Raşidi xəlifələrdən hikmət dolu sözlər

 
Raşidi xəlifələrdən hikmət dolu sözlər

... Raşidi xəlifələrdən hikmət dolu sözlər ...


Əbu Bəkr əs-Siddiq (radiyallahu anhu) :“Qəbrə azuqəsiz daxil olan kəs dənizə gəmisiz girən kimsəyə bənzəyir”.

Ömər (radiyallahu anhu) : “Bu dünya qüdrətli olmaq mal-dövlətlə, axirətdə izzətli olmaq isə saleh əməllərlə olur” .

Əli (radiyallahu anhu): “İstədiyin şəxsə hədiyyə ver onun ağasi olarsan, kimdənsə nə isə istəsən onun əsiri olarsan, kiməsə nə isə verib-almasan onun kimi olarsan”.

Osman (radiyallahu anhu) demişdir: Mömin olan kəs altı şeydən qorxsun:

- Qorxsun ki,Allah onun imanını əlindən alsın;
- Qorxsun ki,mələklər Qiyamət günü onu rüsvay edə biləcək bir əməl qeyd etmiş olsunlar;
- Qorxsun ki,şeytan onun əməllərini batil etsin;
- Qorxsun ki,qəflətdə olarkən ölüm mələyi onun canını alsın;
- Qorxsun ki,dünyaya başı qarışsın və axirəti unutsun;
- Qorxsun ki,əhli-əyalı onu Allahı zikr etməkdən yayındırsın.

Osman (radiyallahu anhu): “Dünyanin dərdini cəkmək qəlbdəki zülmətin axirətin dərdinin cəkmək isə qəlbdəki nurun olmasina dəlalət edir”.

Əli (radiyallahu anhu): “Elmi axtaran kimsəni Cənnət axtarar günah axtarani isə Cəhənnəm odu axtarar” .

Ömər (radiyallahu anhu) : “İnsanlarla mülayim davranmaq dinin yarisi, gözəl sual vermək elmin yarisi və yaxşi idarəetmə yaşayişin yarisidir”.

Əbu Bəkr əs-Siddiq (radiyallahu anhu): “Üç şey üç şeylə əldə olunmaz: Arzularla var-dövlət, saçi rəngləməklə cavanliq və dava-dərmanla sağlamliq”.

Osman (radiyallahu anhu): “Dünyani tərk edəni Allah sevər; Günahlari tərk edəni mələklər sevər; Müsəlmanlarin mülklərinə tamah salmayan kəsi müsəlmanlar sevər”.

Əbu Bəkr əs-Siddiq (radiyallahu anhu) demişdir: “Dörd şeyin tamamı dörd şeylə olur:Namazın tamamı iki səhv səcdəsi ilə, orucun tamamı fitrə zəkatı ilə, həccin tamamı fidiyə ilə, imanin tamamı isə cihad ilə olur”.

Əli (radiyallahu anhu): “Dünya həyatinda olan nemətlərdən islam neməti sənə bəs edər, işlərin arasinda itaət sənə bəs edər, ibrətlərin arasinda isə sənə ölüm kifayət edər”’.

Ömər (radiyallahu anhu) demişdir: “Əgər qeybə əl atmaq qorxusu olmasaydı beş cür insanın Cənnətlik olduğuna şahidlik edərdim: külfət sahibi olan kasıba, ərinin razılığını qazanan qadına, valideyinlərinin razılığını qazanana və günahlarından tövbə edənə”.

Əli (radiyallahu anhu): “Allah yaninda ən yaxşi, nəfsinin yaninda isə ən pis insan ol. İnsanlar arasinda isə onlardan biri kimi ol”.

Osman (radiyallahu anhu): “İbadətin şirinliyini dörd şeydə tapmişam: Allahin fərzlərini yerinə yetirməkdə, Allahin haram buyurduqlarindan uzaqlaşmaqda, Allahin savabini diləyərək yaxşi işlərə dəvət etməkdə və Allahin qəzəbindən qorxaraq pis işlərdən çəkinməkdə”.

