Həzrət Fatimənin (ə) sevdikləri

 
Həzrət Fatimənin (ə) sevdikləri

Həzrət Fatimə (s) belə buyurdu: " Sizin dünyanızdan üç şeyi sevirəm:
1. Quran oxumağı;
2. Allah rəsulunun (s) üzünə baxmağı;
3. Allaha xatir fəqirlərə kömək etməyi.

Həzrət Fatimə (s) ilk növbədə başqalarına dua edir
Dua insanın Allahı çağırmasıdır. Dua etmək İslam dininə məxsus olmayaraq, bütün dinlərdə var. Dua edənlərin əksəriyyəti ilk növbədə özləri barəsində dua edirlər. Amma həzrət Fatimənin (s) əxlaqi xüsusiyyətlərindən biri ilk növbədə başqalarına dua etməsi idi. İmam Hüseyn (ə), qardaşı imam Həsəndən (ə) belə nəql edir: Cümə axşamı anam Fatimənin (s) mehrabda ibadət etdiyini gördüm. O, sabaha qədər ruku və səcdə halında qalaraq, möminlərin bir-bir adlarını çəkərək onlar üçün dua edirdi. Amma bir dəfə də olsun özünə dua etmirdi. Anama belə dedim: Anacan! Başqaları üçün dua etdiyin kimi niyə özünə də dua etmədin? Buyurdu: Ey oğlum! Əvvəl qonşu, sonra ev.4

Allah rəsulunun (s) razılığını dünya zinətindən üstün tutması
Qadınlar özlərini bəzəmək üçün boyunbağı, üzük və s. kimi zinət əşyalarından istifadə edirlər. Bu işin həm şəriət ( yalnız məhrəm olan kişilərin yanında ) və həm də adət-ənənə baxımından heç bir eybi yoxdur. Maddi durumları yaxşı olmayan qadınlar belə bəzək əşyalarından da məhrumdurlar. İslamın ilk çağlarında camaatın çox hissəsinin maddi durumu yaxşı deyildi. Yalnız müharibə qənimətləri olan zaman belə zinət əşyaları əldə edirdilər. Həzrət Əli (ə) müharibələrin birində qənimət olaraq, bir boyunbağı əldə etmiş və həyat yoldaşı Fatiməyə (s) hədiyyə etmişdir. Fatimə (s) bəzi vaxtlar o boyunbağını boynuna asardı. Bir gün Allah rəsulu(s) bu boyunbağını Fatimənin (s) boynunda gördü. Amma Fatimənin(s) boyunbağını boynuna asmasından xoşhal olmadı. Aşağıdakı hədis bu barədədir:

İmam Səccaddan (ə) belə nəql olunur: Əsma bint Omeys dedi: Bir gün mən Fatimənin (s) yanında olarkən, Allah rəsulu (s) qızının evinə gəldi. Fatimə(s) Əlinin müharibə qəniməti kimi əldə etdiyi qızıl boyunbağını boynuna asmışdı. Allah rəsulu (s) buyurdu: Ey Fatimə! Gözlə ki, Məhəmmədin (s) qızının zalımlar kimi paltar geyinməsi camaatın dillər əzbəri olmasın. Fatimə (s) boyunbağını boynundan çıxardaraq, satdı. Onun puluna bir qul alıb, azad etdi. Allah rəsulu (s) bu hadisəni eşitcək sevindi.5.

Qadınlar üçün ən yaxşı zinət

Hər bir işdə insanlar müxtəlif nəzər və fikirlərə malikdirlər. Gündəlik işlərimiz barəsində olan nəzərlərimiz belə fərqlidir. Əgər hamıya " qadın üşün ən yaxşı şey nədir? ” sualı ilə müraciət etsək, sözsüz ki, onlarla nəzəriyyə və fikirlərlə üzləşəcəyik. Sözügedən sual barəsində Fatimənin (s) xüsusi və qadınlarımıza örnək ola biləcək bir nəzəri var. Həzrət Əlidən (ə) belə nəql olunur: Bir gün Allah rəsulu (s) ilə bir məclisdə əyləşmişdik. O həzrət üzünü məclisdəkilərə tutaraq, belə buyurdu: Qadın üçün ən yaxşı zinət nədir? Məclisdə olanların heç biri bu suala cavab verə bilməyərək oranı tərk etdilər.

Mən Fatimənin (s) yanına gəlib bu hadisəni onun üçün nəql etdim. Fatimə(s) buyurdu: Mən bu sualın cavabını bilirəm. Qadın üçün ən yaxşı zinət budur ki, heç bir kişi onu və o da heş bir kişini görməsin. ( Həzrət Fatimənin (s) bu sözü deməkdə əsl məqsədi budur ki, heç bir qadın ona məhrəm olmayan kişilərə baxmasın və məhrəm olmayan kişilər onu görməsin deyə örtük bağlasın. )

Mən Allah rəsulunun (s) yanına gəlib sualın cavabını o həzrətə dedim. O, təəccüblə soruşdu: Sən də o məclisdə idin. Amma bir şey demədin. Cavabı haradan öyrənmisən? Dedim: Bu Fatimənin (s) cavabıdır. Həzrət buyurdu: Həqiqətən Fatimə (s) bədənimin bir parçasıdır.6

Əvvəldə qeyd etdiyimiz kimi bu yazıda həzrət Fatimənin (s) məsum olduğunu və bizlərə örnək olmaq üçün səlahiyyətli olduğunu diqqətinizə çatdırdıq. Bunu da qeyd etmək lazımdır ki, Fatimə yalnız qadınlar üçün deyil, bütün insanlar və bəndəçilik yoluna qədəm qoyanlar üçün bir örnəkdir. İlahi, həqiqi Fatimə (s) yolunun davamçısı olmaqda bizə yardım et!

Qeydlər:
1. "Nurus-səqəleyn”c. 4, səh. 270
2. " Müstədrək ”, Hakim Nişapuri, c. 3, səh. 154, " Əlmocəmul-kəbir”, c. 1, səh. 108
3. "Durrul-mənsur”, c. 5, səh. 198
4. " Biharul-ənvar ”, c. 43, səh. 81
5. " Əvvəlki ”, c. 43, səh. 81
6. " Əvvəlki ”, c. 43, səh. 54
7. " Fatimə (s) həyat nümunəsi ”, Həbibullah Əhmədi
8. " Həzrət Fatimənin (s) əxlaqı ”, Məhəmmədmehdi Vaiz

Həzrət Fatimənin (ə) sevdikləri


Geri dön

B_A_H_A_R

  • 4 mart 2012 17:53
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
ALLAH RAZI OLSUN SIZIN HESRETINIZ BELE GOZELDIR YA ZEYNEB!

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

...BARSA FANATI....

  • 4 mart 2012 10:50
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
tewekkurler....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 58
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}