

FLY TIME

  • 3 mart 2012 22:07
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
tesekkurler. (ilk serh menden)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 33
Cəmi: 70

 

Top 10 Müəllif

azer_
Xəbərləri: 49
Cəmi: 547
 
·٠• Sevgi Nağılı •٠·
Xəbərləri: 45
Cəmi: 302
 
YagmuRumuN MeLeYi
Xəbərləri: 40
Cəmi: 950
 
Sαmmyyy_✰
Xəbərləri: 37
Cəmi: 358
 
EsKeR_BaLaM
Xəbərləri: 36
Cəmi: 79
 
Islam_awki
Xəbərləri: 34
Cəmi: 111
 
♣LeGEnd of Kİng♣
Xəbərləri: 28
Cəmi: 233
 
ヅKapriznaya Dəlişkaヅ
Xəbərləri: 28
Cəmi: 226
 
Light_Of_God
Xəbərləri: 26
Cəmi: 82
 
★Glamurka AnGeL★
Xəbərləri: 21
Cəmi: 77