Sən

 
Sən

İzah etmək mümkündürmü bilmirəm?

Sözlərə, səhifələrə sığışdıra bilərəmmi sənsizliyi?

Əvvəli varsa sonu gələrmi yazının?

Sən” deyə başlayıb yoxluğunla tamamlasam cümlələri məlhəm ola bilərlərmi yaralarıma?

İçimdəki bu əskiklik tənhalıq əks olunmazmı sətirlərə?

Bir azdan lazımsızam deyə düşünürəm...

Sən kölgəsində dinlən istirahət etdiyim kökü məndə olanbir çinar idin.

Yarpaqları tökmüş bir bahar idi yoxluğun!

Sən bir isti qəlb idin... Soyuq olarkən sığındığım;

Yapışdığım, bütün budaqları qıran qorxunc bir fırtına idi yoxluğun

Sən həmişə yolumun üstündə suyu sonsuz bir mənbə idin.

Bədənimdə, ürəyimdə səhra yanığı idi yoxluğun

Sən ayrılığı belə sevdirən sapsarı bir gül idin…

Ömürümə yüklənən, mənasız təsəllisiz bir həsrət idi yoxluğun!

Sən baxmağa doya bilmədiyim ağ-qara bir şəkil idin;

Atmağa qıya bilmədiyim köhnə qiymətli bir kitab idi yoxluğun...

Sən bütün yorğunluğumu alan bir axşam günəşi idin;

Ümidimi bəsləyən sərin bir səhər yeli idi yoxluğun...

Sən ovuclarımda təzə çörək qoxusu idin..

Dayanmayacaq sandığım gözyaşları idi yoxluğun

Sən gözəl yuxularım idin ilk sənə izah etdiyim...

Oyanmağı gözlədiyim bir kabus idi yoxluğun

Sən sözü heç tükənməyən bir xəyal səyyahı...

Ortasında boğulduğum səssizlik idi yoxluğun

Sən ağlın başında deyil, ürəyin əlindəykən gəlirdin mənə;

Sanki tənginəfəs yaşanmalı idi hər şey.. Həmişə tələsirdin...

Sən xoşbəxtliklə qıydığım, ölüm ayırana qədərlik bir nigah idin.

Sıranın ağrıya gəldiyi bir əvəz idi yoxluğun

Sən yazılarıma sevgi mövzusunda yerləşmiş, adı cisimi naməlum bir sevgi,

xoşbəxtliklə qucaqlaşıb gəzən bir kədər idin...

Qələmimi alovlandıran, ölümü, həsrəti

cümlələrimə daşıyan bir atəş idi yoxluğun...

Sən həyatla etdiyim bütün döyüşlərin qəniməti idin.

Mənə tərəf vurulan bir silah idi yoxluğun..

Sən imtina etməmin maneəsi idin...

Ölümlə həyat arasında gedib-gedib gəldiyimin səbəbi idi yoxluğun...


Geri dön

sultan sevgim

  • 5 mart 2012 11:11
  • Məqalə: 0
  • Şərh: 55
  • Bal:
beyendim cox sagolun

enigmatic_girl

  • 4 mart 2012 17:07
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
“Sən” deyə başlayıb yoxluğunla tamamlasam cümlələri məlhəm ola bilərlərmi yaralarıma?

--------------------

Мой Мир

  • 4 mart 2012 16:06
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Sən ayrılığı belə sevdirən sapsarı bir gül idin…

Ömürümə yüklənən, mənasız təsəllisiz bir həsrət idi yoxluğun!

Sən baxmağa doya bilmədiyim ağ-qara bir şəkil idin;

Atmağa qıya bilmədiyim köhnə qiymətli bir kitab idi yoxluğun...

Sən bütün yorğunluğumu alan bir axşam günəşi idin;

Ümidimi bəsləyən sərin bir səhər yeli idi yoxluğun...
Canim sebisim eline saglik cok duyqulandim be recourse

--------------------
∞♥

★Miss Love★

  • 4 mart 2012 15:54
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqla oxudum,xowum geldi тewekkurler

SoN NefeS

  • 4 mart 2012 15:03
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
beуendim,maraqli idi sagolun

Shokoladka

  • 4 mart 2012 14:48
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Ölümlə həyat arasında gedib-gedib gəldiyimin səbəbi idi yoxluğun...
Ilk serh menden.Suuper beyendim tsk...

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}