Nə dərəcədə

 
Nə dərəcədə

Çox vaxt deyirik ki,necə də yaraşırlar bir birinə.Ya da deyirik onlar bir-biri üçün yaranıb.

Nə dərəcədə doğrudur bu deyim?

Mənim fikrimcə heç kim heç kimə yaraşmır və kim isə kimə isə lazımdırsa,lap çox lazımdırsa bu həmişə ya kompromis,ya özünü inandırma,və yaxur da yaradıcı baxışdır.Çünki dərindən düşünəndə bu yalnız belədir.

Sadəcə bir insan sizə kömək edir,özünü yaxşı tərəfdən göstərir və ya siz onu yaxşı rakursdan görürsünüz.O uduşlu pozisiya tutur.Çünki sizin xoşunuza gəlməyə çalışır,çünki siz ona lazımsınız.O zaman istədiyi alınır.




Bax alındı yenə.O sizin xoşunuza gəldi,çünki siz ona lazım idiniz.

Siz ona o qədər lazım idiniz ki o sizin xoşunuza gəldi.

Məsələn,tutaq ki siz şikayətlənmələri ,məyusluğu və dır-dırı sevmirsiniz.Bu zaman o sizi güldürəcək,ruhlandıracaq.Ö bir az çiyinlərini dik tutacaq və həyatsevər görünəcək.Bütün xırdalıqlara gedib dır-dır etməyəcək.Yox,o sizi aldatmır.O həqiqətən belə ola bilir və hətta ola bilər ki o belə olmaq istəyir.Amma bunun üçün azca çalışmaq lazımdır,bir az gərgin olmalıdır.Siz qətiyyətsizliyi,diqqətsizliyi sevmirsiniz.Bu zaman o dəqiq və diqqətli olacaq.Çünki siz ona lazımsınız və bunun üçün o yenidən dünyaya gəlməli deyil.Sadəcə bir az özünü toplamalı və diqqətli olmalıdır.

İstəsəniz hər şeyi adi baxışlarla görə bilərsiniz.Amma yox,siz coşqu,sevgi,enerji,ehtiras və s.... istəyirsiniz.Budur alın,bunun üçün o heç çətinlik də çəkməyəcək,çünki siz ona lazımsınız və o sizin nə istədiklərinizi bilir.



Siz ona lazımsınız!Bu sizin də çox xoşunuza gəlir elə deyil?Bununla o həddindən artıq xoşunuza gəlir.
Sonra birdən hiss edirsiniz ki,hər şey başqa cür alınır.Dəqiqlik,diqqətlə də hər şey qaydasında deyil.Sizə etinasız yanaşırlar.Hətta özünüzü günahlandırmağa başlayırsınız.Görəsən neylədim deyə.Başlayırsınız hər xırda şeyə görə ona irad tutmağa,bəhanə axtarmağa.Lap sonra da birdən ağlınıza gəlir ki yəqin onu sevmirsiniz.Daha sevmirsiniz.

Bir sirri açım sizə:əgər sizə elə gəlirsə ki sizə etinasızlıq edirlər,bu həqiqətən də belədir.

Bunun başqa adı yoxdur.Sizə etinasız yanaşırlar!

Və sizə elə gəlirsə ki o insan sizin xoşunuza gəlmir,hətta qıcıqlandırır bu o demək deyil ki daha onu sevmirsiniz.Bu sizlik deyil.Bu odur-o daha çiyinlərini dik tutmur,o daha həyatsevər deyil.O çalışmaq və gərgin olmaq istəmir.O daha sizin xoşunuza gəlmək istəmir.

Çox sadə bir səbəbdən:Siz daha ona lazım deyilsiniz!




Sizin fikirlərinizi də bilmək maraqlıdır.

Sizə etinasız,laqeyd yanaşanda tez hiss edirsinizmi bunu və nə reaksiya verirsiniz?


Geri dön

::..ONSLAUGHT::..

  • 3 may 2011 18:51
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
TESEKURLER

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Just For Legend

  • 21 dekabr 2010 20:26
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli melumata gore cox sag ol

--------------------

sevgi yalandir

  • 5 noyabr 2010 15:28
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
serh yazan her kese twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

damla15

  • 5 noyabr 2010 15:13
  • Məqalə: 3
  • Şərh: 232
  • Bal:
{awards}
bu cox maraqli idi.tewekkurler fellow

Ulya

  • 1 noyabr 2010 21:18
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 61

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}