Əsrin imamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq 500 (41,42)

 
Əsrin imamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq 500 (41,42)

Sual: 41.
Cəmiyyəti dəyişmək üçün tədrici islahatlar bəs edir, yoxsa köklü inqilab lazımdır?

Cavab:
İctimai islahatların hansı yolla həyata keçirilməsi fərqli münasibətlər doğuran bir məsələdir. Bir çoxları “reformizm” adlanan tədrici islahatların tərəfdarıdır. Digər bir qrup cəmiyyətlərdəki çaxnaşmaların qarşısının yalnız inqilab yolu ilə aradan qaldırılmasını mümkün sayır. Digərləri isə belə deyir: “Cəmiyyətlərdəki fəsad dərəcəsi fərqlidir. Tamamilə fəsada uğramış cəmiyyətlərdə tədrici islahatlar səmərə verə bilər. Amma fitnə ağuşuna düşmüş cəmiyyətdə vəziyyəti yalnız köklü inqilab dəyişə bilər. Üçüncü baxışın daha çox tərəfdarı var.

Bu baxışa əsasən:
1. Tədrici islahatlar həmişə sağlam bünövrə və nümunələr üzərində qurulur. Əks-təqdirdə yeni nümunələr və bünövrələr soraqlamaq lazım gəlir.
2. Tədrici islahatlar yalnız sağlam yolla gerçəkləşir və bu prosesdə cəmiyyətdən düşüncə hazırlığı tələb olunur. Belə bir zəmin olmadıqda inqilab, qüdrət məntiqi ilə danışmaq lazım gəlir.
3. Fəsadın kök atdığı cəmiyyətdə qüdrət ünsürləri islaha mane olur. Cəmiyyətin bütün həssas mərkəzləri onların əlindədir və onlar istənilən bir tədrici proqramı asanlıqla müvəffəqiyyətsizliyə uğradırlar. Belə bir nizamı yalnız qəfil inqilabla dağıtmaq mümkündür.
4. Əzəmətli inqilabi qüvvəni, adətən, uzun müddət eyni hərarətdə saxlamaq olmur. İnqilabi qüvvədən vaxtında istifadə olunmadıqda o öz gücünü itirir.
5. Tarixdən məlum olur ki, fəsadın kök atdığı cəmiyyətlərdə həmin cəmiyyətin düşüncə sahibləri, xüsusi ilə peyğəmbərlər və övliyalar inqilab yolunu seçmişlər.
Dünyanın zülm-sitəm üzərində qurulmuş bugünkü vəziyyətini islah etmək üçün ədalətli bir quruluşun canişinliyinə ehtiyac var. Belə bir dəyişiklik üçün əzəmətli bir inqilab qaçılmazdır.

Sual: 42.
Ümumdünya ədalət hökumətinə çatmaq üçün hansı hazırlığa ehtiyac var?

Cavab:
Biz nə qədər nikbin və ümüdvar olsaq, bilməliyik ki, dünyada kök atmış siyasi oyunbazlığı və istismarçılığı aradan götürmək, bəşəriyyəti vahid bir bayraq altında toplamaq üçün ümumi hazırlıq zəruridir. Son əsrdə baş vermiş sürətli dəyişikliklər belə bir hazırlığın hələ ki əlçatmaz olduğunu göstərmir. Hər halda dünyanın belə bir hökuməti qəbul etməsi üçün aşağıdakı hazırlıqlara ehtiyac var:

1. Düşüncə və mədəniyyət hazırlığı: Yəni dünya əhalisinin düşüncəsi elə inkişaf etmişdir ki, məsələn kimsə üçün irqi, milli, coğrafi fərqlər mühüm olmasın.
2. İctimai hazırlıq: Bəşəriyyət zülmdən yorulmalı və can-dildən ədalət istəməlidir.
3. Texnoloji hazırlıq və rabitə hazırlığı: İnkişaf etmiş sənaye olmadan uyğun məqsədə çatmaq mümkünsüzdür.
Bəli, əgər möcüzə ilə gerçəkləşirsə də, nəzərdə tutulan quruluş inkişaf etmiş texniki vasitələrsiz təsəvvür olunmur. Unutmayaq ki, möcüzə ictimai nizamın daimi idarəsi üçün, səmavi bir göstərişin haqq olmasını sübuta yetirmək üçündür.


Geri dön

Shokoladka

  • 4 mart 2012 12:15
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
Allah razi olsun tsk=)

--------------------


_GISELLA_

  • 4 mart 2012 12:15
  • Məqalə: 17
  • Şərh: 337
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN......

--------------------
Ağlıma belə gəlmirsən artıq...
O qədər ürəyimdəsən ki...

tek dileyim

  • 4 mart 2012 12:03
  • Məqalə: 36
  • Şərh: 516
  • Bal:
{awards}
Sitat: nar_18
teshekkur edirem xebere gore maraqli idi ...

--------------------
.♥De: O Allah birdir
Allah möhtac deyildir!
O, nə doğmuş, nə də doğulmuşdur!
Onun heç bir tayı-bərabəri də yoxdur...♥

nar_18

  • 4 mart 2012 10:18
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkur edirem xebere gore maraqli idi ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}