Valideynləri sevindirəcək sistem

 
Valideynləri sevindirəcək sistem

Şagird məktəbə daxil olarkən valideyninə bu haqda SMS göndəriləcək. Bu sistem hər hansı Avropa ölkəsində deyil, Azərbaycanda tətbiq ediləcək. Sistem “Elektron məktəb” adlı elektronlaşdırılmış layihənin ölkəmizin təhsil müəssisələrində tətbiqindən sonra mümkün olacaq.

Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədovun verdiyi məlumata görə, bu pilot layihə çərçivəsində əldə edilən təcrübə əsasında Azərbaycanın bütün məktəblərində “Elektron Məktəb” konsepsiyasını tətbiq etmək mümkündür. Bu isə Azərbaycanda aparıcı ölkələr səviyyəsinə uyğun Milli Təhsil Modelinin tam bərqərar olması deməkdir.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Məktəb” pilot layihəsinə indiyədək 39 təhsil müəssisəsi cəlb olunub. Bunlardan 32-si ümumtəhsil məktəbləridir. Hazırda layihədə Bakının, Sumqayitın, Lənkəranın, Gəncənin, Şamaxının, İsmayıllının, Şirvanın, Qubanın və Ağdaşın məktəbləri iştirak edir.

“Elektron məktəb” layihəsinin əsas məqsədi seçilmiş təhsil müəssisələrində informasiya texnologiyalarını müasir tələblərə uyğun olaraq tətbiq edərək tədrisin effektiv səviyyədə təşkilini və təhsilin idarəolunmasını təmin etməkdir.

S.Məmmədovun sözlərinə görə, “Elektron məktəb” layihəsi çərçivəsində iştirak edən məktəblər Azərbaycan təhsil şəbəkəsinə optik kabellər vasitəsilə qoşulmuş, onlarda zəruri şəbəkə avadanlığı və proqram təminatı istifadə edilib. Layihədə iştirak edən məktəblərdə “elektron məktəb idarəetmə proqramı”, “elektron dərslər idarəetmə proqramı” və valideyn nəzarət səhifəsi kimi tətbiq olunan komponentlər geniş istifadə olunmaqdadır. Tətbiq edilən həllər nəticəsində həmin məktəblərdə elektron jurnalların, elektron cədvəllərin, elektron gündəliklərın və SMS vasitəsilə şagirdlərin davamiyyəti və dərslərdə iştirakı haqda valideynlərin məlumatlandırması, elektron tərdis resurslarının istifadəsi mümkün olmuşdur. Pilot məktəblər həmçinin Milli Təhsil Portalının funksionallarından da geniş istifadə edirlər.

Bununla yanaşı pilot məktəblərdə “bir şagird – bir kompüter” layihəsi də tətbiq edilir. Təhsil Nazirliyinin və İntel korporasiyasının birgə təşəbbüsü olan “bir şagird – bir kompüter” layihəsi çərçivəsində məktəblilərə həm dərsdə, həm də evdə istifadə üçün netbuklar verilmişdir. Bu tədrisdə informasiya texnologiyalarının tətbiqini daha da effektiv edir.

S.Məmmədovun sözlərinə görə, informasiya texnologiyalarının təhsildə sistemli tətbiqi yaxşı nəticələr əldə etməyə imkan verir. Əldə edilən nəticələr göstərir ki, informasiya texnologiyaları təhsildə mühiti tam dəyişdirir. Ölkə miqyasında buna nail olmaq üçün bir sıra mühümaddımların atılması zəruridir. Məsələn, elektron jurnalın tətbiqi üçün hər bir sinifdə İnternetə qoşulmuş noutbukun və ya kompüterin olması vacibdir.

Orta təhsil sistemində elektron dərsliklərə keçidin də tədricən təmin olunması məqsədəuyğundur. Artıq bir sıra aparıcı dövlətlərdə bu keçid müşahidə olunmaqdadır - təhsil sistemində "ağıllı" kitabların, şagirdlərin iştirakını və araşdırmacılığını sövq edən elektron təhsil resursların istifadəsi genişlənməkdədir. Şagirdin yaradıcılığına imkan yaradan interaktiv elektron vasitələrin yaradılması, saxlanılması və yayılması Bulud (Cloud) texnologiyaları vasitəsilə daha səmərəli və əlçatımlı olur. Bununla da fərdiləşmiş tədris üçün zəruri şərait yaranır və fərdi təhsil alət/cihazına - Netbook və Planşet kompüterə ehtiyac artır. Azərbaycanda da tədricən fərdi kompüterlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında Bulud texnologiyalara keçidi tezləşdirəcəkdir. Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni Təhsil Buludundan istifadə etməklə fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər. Burada "ağıllı" məzmunun yaradılması və ya yerliləşdirilməsi üçün lazım olan infrastrukturun - Data Mərkəzin, Elektron resurs üzrə mütəxəssisləmiş yerli şirkətlər, yerli ekspertlərin və sürətli İnternet bağlantısının mövcüdluğu həlledicidir.

S.Məmmədov sonda ümid etdiyini bildirib ki, sadalanan texnologiyalar yaxın gələcəkdə Azərbaycanın təhsil sistemində tətbiq ediləcək.

Qeyd edək ki, artıq şimal qonşumuz olan Rusiyanın bir neçə bölgəsində “Elektron məktəb” layihəsinin tətbiqinə başlanılıb. Bu ölkənin Xakasiya muxtar respublikasının məktəblərində valideynlər övladlarının məktəbə davamiyyətini internet vasitəsilə izləyə bilirlər. Xakasiya muxtar respublikasının təhsil müəssilərində kağız sənədlərdən bütünlüklə imtina edilməsi bu ilin sentyabrın 1-nə planlaşdırılıb. Rusiyada həmçinin İvanovski vilayərtində yerləşən təhsil müəssisələrində “Elektron məktəb” layihəsinin tətbiqinə başlanılıb


Geri dön

Dalga

  • 5 mart 2012 18:47
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
Gunde bir weyler cixarirlar .tewekkurler

--------------------

Aquamarine

  • 5 mart 2012 15:42
  • Məqalə: 0
  • Şərh: 410
  • Bal:
{awards}
yaxsi ki qutarmiwam yesssssssssssssssss

--------------------
Məni sevməyən birinin arxasınca ağlamaqdansa, məni sevən birinin göz yaşlarını silərəm.

Cessi Sweet

  • 4 mart 2012 22:05
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
xexe uje mekteb qokkii))tesekkurler

enigmatic_girl

  • 4 mart 2012 21:54
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
eh olsun daaa.....gunde bir sey cixarirlar eh....

--------------------

VIPTOZ

  • 4 mart 2012 21:48
  • Məqalə: 1
  • Şərh: 4302
  • Bal:
{awards}
cox maraqli xeberdi.dedikleri kimi olsa mence yaxsi olar.beledeki mene aidiyyeti yoxdu.tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Melek Kiz

  • 4 mart 2012 21:20
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
pis oldum eeee ne istiyirler bizden

Nikoyl

  • 4 mart 2012 20:04
  • Məqalə: 139
  • Şərh: 1584
  • Bal:
{awards}
Neler cixarirlare

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 51

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
The Shield
Xəbərləri: 55
Cəmi: 77
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}