Bal arısı haqqında yeni tapıntı

 
Bal arısı haqqında yeni tapıntı

Bal arılarını tədqiq edən beynəlxalq alim qrupu zəhmətkeş həşərat növü haqqında yeni tapıntıya imza atıb. “Animal Behaviour” elmi jurnalında dərc olunmuş nəticələrə əsasən bal arıları yırtıcı düşmənlərinə “pətəkdən uzaqlaşmağı” tələb edən siqnallar ötürür. Uzun müddət arı pətəklərini müşahidə etmiş alim qrupu, bal arıları ilə qidalanan eşşək arılarının pətəyə yaxınlaşan kimi balı qoruyan əsgər arılarının düşməni xəbərdar etdiyini bildirir. Bunun üçün arılar qarın nayihələrini eyni vaxta silkələyərək bir növ “Möhtəşəm Meksika dalğası” yaradır. Xəbərdar olunmuş eşşək arısı və ya digər yırtıcı həşərat əlacsız qalaraq arıları yalnız havada ovlamalı olur.

Sidney Universitetinin alimi Benjamin Oldroyd xəbərdarlıq siqnalının istər eşşək arısı, istərsə da bal arısı üçün xeyirli olduğunu qeyd edir. İşçi arılar bu halda balı yad həşəratlardan qorumuş olursa, eşşək arısı da 100 faizli ölümdən boyun qaçıra bilir. Belə ki, pətəyə daxil olduğu zaman eşşək arısı ən çoxu 500 bal arısı tərəfindən mühasirə olunaraq yumruq böyüklükdə bir topa çevrilir və istilik və hava çatışmazlığından qısa zamanda ölür.

Alimlər müşahidələr zamanı daha bir faktı üzə çıxarıb. Onlar uzağa uçmaması üçün sapla bağladıqları zərərsiz kəpənəkləri pətək istiqamətində yolladıqda bal arıları buna heç bir reaksiya verməyib. Kəpənək ən yaxın məsafədən uçduqda belə keşikçi arılar kənar müdaxiləyə əhəmiyyət verməyib.


Geri dön

enigmatic_girl

  • 4 mart 2012 14:59
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Tesekkurler...maraqli idi....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 36

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}