Əli (radiyallahu anhu) demişdir: “Cənnəti istəyən yaxşi işlərə tələsməli, Cəhənnəmdən qurtulmaq istəyən isə şəhvətlərdən uzaqlaşmalidir.Ölümün həqiqətini anlayan heç bir şeydən ləzzət almaz, dünyanin gerçəyini dərk edənə bəlalar yüngül gələr”.

Ömər (radiyallahu anhu) demişdir:“Bütün dostlara nəzər saldim dili saxlamaqdan daha yaxşi dost görmədim, bütün libaslara nəzər saldim təqvadan daha yaxşi libas görə bilmədim, hər növ var-dövlətə nəzər saldim qənaətdən yaxşi var-dövlət görə bilmədim, hər növ təamlara nəzər saldim səbirdən daha ləzzətli təama rast gələ bilmədim”.

Əli (radiyallahu anhu) demişdir: “Dörd şeyin azi da çoxdur: üzüntü, kasibliq,od və düşmənçilik”.

Əbu Bəkr əs-Siddiq (radiyallahu anhu) demişdir: “İffətli olmaq kasibliğin zinəti, şükür nemətin zinəti, səbir bəlanin zinəti, düzgün anlamaq elmin zinəti, təvazökarliq elm tələb edənin zinəti, çox ağlamaq qorxunun zinəti, minnət etməyi tərk etmək yaxşiliğin zinəti və xuşu namazin zinətidir”.


Geri dön

DaMLa

  • 6 mart 2012 02:15
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
Va Aleykum AsSalam va Rahmetullahi va barakatuhu..
Eleviyye, siz elə danışdınız ki, sanki, əuzubilləh, cəzanı siz müəyyən edirsiz. Allahdan qorxun ağlınıza, ağzıvıza gələni danışmayın. Allahın sevimli səhabələrinə dil uzatmaqdan çəkinin. Bu səhabələr sağlığında ikən cənnətlə müjdələnmişlər.. 10 səhabə... Cənnətlə müjdələnən səhabələr bunlardır: Hz. Əbu Bəkr, Hz. Ömər , Hz. Osman . Hz. Əli , Hz. Əbdürrəhman b. Avf , Hz. Əbu Ubeyde b. əl-Cərrah , Hz. Talha b. Ubeydullah , Hz. Zubeyr b. Avvam , Hz. Sad b. Əbi Vakkas , Hz. Səid b. Zeyd (Allah onların hamısından razı olsun). Xanım, yaxşı olar, siz gedib öz xətalarınızı, nəfsinizi islah eləməyə sərf edin zamanınızı, yoxsa bu cür fəzilətli insanları lağlağı mənbəyinə çevirməyin! Elə birinci olaraq adınızı deyişin.. Sizin adınızda küfr var.. Allah sizi islah və hidayət eləsin!

--------------------

eleviyye

  • 5 mart 2012 10:53
  • Məqalə: 5
  • Şərh: 61
  • Bal:
{awards}
essalamu eleyke ve rehmetullahi ve berekatuhu,
beh-beh, deyesen abu bekr, omer, osman xilafeti zebt etmekden sevayi nese agilli bir sozde deye bilirmishler, onlarin cezasi INSHALLAH qiyametde!!!!

--------------------
Salam olsun sənə, Ya Şahların Şahı! Salam olsun sənə, Ya Təbiblərin Təbibi! Salam olsun sənə, Ya Peyğəmbərin canı! Salam olsun sənə, Ya Möminləri Əmiri! Salam olsun sənə, Ya Əli!

enigmatic_girl

  • 4 mart 2012 17:08
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
• Əli (radiyallahu anhu): “Elmi axtaran kimsəni Cənnət axtarar günah axtarani isə Cəhənnəm odu axtarar” .

--------------------

...BARSA FANATI....

  • 4 mart 2012 14:56
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Əli (radiyallahu anhu) demişdir: “Cənnəti istəyən yaxşi işlərə tələsməli, Cəhənnəmdən qurtulmaq istəyən isə şəhvətlərdən uzaqlaşmalidir.Ölümün həqiqətini anlayan heç bir şeydən ləzzət almaz, dünyanin gerçəyini dərk edənə bəlalar yüngül gələr”.





.......xebere soz ola bilmez....
twkr......

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}