Sağlam həyat üçün şərt olan əsas qayda, sağlam bəslənməkdir. Bunun üçün yalnız faydalı qidanlardan istifadə etmək yetərli olmur.Yeməklərin saxlama üsulları haqqında məlumat əldə etmək və yeməkləri necə qoruyarıq deyə maraqlanıb öyrənmək lazımdır. İndi buyurun, qidaları saxlayarkən nələrə diqqət yetirməliyik öyrənək.

Süd
Südü mütləq soyuducunun iç rəflərində saxlayın. Şkaf qapağında saxlanan şeylər, qapağı hər açdığınızda isti havayla təmas edər və daha tez xarab olar. Son istifadə etmə tarixi nə olursa olsun süd qutusunu açdıqdan sonra ən çox 3 gün içində istifadə olunmalıdır. Dondurma buzxanada 2-4 ay ərzində saxlana bilər. Qatıq alındıqdan sonra ən çox 7 gün ərzində istifadə olunmalıdır. Kərə yağını hava almayacaq şəkildə möhkəm təmiz sarafana qoyduqdan sonra soyuducuda 1 ay,buzxanada isə 6 ay ərzində saxlaya bilərsiniz.

Pendirlər
Pendir kiflənmişsə, 1-2 sm qalınlığında kifli bölgəni kəsib yaxşıca təmizlədikdən sonra yeyilə bilər. Təzə yağsız pendir paketi açıldıqdan 3-4 həftə, yağlı pendiri isə 2 həftə ərzində soyuducuda saxlaya bilərsiniz.

Balıqlar və digər dəniz məhsulları
Təzə dəniz məhsulları hava keçirməz, qapaqlı, möhkəmcə bağlanılmış bir qabın içində soyuducuda ən çox iki gün saxlana bilər. Aldığınız dondurulmuş dəniz məhsullarını evə gələr gəlməz original qabında buzxanaya qoyun. İstifadə edəcəyiniz zaman buzunu açmaq üçün soyuq sualtında ya da mikrodalga sobada həll edə bilərsiniz. Son istifadə etmə tarixi keçən dondurulmuş məhsulları qətiyyən yeməyin.Əks tədqirdə bu qidalar zəhərli olacaqdır.

Tərəvəzlər və meyvələr
Meyvələri əvvəlcədən deyil, yediyiniz zaman yuyun. Çünki nəm çürüməyi sürətləndirər. Meyvə və tərəvəzləri bir yerdə saxlamayın. Çünki bəzi meyvələr etilen qazı çıxarar və bu da yanındakı tərəvəzlərin daha tez xarab olmasına səbəb olar. Tərəvəz və meyvələri dəlikli qabların içində soyuducuda saxlaya bilərsiniz. Bir çox meyvə və tərəvəzin soyuducuda saxlanması lazımdır. Ancaq bəzilərinin otaq istiliyində qalması daha yaxşıdır. Pomidor, kartof, sarımsaq, soğan soyuducuya qoyulmaması lazım olan tərəvəzlərdəndir. Bu tərəvəz və meyvələr hava keçirən dəlikli qablarda, birbaşa günəş işığı olmayan yerdə saxlanmalıdır. Aldığınız bananları 2-3 gün ərzində istifadə etməyəcəksinizsə,onda onları soyuducuda saxlayın. Qabıqları qaralarsa içi daha uzun müddət sərt qalacaqdır. Göbələkləri kağız torbada soyuducuya qoyun. Hava keçirməz bir qabın içində saxlamaq nəmlənməsinə səbəb olar.

Ətlər
Ətlər soyuducunun ən soyuq hissəsində 2 ilə 4 dərəcə arasında saxlanmalıdır. Çiy ətləri bir qaba qoyduqdan sonra plastik bir paketin içinə qoyun ki suları axıb digər ərzaqlara bulaşmasın. Əgər əti aldıqdan sonra 1-2 gün içində istifadə etməyəcəksinizsə ət paketini bir dəfə də alüminium folyoya büküb buzxanaya qoyun və üzərinə qablaşdırdığınız tarixi yazın. Qırmızı çiy ət soyuducunda ən çox 3-4 gün saxlanmalıdır. Sosiska və kolbasa paketi açıldıqdan sonra 5 gün, hisə verilmiş ətlər 1 həftə saxlana bilər. Qırmızı ət buzxanada 6-12 ay, sosiska və kolbasa 1-2 ay saxlana bilər. Hisə verilmiş ətləri dondurmaq çox yaxşı bir fikir deyil. Aldığınız qiymənin hamısını istifadə edə bilməyəcəksinizsə, qovurub kiçik qablara yığaraq buzxanada saxlaya bilərsiniz. Hətta soğanla qovursanız yemək hazırlayacağınız zaman sizə olar. Əgər dondurmayacaqsınızsa, toyuğu istifadə etmə tarixindən əvvəl istifadə etməlisiniz. Bişmiş hinduşqa və ya toyuq əti 3-4 gün içində istifadə edilməli ya da dondurulmalıdır. Toyuq və hinduşqa əti buzxanada 9-12 aya qədər saxlana bilər.

Yumurta
Yumurta alarkən son istifadə etmə tarixinə diqqət yetirin. Paketin içində soyuducunun orta və ya alt rəfində saxlayın. Alt rəflərdə istilik üst rəflərə görə daha az dəyişər. Yumurtalar soyuducunda 3 həftəyə qədər saxlana bilər. Bərk bişmiş yumurta qabığı soyulmadan 1 həftə, yumurta ağı 4 gün, yumurta sarısı isə möhkəmcə bağlı bir qabda 2 gün müddətində soyuducuda saxlana bilər